Kateqoriya Arxivləri: Tariximiz
Qələbə ətirli Qarabağım
QƏLƏBƏ ƏTİRLİ QARABAĞIM
…əfsanəyə görə abad bir mahal, bu mahalda isə iki sevgili varmış. Bu sevgililər uzun müddət imiş ki, bir-birindən aralı, həsrətin, hicranın vurduğu yaranın göynərtisi ilə yaşayırlarmış. Başlarından keçməyən qəzavü-qədər qalmayıbmış. Ayrılıq günü onlar söyüdlü arxın kənarında oturub gələcək həyatları haqqında xəyallar qururlarmış. Qəfildən göy guruldayıb ildırım çaxır bədheybət bir quş sevgililərdən birini caynağına alıb göyün milinə qalxır. Göy üzündə qara buluda dönüb ətrafı zülmətə boyayır. Yer üzündə qalmış sevgili saçını-başını yolub haray salsa da, səsini duyan, ününü eşidən tapılmır. Torpağın sinəsini göz yaşları ilə sulayır. Günlər ayları, aylar illəri yola salır. Sevgililərin məskəni olan abad mahalın güllləri, çiçəkləri göz yaşı ilə sulanmaqdan solub-saralır. Bağlar barını, çəmənlər ətrini, dağlar az qala qürurunu itirir. Nə bülbül oxuyur, nə Xarı bülbül açır. Çaylar su əvəzinə qan-yaş axıdır. Abad mahaldan əsər-əlamət qalmır, hər yan xarabazara dönür. Həsrət könülləri dağlayır…
Bu yazının davamını oxuQanın yerdə qalmasın, körpə fidanım…
Mənim səhifəm xəbər portalı hesab olunmur, şəxsi bloqumun səhifəsidir deyə, gündəlik məlumatlar paylaşmıram. Amma axşam oxuduğum məlumat və ürəyimin sızıltısı bunu yaz dedi… Dünən gecə saatlarında Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub. Nəticədə iki mülki şəxs dünyasını dəyişib, bir nəfərsə yaralanıb. Müharibə şəraitində yaşayan bir dövlət üçün hər gün itki vermək adi hal kimi qarşılana bilər. Amma şəkildəki o məsum körpənin üzünə baxmağa kimin cəsarəti var? Nəydi o körpənin günahı? Niyə bir gülləylə ömrünün açmayan qönçəsini soldurdular? Niyə susuruq görəsən? Bəs deyilmi yaşadıqlarımız? Döyüş istəyirsən, savaş istəyirsən sənə ən yüksəyini göstərməyə hazır Azərbaycan oğulları var. Kişi olun bir dəfə, kişi kimi vuruşun! Aslan kölgəsində yatıb az tülkülük edin! Və unutmayın! Mənim Vətənimin qəhrəman oğulları var! Hər öldürdüyünüz körpə üçün cavabınızı layiqincə verəcəklər! Heyf ki, Allah bizə səbir verib…
Milli Ordu Günü
Deyirəm, kaş ki insanın ikinci dəfə doğulmaq şansı olaydı. Və bu şans şəxsi istəklər uğruna reallaşaydı. O zaman, sizi əmin edirəm ki, əsgər kimi doğulardım mən. “Niyə əsgər?” deyə sual verə bilərsiniz. Çünki yuxularda Vətən sayıqlamaqdan yoruldum. Bu dərdi çəkməkdən də yoruldum… Hər birimizin, istər kiçik olsun, istər böyük, bir dərdimiz var. Amma ən böyük dərdimiz isə Vətən kimi bütöv ola bilməməyimiz olsun gərək. Fildinq Henri deyir: “Sən” və “mən” anlayışı olmasa idi, indi dünyaya sülh hakimlik edirdi. Bu yazının davamını oxu
Mən Şuşadan gəlirəm…
25 il az bir müddət deyil. El arasında – “bir igidin ömrü” də deyilir. Bu yazını iki il bundan əvvəl yazmışdım, içimdə qəribə bir inam hissi ilə…inanırdım ki, növbəti yaz o qırmızı lalələr düşmən ayağının tapdağından, düşmən nəfəsindən xilas olacaq. Amma…dəyişən heç nə yoxdur… Yenə də şəhid, yenə də anaların fəryadı, yenə də ürəklərdə Qarabağ həsrəti yaşayırıq…yurd həsrəti ilə yaşamağa yaşamaq deyilirsə…
Bu arada, hamınızı salamlayıram, mənm sadiq və vəfalı dostlarım…
…qıpqırmızı lalələr çəmən çiçəkləri ilə baş-başa verib şirin-şirin pıçıldaşırdılar. Elə bil neçə illərin həsrətli sevgililəri idilər. Quşların cəh-cəhlə oxuması, bülbülün Xarı bülbülə, öz sadiq sevgilisinə vəfası, buludların səmada düzülüşü belə, bir xoşbəxtlik tablosu idi.
Cıdır düzündə igid-igid oğlanlar əllərində Azərbaycanın üçrəngli bayrağı at çapırdılar. İsa bulağının buz bulağından su içmək üçün qızlar boy-boya vermişdilər. Ağacların yenicə tumurcuqlamış budaqlarında min rəng vardı. Başı dumanlı dağların ən uca zirvəsi belə açıq-aydın görünürdü… Bu yazının davamını oxu
Kəlbəcərsiz 24 il…
Artıq 24 ildir Kəlbəcərin füsunkar gözəlliyə sahib olduğu dağları, onun yamacındakı buz bulaqları, düzlərində bitən al-əlvan, min bir dərdin dərmanı çiçəkləri doğma insan nəfəsinə möhtac qalıb. Yaran dərindir, Vətən! Bu yarana məlhəm olacaq igid oğulların harayına yetişəcək, səni yad nəfəsdən, qədirbilməz caynağından xilas edəcək bir gün. Gözlə igidlərinin yolunu… Bu yazının davamını oxu
Xoş niyyətlər uğruna həmrəy olaq
Həmrəylik günü…nədir həmrəy olmaq? Haradan başlayır həmrəylik? Kökü, təməli nəyə söykənir bu fikrin? Həmrəy olmasaq nələr baş verə bilər?
Sadə dillə izahını verməyə çalışacam. Həmrəy olmaq həmfikir, yekdil olmaq deməkdir. Həmrəy olmaq çəkici eyni mərkəzə döyməkdir. Həmrəy olmaq əl-ələ addımlamağı bacarmaqdır, həmrəy olmaq məqsədə doğru gedən yolları ayırmamaqdır. Həmrəy olmaq keçilməz yollarda birgə addımlayıb büdrəməmək, həmrəy olmaq dağları aşmaq, həmrəy olmaq zirvələrə ucalmaqdır… Bu yazının davamını oxu
Zəngilanın qəhrəman oğlu – Rövşən Talıbov
Zəngilanın işğalı günündə çox böyük qəhrəmanlıq göstərmiş Rövşən Talıbovu yad etməmək günah olardı məncə. Məqaləni “Ana və uşaq” internet portalından götürmüşəm. Dostların çoxu bilir ki, Rövşən Talıbov çox sevdiyimiz və dəyər verdiyimiz Esmira xanımın atasıdır. Müəyyən səbəblərdən Esmira xanımla əlaqəni itirsəm də, ümid edirəm özü bir gün məni tapacaq. (Rövşən Talıbov şəkildə soldan birincidir.) Bu yazının davamını oxu
Qubadlının işğalı günü
Ağrımız, acımız bitib tükənmir. Mənfur düşmən elə bir yara vurmayıb ki, inləməyək, sızlamayaq…
1993-cü il avqust ayının 31-də daha bir rayonun bəxtınə qara səhifələr yazıldı. Qubadlı rayonu erməni quldurları tərəfindən talan oldu. Beş il idi ki, rayonun mərd igidləri düşmənlə ölüm-dirim mübarizəsinə qalxıb torpaqlarını düşməndən qoruyurdular.
Lakin Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını itirdikdən sonra Qubadlı faktiki olaraq yarımmühasirə vəziyyətində idi. 30-dan 31-nə keçən gecə Qubadlının başının üstünü qara buludlar aldı. Bu yazının davamını oxu
23 il Ağdamsız…
Ağdamı Yuxuda Belə Görmüşəm
Bu gecə yuxuda güzar eylədim
Abdalda Səxavət gəzən yerlərə.
Ordan da yollandım üzü yuxarı,
Gözəllər gül-çiçək üzən yerlərə.
Gülablı kəndində bir çələng hördüm,
Bağbanlar kəndində bir üzüm dərdim,
Saybalı kəndində bir xalı sərdim
Kəkliklər, turaclar süzən yerlərə. Bu yazının davamını oxu