Kateqoriya Arxivləri: Yazılarım

Qələbə ətirli Qarabağım

QƏLƏBƏ ƏTİRLİ QARABAĞIM

…əfsanəyə görə abad bir mahal, bu mahalda isə iki sevgili varmış. Bu sevgililər uzun müddət imiş ki, bir-birindən aralı, həsrətin, hicranın vurduğu yaranın göynərtisi ilə yaşayırlarmış. Başlarından keçməyən qəzavü-qədər qalmayıbmış. Ayrılıq günü onlar söyüdlü arxın kənarında oturub gələcək həyatları haqqında xəyallar qururlarmış. Qəfildən göy guruldayıb ildırım çaxır bədheybət bir quş sevgililərdən birini caynağına alıb göyün milinə qalxır. Göy üzündə qara buluda dönüb ətrafı zülmətə boyayır. Yer üzündə qalmış sevgili saçını-başını yolub haray salsa da, səsini duyan, ününü eşidən tapılmır. Torpağın sinəsini göz yaşları ilə sulayır. Günlər ayları, aylar illəri yola salır. Sevgililərin məskəni olan abad mahalın güllləri, çiçəkləri göz yaşı ilə sulanmaqdan solub-saralır. Bağlar barını, çəmənlər ətrini, dağlar az qala qürurunu itirir. Nə bülbül oxuyur, nə Xarı bülbül açır. Çaylar su əvəzinə qan-yaş axıdır. Abad mahaldan əsər-əlamət qalmır, hər yan xarabazara dönür. Həsrət könülləri dağlayır…

Bu yazının davamını oxu

Uşaqlar haqqında deyilmiş sitatlar

Uşaqları qoruyun!!! Çünki həyat onlarla gözəldir.

Sevincli Dünya

image

Əziz dostlar, İrinka xanımın toplayıb təqdim etdiyi sitatlarla sizi də tanış etmək istəyirəm. Sitatlar uşaqlar haqqlnda olduğu üçün ən şirin balaların fotoları ilə birgə dərc etməyi düşündüm. İndi həm sitatları oxuyun, həm də tapın görək bu balalar kimlərdir? ☺️

1.Əgər uşaqlar bizim öyrətdiklərimizi öyrənə bilmirsə, biz onların öyrənə bildiyini öyrətməliyik. (İqnasio Estrada)

View original post 127 daha çox kəlmə

Ümidləri döyəcləyən yağışlar…

via Ümidləri döyəcləyən yağışlar…

Ümidləri döyəcləyən yağışlar…

Görən nədən yağışın pıçıltısı bu qədər həzin, ahəstə olduğu halda, ürəyimizdə gizlədiyimiz acılarımızı hayqıra-hayqıra qulağımıza bağırır?!..
Tappıltıyla damları döycələdikcə, sanki köksümüzə yumruqlar atır, qətl olmuş ümidlərə məzar qazır. Ölmüş ruhumuza layla çalır.

Bu yazının davamını oxu

Ayrılıq var sonu şirin vüsaldır…

Axşamınız xeyir, dəyərli dostlarım, əziz bloq izləyicilərim!

Çox uzun zaman oldu sizdən ayrılmağım. Amma necə deyərlər: “Ayrılıq var sonu şirin vüsaldır, ayrılıq var sonu yoxmuş, ay aman…”

Sonu olmayan ayrılıqlardan uzaq olaq hamımız, gözləmək həsrət də olsa, sonunda qovuşmaq olsun…

Deyəsən qarışıq danışdım axı. Neynim, əslində danışmağa sözüm çoxdur, amma zamanı yetməyib hələ…

Bilirəm ki, dostların gözü yoldadır neçə müddətdir. Bəlkə də məndən əlini üzüb “bu qız öldü yəqin” deyənlər də var. İnsanlar haqlıdır, xəbəri çıxmayan ölmüş biridir sonda. Yox, ölməmişəm hələ. Ölüm bizdən asılı deyil, zamanı yetəndə hamımız gedəcəyik. Kim bu dünyada əbədidir ki?!

Bu yazının davamını oxu

Mən Şuşadan gəlirəm…

25 ilin üstünə 2 il də əlavə olundu. Amma həsrət bitmədi ki, bitmədi…

Sevincli Dünya

25 il az bir müddət deyil. El arasında – “bir igidin ömrü” də deyilir. Bu yazını iki il bundan əvvəl yazmışdım, içimdə qəribə bir inam hissi ilə…inanırdım ki, növbəti yaz o qırmızı lalələr düşmən ayağının tapdağından, düşmən nəfəsindən xilas olacaq. Amma…dəyişən heç nə yoxdur… Yenə də şəhid, yenə də anaların fəryadı, yenə də ürəklərdə Qarabağ həsrəti yaşayırıq…yurd həsrəti ilə yaşamağa yaşamaq deyilirsə…

Bu arada, hamınızı salamlayıram, mənm sadiq və vəfalı dostlarım…

…qıpqırmızı lalələr çəmən çiçəkləri ilə baş-başa verib şirin-şirin pıçıldaşırdılar. Elə bil neçə illərin həsrətli sevgililəri idilər. Quşların cəh-cəhlə oxuması, bülbülün Xarı bülbülə, öz sadiq sevgilisinə vəfası, buludların səmada düzülüşü belə, bir xoşbəxtlik tablosu idi.

Cıdır düzündə igid-igid oğlanlar əllərində Azərbaycanın üçrəngli bayrağı at çapırdılar. İsa bulağının buz bulağından su içmək üçün qızlar boy-boya vermişdilər. Ağacların yenicə tumurcuqlamış budaqlarında min rəng vardı. Başı dumanlı dağların ən uca zirvəsi belə açıq-aydın görünürdü… 

View original post 295 daha çox kəlmə

İşlənməyən cinayətin cəzası

…bayırda yağış yağır yenə. Əslində yağışı çox sevirəm. Amma payız yağışı nədənsə insanı darıxdırır. Hər yağış yağdığında “yağış yağır…” deməklə elə bil yağışın yağdığını içimdəki “mənə” xatırladıram… Yağ, yağış, Allahın göndərdiyi nemətsən, yağ doyunca…

Sabahınız xeyir, əzizlərim. Gec-gec göründüyüm üçün hər birinizdən üzr istəyirəm. Siz mənə dəyər verirsiniz, mənim də haqqım bu dəyəri qiymətləndirməkdir. Vaxtaşırı gələ bilməsəm də, barı yazılarımı maraqla və həsrətlə gözləyənləri intizarda qoymayım dedim. İndi təqdim edəcəyim yazı üstündə işlədiyim bir povestdəndir. İlk hissə ilə tanışsınız. Unudanlar üçün link qoyacam, istəyən yenidən oxuya bilsin deyə.  Bu yazının davamını oxu

Tənha qalmış pişik balası

Soyuq da həsrət kimidir, xəbər etmədən gələr, insanın iliyinədək işləyər həm də… Yox, bu günkü qəhrəmanım insan deyil. Bu gün pişik balasından danışacam. Xoşbəxtliyin sevincini doyunca dadmadan tənha buraxılan pişik balasından…
…ayağını zorla sürüyərək gəzirdi, o tindən bu tinə, bu tindən o tinə. Gücü, taqəti bitmişdi, içindəki qorxu onu acizləşdirib ürkək etmişdi. Qarşısına çıxan hər şeydən qorxur, bir qaraltı görən kimi sığınmağa yer axtarırdı.
Gecə yarısı, yenə ac, yenə tək, yenə aciz…başqa yolu yoxdu, ölmək və hər şeydən birdəfəlik qurtulmaq. Başını aşağı salıb mərkəzi küçəylə hara gedəcəyini özü də bilmədən yola çıxdı. Ürəyi qorxudan az qala yerindən çıxacaqdı. Yaxınlıqdan gah özündən razı pişiklərin qorxunc səsi, gah tək-tək də olsa hərəkət edən maşınların əyləc səsi eşidilir, göydən isə sulu qar qarışıq tökülən yağışın küləyə qarışmış soyuqluğu yağırdı… Amma pişik balası bu dəfə inadlı idi, qorxmadan ölümə doğru gedirdi. Yolun tən ortası ilə, nə səkiyə çıxır, nə də əvvəllər olduğu kimi üzünə düşən gur avtomobil işığından ürküb kənara qaçırdı.  Bu yazının davamını oxu

Sevgi nədir

Dünyanı sevgi xilas edəcək…

Sevincli Dünya

image

İstək

Elm sübut edir ki, insanda orta hesabla mindən çox duyğu hissi vardır. Bu qədər duyğu hissləri arasında istək, sevgi və şəfqət əsas yer tutur. Bu hisslər Allahın insan qəlbinə qoyduğu əvəzsiz bir nemətdir. Bir əxlaq alimi bu barədə belə deyirdi: “Əgər Allah istədiklərinizi verməz olsaydı, sizə heç istəmək hissini də verməzdi.”
İstək və sevgi həm anadangəlmə, həm də sonradan qazanılan olur. Məsələn, valideyndəki övlad hissi anadangəlmə sevgiyə misal ola bilər. Diqqət yetirsək, şüursuz canlılarda da istək, sevgi, şəfqət hissinin olduğunu görərik. Bir bitkinin özünün həyatını davam etdirməsi, yaşaması, boy atması üçün torpaqdan, havadan müəyyən şeylər istəyir.

View original post 606 daha çox kəlmə

Kişi şalvarı – onun tarixi haqqında nə bilirik?

Maraqlı məlumat olduğu üçün yenidən bloqlandı.

Sevincli Dünya

Araşdırmalara görə daş dövrünün qaya rəsmləri şalvarın tarixinin “10 min il əvvələ aid olduğu” nu təsdiqləyirlər. Məşhur moda tarixçilərinin də təxmininə görə, Cənubi Fransa və İspaniyada daş dövründə mağaralarda rast gəlinən qaya rəsimləri də bu tarixə şəhadət edir.

“İlk” şalvar necə idi?

Böyük ehtimal ki, o zamanlarda geyinilən şalvarlar bu gün alışdığımız, gündəlik kişi geyimi kimi qəbul etdiyimiz şəkildə deyildi. Aydındır ki, daş dövrü şalvarları məqsədli şəkildə geyinilməsə də, bu geyimlər başlanğıcdan bu yana, kişinin gücünün və nüfuzunun bir simvolu olaraq və fərdin cəmiyyətdəki mövqeyini göstərən bir vasitə olaraq tanındı.

View original post 763 daha çox kəlmə