Bloq Arxivləri
Bahar görməyən varlığım..
Havada payızın qoxusu hiss olunduqca, deyəsən nəfəsim də soyuyur yavaş-yavaş, soyuyan havayla birgə. Saralmış yarpaqlarla birgə xəyallarım düşdükcə öz budağından ruhum çılpaqlaşır, kimsəsizləşir ürəyim. Həsrətim də üşüməyə başlayır isti ürəyimin içində. Nə bilim, bəlkə də ürəyim elə isinməyibmiş bu yayı da. Hansısa qışda, ya nə bilim nə vaxtsa, şaxta tutmuş divarlarının buzu heç açılmayıbmış bəlkə… Bu yazının davamını oxu
Əllərinlə sığal çək saçlarıma…
Axşamınız xeyir, əzizlərim, dəyərli dostlarım, bloq izləyicilərim. Payızı sevmirəm, çoxunuz bilirsiniz. Soyuğu da, çiskini də, yağışı da özüylə həsrət gətirir sanki. Hal-hazırda da bayırda güclü külək əsir. Deyirəm, ay insafsız külək, bu qədər əsirsən gəl azacıq da dərdi, kədəri özünlə götür apar, bəs deyilmi iliyimizədək hüzün yaşatmağın?!..
Hər gün olmasa da, zaman tapan kimi “e-mail” ünvanıma baxıram. Bir neçə dəqiqə əvvəl də nə var, nə yox deyə baxdığımda gözümə ilk dəyən bir mesajın ilk sətri oldu “Əllərinlə sığal çək saçlarıma”. Qəribə gəldi mənə, dedim görəsən nə mesajdı bu, kimdəndi bu belə. Kimdi bu cəsarətin sahibi?
Nə isə, mesajı açdım ki, Pərvin qızım şeir göndərib. Oxuyub qiymət verməyimi istəyir. Pərvin, sənin o gənc, həm də kövrək ürəyindən gələn hər misranın öz dəyəri var, qızım. Mənim qiymətim, bloqda dərcimdi. Qoy, hər gün bloqun ziyarətinə gələn yüzlərlə oxucunun da xəbəri olsun ki, bələ bir gənc yazar var. Bu yazının davamını oxu