Ovma piroq

IMG_2629

Lazım olan әrzaqlar:

5 st. un
2 st. şәkәr tozu
200 qr yağ
3 ədəd yumurta
1 st. süd
1 paket qabartma tozu
1 st. cem (mən qırmızı qarağat istifadə etdim)

Hazırlanması:

Әvvәlcә unu və yağı birlikdə ovuruq, sonra şəkər tozunu əlavə edib yenidən yaxşıca ovmaqla qarışdırırıq. Ovma xәmir hazır olduqdan sonra bir qədərini götürüb kənara qoyuruq. Qalan xәmirә yumurta, süd, qabartma tozu, vanil әlavә edib yoğururuq. Xəmiri qənnadı təbəqəsinə yayıb üzərinə cem çəkirik. Sonra saxladığımız ovuntunun cemin üzәrindәn sәpib bişmәyә qoyuruq.

7yu

 

05/06/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 55 Şərh.

  1. Ən birincisi çay və piroqun kəsilmiş bir dilimi fincanlı-qablı mənimdir, heç kimə verməm. Nə gözəldirlər, hamısı bir-birini tamamlayır.
    İkincisi 2-3 gün qabaq mən də axtarışa vermişdim, ovma piroq bəyəndiyim olmadı deyə hazırlamadım. Uşaqlar yoxdur deyə səhərlər heç nə yemirəm, nəsə beynimə ovma piroq düşmüşdü ki, gətirib heç olmasa, işdə yeyərdim, digər piroqlardan bezmişdim. Ya sabah, ya da bazar günü Allahın iznilə hökmən bişirəcəm.
    Deməli, Sevinc, alt hissəni əlimizlə xəmir kimi yoğururuq hə? Ta biskvit kimi sıyıq edib tökmürük. Düz başa düşdüm. Mən belə cemlisini yeməmişəm, bişirməmişəm.
    Süfrəniz bərəkətli olsun, Sevinc, gözəl piroqdur.

    Bəyən

  2. Əllərinizi sağlıq, əzizim. Çox gözəl görünür. Mən də bu piroqu çox sevərək hazırlayıram. Cemli etməmişəm. Bir də ki, süd əvəzinə, qatıq ilə edirəm. Nəsə, qatıqlı piroqları daha çox sevirəm. Heyif, dünən almalı, nəsə, qeyri -adi bir piroq bişirmişdim. Uşaq imkan vermədi ki, şəklini çəkim. Əminəm ki, çox bəyənəcəkdiniz. Qaldı növbəti səfərə. Təşəkkürlər. Süfrəniz halal bərəkətli olsun.

    Bəyən

  3. Can bacım, balasız, gözə heç nə görünmür. Amma sən yenə də ye, çünki onlara hələ bundan sonra lazımsan. Ananı əvəz edən heç nə yoxdur həyatda. Özünü qoru. Allah da səni qorusun, əziz bacım mənim😙😘😚👭

    Bəyən

    • Yoldaşım da deyir ki, niyə özünü üzürsən və s. Burda saxlayır, bir narahat oluram, göndərirəm bir başqa narahat oluram. Allah razı olsun, bacı, Allah axırımızı xeyirli eləsin.

      Bəyən

      • Amin, bacı, Amin. Allah ayırmasın, mən də ayrıla bilmərəm. Hələ tək harasa göndərməyi, heç ağlım da kəsmir. Nə qədər şəkər tozuna bulayıb, məni əziyyətə salsa da, gecələri bir dəqiqə olsun məndən əl çəkməyib, hətta sübh namazımı da əngəlləsə, yenə onsuz hər şey maraqsız olar mənimçün. 😟😩😢

        Bəyən

  4. İnşəAllah ayırmaz. Mən əziyyətə razıyam, təki uşaqlara xoş olsun. Burda özüm saxlamadım, çünki küçəyə qoyan deyiləm, park da ancaq axşamlar olacaqdı, orda isə bütün günü oynamaq, təmiz hava.
    Sən bilmirsən, Aysu özünü şəkər tozuna bulayıb ki, daha da şirin olsun 🙂

    Bəyən

    • İnşəAllah, əzizim. Ən azından, evli -eşikli, xoş qayğılarla əhatə olunduğu çağlarını görmək nəsib olsun bizlərə. Hə də, sən işləyirsən, elə çox çətin olur, bir axşam görürlər üzünü. Başa düşürəm səni. Rayon havası bir başqadır. Mən də Şəki üçün səbrsizlənirəm. Ramazan ayının haqqından xeyirlisi ilə gələk, sonra baxarıq, Allahın izni ilə.

      Bəyən

      • Cemlə də sına, canım, həm də turş dadan cem olsun. Sən bir də maraqlı nəsə bişirındə mütləq çək, burda sənin mətbəxini də görmək istəyirik axı 😍🌹💐
        ALLAH bütün balaları saxlasın, onlarsız bir günümüz olmasın…Amin.

        Bəyən

    • Nə şirin söhbət eləmisiniz burda☺️🌞😘
      Mələyim, bu piroq o qədər dadlı çıxdı, ən əsası da cemə görə, xüsusi ləzzəti verən cem idi. Sən uşaqlar olmayanda hazırlasan, bu normanın yarısını götür, çünki çox çıxır. Ovma kütlədən götürüb kənara qoy, qalan ərzaqları qarışdır, mən burda qeyd etməmişəm, amma yarı süd, yarı qatıq əlavə etdim. İcad etdim ki, belə daha fərqli alınır.
      Sıyıq alınmır, əlinlə yoğurub yayacaqsan listə, sonra cemi çəkib ovuntunu da üstünə tökəcəksən. Üstünü qızartmadan götür.
      Nəticəni və fikrini gözləyəcəm. 😘😍🌸

      Bəyən

      • Hə, Sevinc, elə mən də 5 stəkan unu görəndə bildim ki, yarıya bölməliyəm 🙂 Bildim, asandır, siz dadlıdır dedinizsə, deməli, dadlıdır. Nəticəni uzağı sabah axşama yazacam sizə Allahın iznilə.

        tərəfindən bəyənildi 1 şəxs

  5. Gözləyəcəm, cemi turş dadan götür, həm də bir az bol elə, nazik təbəqə çəkmə. 💖

    Bəyən

  6. Ovma peroqu mən də demək olar ki belə edirəm amma icliyini hərdən turş vişnə ilə edirəm

    tərəfindən bəyənildi 1 şəxs

  7. Olar axı mən demişdim bizim oxşar cəhətlərimiz coxdu Bəlkədə sovet dövründən qalmayıq ona görə)))

    tərəfindən bəyənildi 1 şəxs

  8. Elədi canım tam razıyam

    tərəfindən bəyənildi 1 şəxs

  9. Sağ ol, Seva, əllərinə sağlıq. Bu piroqdan o qədər bişirmişəm ki, bir neçə il əvvələ kimi, axırda özüm bezdim, dedim bir müddət bişirməyəcəm, amma əla piroqdur, həm də bişirmək asanddır. Yaxşı yadıma saldın bir gün bişirəcəm.

    tərəfindən bəyənildi 1 şəxs

  10. Sən də sağ ol, canım. Mən də ilk dəfə idi bişirdim və çox bəyəndim😘☺️😍🌹

    Bəyən

  11. Ekizimmm ellerinize sagliq.bu arada sizincun coxxxx darixmiwam.

    tərəfindən bəyənildi 1 şəxs

  12. Cannn menim meleyim coxx sad oldum yeniden qovusdugumcun

    tərəfindən bəyənildi 1 şəxs

  13. Xeyrli ugurlu olsun baci

    tərəfindən bəyənildi 1 şəxs

  14. Men ovma piroqun albali murebbelisini etdim ele indice. Beh-beh ne gozel resept imish. Gozel piroq uchun gozel Sevince sonsuz teshekkurler 👩‍❤️‍👩🌺❤️😍

    tərəfindən bəyənildi 1 şəxs

  15. Nuş olsun, mələyim. Gözəl nə varsa, hamısı haqqındır 😍💖😘🌹💐🌷

    Bəyən

  16. Salamlar, Necesiz? mende geldimeeee canim )))) Blogunda mubarekdi,sagliqla ishlet inshallah))))

    tərəfindən bəyənildi 1 şəxs

  17. Çox şükür, hər şey yolundadır. Sən də gəldin, lap yaxşı 😘🌺🌹🌻💐😍

    Bəyən

  18. Yaxshi gunlerin boooooluca olsun canimmmmmm))) bu smailkleri hardan tapirsan,menede deee deeeeee((

    Bəyən

  19. 😘🌺🌹🌻💐😍😍😘☺️🌺🌹🌻💖

    Bəyən

  20. biiiy dushdu ))) senden ogurladimmm))

    tərəfindən bəyənildi 1 şəxs

  21. Men komplayam da sen qoy men ogurlayiimm)))…
    Cooox sag ol bitanem menim, senden,senin oldugun muhitden ilham alirammmeeee men ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    tərəfindən bəyənildi 1 şəxs

  22. Bloqunu “bombardirovka” elemeye gelmishem )))))))))

    Bəyən

  23. Ekizim Sevinc bizim Mika-di

    Bəyən

  24. Sən Sevinc, mən Sevincli Dünya, dünya sevinc olmazmı? 💐🌺🌷😘😍🌹💖

    Bəyən

  25. Sən Sevinc, mən Sevincli Dünya, dünya sevinc olmazmı? 💐🌺🌷😘😍🌹Sizi verene sukur…

    tərəfindən bəyənildi 1 şəxs

  26. Boooy ekizler Yeqishdi? )) necesen ?

    Bura dogurdanda sevincli dunyadi ele )))) 💐🌺🌷😘😍🌹💖💐🌺🌷😘😍🌹💖💐🌺🌷😘😍🌹💖

    Bəyən

  27. Sag ol baci qurban Mikus sen necesen.He vAllah heqiqeten beledi sevincli dunyanin sevilen ulduzlari)))

    Bəyən

  28. Hələ qızların hamısını tapıb toplayan olsa, məndən mükafat düşəcək ona. Onda burda dünya həqiqətən sevincli olacaq👩‍❤️‍👩💏🌻🌸

    Bəyən

  29. Cooox sag ol canim, shukur mende yaxshiyam. … oyy Yeqish ulduzda olduq sayende 💐🌺🌷😘😍🌹

    Bəyən

  30. MUKAFAT vacib deyil ,sen qizlarin siyahisin hazirla ))))))))))))))))

    Bəyən

  31. Zarafat bir yana, sen ozun mukafatsan, bura senin yanina gelenin cetinki mukafatda gozu var. Inshallah qalanlarda bir gun olar aramizda 🌺🌷😘😍🌹

    tərəfindən bəyənildi 1 şəxs

  32. Ozudurki var Mikus.Allah Sevincimizi basimiz usten eskik etmesin.Onun isiginda bizde kicik ulduzlariqda)))yeri gelmisken smayliklerin tel smaylikidi bajinada oyret daa noyay

    Bəyən

  33. Qizlar Yagmurdan-Leylamizdan bir xeber yoxdu?

    Bəyən

  34. Leyla bağdadır, Yeqiş, bir də sentyabrda geləcək inşAllah.

    Bəyən

  35. Sevinc baci Lalemizde gelecey.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: