Qələbə ətirli Qarabağım

QƏLƏBƏ ƏTİRLİ QARABAĞIM

…əfsanəyə görə abad bir mahal, bu mahalda isə iki sevgili varmış. Bu sevgililər uzun müddət imiş ki, bir-birindən aralı, həsrətin, hicranın vurduğu yaranın göynərtisi ilə yaşayırlarmış. Başlarından keçməyən qəzavü-qədər qalmayıbmış. Ayrılıq günü onlar söyüdlü arxın kənarında oturub gələcək həyatları haqqında xəyallar qururlarmış. Qəfildən göy guruldayıb ildırım çaxır bədheybət bir quş sevgililərdən birini caynağına alıb göyün milinə qalxır. Göy üzündə qara buluda dönüb ətrafı zülmətə boyayır. Yer üzündə qalmış sevgili saçını-başını yolub haray salsa da, səsini duyan, ününü eşidən tapılmır. Torpağın sinəsini göz yaşları ilə sulayır. Günlər ayları, aylar illəri yola salır. Sevgililərin məskəni olan abad mahalın güllləri, çiçəkləri göz yaşı ilə sulanmaqdan solub-saralır. Bağlar barını, çəmənlər ətrini, dağlar az qala qürurunu itirir. Nə bülbül oxuyur, nə Xarı bülbül açır. Çaylar su əvəzinə qan-yaş axıdır. Abad mahaldan əsər-əlamət qalmır, hər yan xarabazara dönür. Həsrət könülləri dağlayır…

Bu yazının davamını oxu

Bahar görməyən varlığım..

Havada payızın qoxusu hiss olunduqca, deyəsən nəfəsim də soyuyur yavaş-yavaş, soyuyan havayla birgə. Saralmış yarpaqlarla birgə xəyallarım düşdükcə öz budağından ruhum çılpaqlaşır, kimsəsizləşir ürəyim. Həsrətim də üşüməyə başlayır isti ürəyimin içində. Nə bilim, bəlkə də ürəyim elə isinməyibmiş bu yayı da. Hansısa qışda, ya nə bilim nə vaxtsa, şaxta tutmuş divarlarının buzu heç açılmayıbmış bəlkə… Bu yazının davamını oxu

Günahkar…

20200706_084530

Görəsən, gecələrmi günahkar bu qədər ağır, hüzün yüklü olduğu üçün… Yoxsa ürəkmi günahkar, bütün gün ağrısını, kədərini gizləyib gecələr gözlərə töküldüyü üçün?

Dilmi günahkar sözləri sıxıb-sıxıb söyləmədiyi üçün… Yoxsa sözmü günahkar dodaqlarda kilidlənib dilə əzab verdiyi üçün? Bəzən bir şeylər axtararsan adına “hə, yaxşıdır” demək istədiyin. Özün-özünü ovutmaq istəyərsən bəlkə də. Ya da həyata tutunmağa bəhanə gəzərsən.  Bu yazının davamını oxu

Mənə söz ver…

…Onsuz da hər zaman fikrimdə dolanırsan, amma bu günün sızısı çox olub həmişəkindən. Bütün gün düşüncəmdə fırtına qopub, qovrulub durmuşam…
Əzizim, nolar ki bu qədər rahat, uduzmuş kimi əlini-qolunu sallayaraq təslim olmayasan həyata?!..
Nolar ki əzizim, mənim bildiyim Səni, mənim könlümdə sultan olmuş “Sən”i geri qaytarsan? Qoyma o “Sən” məhv olsun, əzizim. Bu yazının davamını oxu

Uşaqlar haqqında deyilmiş sitatlar

Uşaqları qoruyun!!! Çünki həyat onlarla gözəldir.

Sevincli Dünya

image

Əziz dostlar, İrinka xanımın toplayıb təqdim etdiyi sitatlarla sizi də tanış etmək istəyirəm. Sitatlar uşaqlar haqqlnda olduğu üçün ən şirin balaların fotoları ilə birgə dərc etməyi düşündüm. İndi həm sitatları oxuyun, həm də tapın görək bu balalar kimlərdir? ☺️

1.Əgər uşaqlar bizim öyrətdiklərimizi öyrənə bilmirsə, biz onların öyrənə bildiyini öyrətməliyik. (İqnasio Estrada)

View original post 127 daha çox kəlmə

Ümidləri döyəcləyən yağışlar…

via Ümidləri döyəcləyən yağışlar…

Ümidləri döyəcləyən yağışlar…

Görən nədən yağışın pıçıltısı bu qədər həzin, ahəstə olduğu halda, ürəyimizdə gizlədiyimiz acılarımızı hayqıra-hayqıra qulağımıza bağırır?!..
Tappıltıyla damları döycələdikcə, sanki köksümüzə yumruqlar atır, qətl olmuş ümidlərə məzar qazır. Ölmüş ruhumuza layla çalır.

Bu yazının davamını oxu

Müəllim sönməyən günəşdir

Salam, əziz dostlar, bloq izləyicilərim!

Hər il müəllim günü yaxınlaşar-yaxınlaşmaz, bloqun statistikası ən yüksək izləmə xəttində dayanır. Müəllimə aid hikmətli sözlər axtarışı ilə bloqa gələnlərin sayı 4000 nəfəri keçir. Məhz buna görədir ki, müəllim, elm, bilik haqqında deyilmiş dəyərli fikirlərdən bir çələng bağlamağı düşündüm.

Bu yazının davamını oxu

Ayrılıq var sonu şirin vüsaldır…

Axşamınız xeyir, dəyərli dostlarım, əziz bloq izləyicilərim!

Çox uzun zaman oldu sizdən ayrılmağım. Amma necə deyərlər: “Ayrılıq var sonu şirin vüsaldır, ayrılıq var sonu yoxmuş, ay aman…”

Sonu olmayan ayrılıqlardan uzaq olaq hamımız, gözləmək həsrət də olsa, sonunda qovuşmaq olsun…

Deyəsən qarışıq danışdım axı. Neynim, əslində danışmağa sözüm çoxdur, amma zamanı yetməyib hələ…

Bilirəm ki, dostların gözü yoldadır neçə müddətdir. Bəlkə də məndən əlini üzüb “bu qız öldü yəqin” deyənlər də var. İnsanlar haqlıdır, xəbəri çıxmayan ölmüş biridir sonda. Yox, ölməmişəm hələ. Ölüm bizdən asılı deyil, zamanı yetəndə hamımız gedəcəyik. Kim bu dünyada əbədidir ki?!

Bu yazının davamını oxu

Mən Şuşadan gəlirəm…

25 ilin üstünə 2 il də əlavə olundu. Amma həsrət bitmədi ki, bitmədi…

Sevincli Dünya

25 il az bir müddət deyil. El arasında – “bir igidin ömrü” də deyilir. Bu yazını iki il bundan əvvəl yazmışdım, içimdə qəribə bir inam hissi ilə…inanırdım ki, növbəti yaz o qırmızı lalələr düşmən ayağının tapdağından, düşmən nəfəsindən xilas olacaq. Amma…dəyişən heç nə yoxdur… Yenə də şəhid, yenə də anaların fəryadı, yenə də ürəklərdə Qarabağ həsrəti yaşayırıq…yurd həsrəti ilə yaşamağa yaşamaq deyilirsə…

Bu arada, hamınızı salamlayıram, mənm sadiq və vəfalı dostlarım…

…qıpqırmızı lalələr çəmən çiçəkləri ilə baş-başa verib şirin-şirin pıçıldaşırdılar. Elə bil neçə illərin həsrətli sevgililəri idilər. Quşların cəh-cəhlə oxuması, bülbülün Xarı bülbülə, öz sadiq sevgilisinə vəfası, buludların səmada düzülüşü belə, bir xoşbəxtlik tablosu idi.

Cıdır düzündə igid-igid oğlanlar əllərində Azərbaycanın üçrəngli bayrağı at çapırdılar. İsa bulağının buz bulağından su içmək üçün qızlar boy-boya vermişdilər. Ağacların yenicə tumurcuqlamış budaqlarında min rəng vardı. Başı dumanlı dağların ən uca zirvəsi belə açıq-aydın görünürdü… 

View original post 295 daha çox kəlmə