Bloq Arxivləri

Ümidləri döyəcləyən yağışlar…

Görən nədən yağışın pıçıltısı bu qədər həzin, ahəstə olduğu halda, ürəyimizdə gizlədiyimiz acılarımızı hayqıra-hayqıra qulağımıza bağırır?!..
Tappıltıyla damları döycələdikcə, sanki köksümüzə yumruqlar atır, qətl olmuş ümidlərə məzar qazır. Ölmüş ruhumuza layla çalır.

Bu yazının davamını oxu

Bir gün o qədər xoşbəxt gülüşüm olacaq ki, çünki bəxtimin yazısı ÜMİD Günəşimə hamilədir…

Salam, əzizlərim. Cüməniz mübarək olsun. Nəhayət, 8 ay davam edən bu layihəni tamamlamaq qismət oldu və növbə mənə gəlib çatdı. İlk öncə hər birinizə, istər müsahibim olanlara, istər müsahibəni maraqla izləyənlərə, dərin təşəkkürümü bildirirəm. Və 30 iştirakçıya isə xüsusi minnətdarlığım var, çünki dəyərli zamanlarını ayırıb mənim bu layihəmə qatıldılar. Bir çox iştirakçının zaman məhdudiyyəti vardı, buna baxmayaraq qırmadılar məni. Ona görə də hər birinizə dərin hörmətim, sonsuz minnətdarlıq borcum var.

Siz özünüzü təqdim etdiniz, mən də etməliyəm. Birinci hissədə müsahiblərim üçün özümü təqdim etmişdim, bu dəfə istəyirəm təkrarçılığa yol verməyim, bir qədər fərqli təqdimat edim. Daha doğrusu mənə ünvanlanan bir neçə müraciətlə, ürək sözləri ilə özümü tanıtmaq istərdim sizə. Bu yazının davamını oxu

Xəyalda yaşayan gerçək…

image

…Yenə fikirli, yenə qayğılı oyanmışdı…Hər səhər yatağından qalxıb dənizin masmavi suları arxasından boylanan günəşə baxar, onun mehriban şüalarından içindəki buza dönmüş hisslərinin donunu açmağa çalışardı…Yox, onun hissləri buz tutmamışdı, sadəcə, içindəki duyğu da, gələcəklə bağlı bütün ümidləri də qaranlığa sürüklənmişdi…Sısqa bir işığa möhtacdı ki, bütün qaranlıqları apaydın, süd kimi bir gündüzə çevirsin. Bu yazının davamını oxu