Uşaqlar haqqında deyilmiş sitatlar

image

Əziz dostlar, İrinka xanımın toplayıb təqdim etdiyi sitatlarla sizi də tanış etmək istəyirəm. Sitatlar uşaqlar haqqlnda olduğu üçün ən şirin balaların fotoları ilə birgə dərc etməyi düşündüm. İndi həm sitatları oxuyun, həm də tapın görək bu balalar kimlərdir? ☺️

1.Əgər uşaqlar bizim öyrətdiklərimizi öyrənə bilmirsə, biz onların öyrənə bildiyini öyrətməliyik. (İqnasio Estrada)

2.Uşaqlar sizin üçün deyil, sizin içinizdən gələn mənəvi varlıqdır. (Vayne Dyer)
3.Uşaqlarınıza dərhal oxumağı öyrətməyin. Onlara oxuduqlarına sual verməyi öyrədin. Sonra hər şeyə sual verməyi öyrədin. (Corc Karlin)

image

4.Uşağın ən çox ehtiyacı olan ləyaqət hissidir. (Poli Berends)

5.Bir uşaq ən ağıllı adamın cavab verə bilməyəcəyi min sual verə bilər. (Jacob Abbot)

6.Ürək uşaqlarla olmaqla şəfa tapır. (Fyodor Dostayevski)

image
7.Uşaqlar cənnətin açarlarıdır. (Erik Hoffer)

8.Yatan uşaqdan alınan öpüş oğurlanan yeganə sərvətdir. (Joe Holdsvös)
9.Uşaqlarınız sizə daha çox öyrədir. O özünüzün həqiqi güzgünüzdür. (Keyt Hadson)

image

10.Uşaqlar həqiqi bilicilərdir, onlar üçün qiyməti olan yox, dəyəri olan qiymətlidir. (Bel Kofman)
11.Hər addımında uşağa icazə vermək lazımdır ki, həyatın həqiqi təcrübəsi ilə qarşılaşsın, tikanlar qızıl güllərdən heç vaxt qopardılmaz. (Ellen Ki)

12.Uşaqlarınıza verə biləcəyiniz ən böyük hədiyyə sevginiz və vaxtınızdır. (Montaq Kiin)

22/11/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 26 Şərh.

  1. 😍😍 kimleri görüreemmm)) birini de men d eyim?
    Hz.Mehemmedden (s.a.s) hedis var: Uşaqları çox öpün.Valideyn övladını her defe öpende,Cennetde bir derece qazanır.
    ❤❤ minnetdaram,Sevincim.

    Bəyən

  2. Seva, çooox sağ ol, təşəkkür edirəm. Mən birinci şəkildəkiləri tanıdım, çox üzr istəyirəm, o biriləri tanıya bilmədim, tanıyan dostlar deyər, bilərəm.

    Bəyən

  3. Onu tanıdım özüm ad çəkmədim, canım.

    Bəyən

  4. 😂😂düz tapmısan, canım, görək qızlar da xatırlayacaq?))

    Bəyən

  5. 3.Uşaqlarınıza dərhal oxumağı öyrətməyin. Onlara oxuduqlarına sual verməyi öyrədin. Sonra hər şeyə sual verməyi öyrədin. (Corc Karlin) Bax bizim balaca Xədicəmiz də bizə elə bunu demək isdəyir Deyir bibi hələ tezdi sora oxumağı öyrənərəm amma suallarının sayı hesabı yoxdu))
    Allah bütün ocaqlara evlad payı bəxş etsin

    Bəyən

  6. Uşaq olmaq gözəldir,
    Atan və anan olsun.
    Atan anan yoxdusa,
    qadan alan kim olsun?

    Uşaq olmaq gözəldir.
    həyat qayğısız olsun.
    Qayğını çəkən yoxsa,
    demək anasız oldun.

    uşaq olmaq istərəm,
    atam, anam da olsun,
    böyümək istəmərəm,
    qoy onlar qocalmasın.

    Bəyən

  7. Ay bə gözəl ..Kimlər varmışşş .Allah bütün balaları saxlasın.Onlar bizim yaşama səbəblərimizdi.Olmayanlara da Allah tezliklə nəsib etsin.İnşaallah.Bizdə sevinək.

    Bəyən

  8. Ay nə gözəl ..Kimlər varmışşş .Allah bütün balaları saxlasın.Onlar bizim yaşama səbəblərimizdi.Olmayanlara da Allah tezliklə nəsib etsin.İnşaallah.Bizdə sevinək.

    Bəyən

  9. Səhv etmirəmsə baboçkalı oğlan Esmiramın oğludur, hardasan qız, gəl yaaaa…

    Bəyən

  10. Nə gözəl ssözlərdir. Əlləriniz sağlıq xanımlar 🙂 Bu şirin balaları da Allah saxlasın, hamısı gözəldi 😉

    tərəfindən bəyənildi 1 şəxs

  11. Gözəl balalardır, Allah saxlasın!

    Bəyən

  12. Sevinc xalası Məhəmməd küsüb bizdən😅.Ayseli görüb burda.

    Bəyən

  13. Məhəmməd balaya de küsməsin, bu xəbəri hazırlayanda da onun şəklini tapa bilmədim, sən də həmin vaxt gəlmirdin bloqa 😔😔😔
    https://sevinclidunya.wordpress.com/2015/06/01/dunyamiza-sevincdir-onlar/

    Bəyən

  14. Vauuu bu ne gozel xeber,ne gozel balalar.Allah inlari bize cox gormesin.Sevinc xalalarida analarini unutmadigi kimi balalarinida unutmur ehsen canim.Onu deyim Aminim coxx boyuyub.Hele yanindaki Ayselimi demirem)))

    Bəyən

  15. Cannn.Amin deyir xala bizim boyumus sekillerimizi niye qoymuyub bura.onda usagiq.deyirem he anan qurban indi evlenesimi olmusan))))

    Bəyən

  16. Sən uşaqların şəklini göndər də mənə. Bəs mən hardan alım?😢😢😢

    Bəyən

  17. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Uşaqları qoruyun!!! Çünki həyat onlarla gözəldir.

    Bəyən

  18. Sevinc, hardasan, qız?

    Bəyən

  19. Bloqa girən kimi qarşıma bu çıxdı, ona görə bura yazdım.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: