Bloq Arxivləri
Ümidləri döyəcləyən yağışlar…
Görən nədən yağışın pıçıltısı bu qədər həzin, ahəstə olduğu halda, ürəyimizdə gizlədiyimiz acılarımızı hayqıra-hayqıra qulağımıza bağırır?!..
Tappıltıyla damları döycələdikcə, sanki köksümüzə yumruqlar atır, qətl olmuş ümidlərə məzar qazır. Ölmüş ruhumuza layla çalır.
Yağışın nağılı
Yağış yağır… rəqs eləyir damcıları torpaq üstə
Bulud sanki gözlərindən yaş axıdır gilə-gilə
Qarışıbdır fikirlərim göy üzünün havası tək.
Pəncərdən uzaqlara dikilibdir baxışlarım…
İstədim ki bulud olub qalxam göyün havasına
Yağam göydən damcı-damcı ürəyimin yarasına.
Sonra birdən göy gurladı, çaxdı şimşək ildırım tək
Şaqqıdadı buludlar da, qəzəbindən lərzə gəldi göyün üzü.
İriləşdi yağışın da damcıları dəldi, deşdi bu torpağın ürəyini… Bu yazının davamını oxu