Aşiq olmaq sağlamlıqdırsa, sağlamlıq da sevgidir


Hər birinizi xoş gördüm, dəyərli dostlarım. Yazılarımın arasında fasilələr uzun çəkir, bilirəm. Amma bunu da bilirəm ki, məni yaxşı tanıyan dostlarım bunu məsuliyyətsizliyimə yozmurlar. Burada deyiblər: “Anlayana can qurban”…

Hə, əzizlərim, bu gün maraqlı bir yazı təqdim edəcəyəm. İnternetdən təsadüfi axtarış nəticəsində qarşıma çıxdı. Əvvəlcə məhz bu tarixdə dərc etməyim deyə əl saxladım. Sonra fikirləşdim ki, yazı dərc etmək üçün bir fürsət düşüb əlimə, bunu da bada verməyim. Axı mən də darıxıram həm sizin üçün, həm də yazmaq üçün…  Bu yazının davamını oxu

Portağallı keks

Lazım olan ərzaqlar:

Yumurta – 4 ədəd

Şəkər tozu – 1 stəkan

Qatıq – 1 stəkan

Yağ – 0,5 stəkan

Qabartma tozu – 1 paçka

Vanil – 1 paçka

Portağal – 1 ədəd

Aparana qədər un  Bu yazının davamını oxu

İşlənməyən cinayətin cəzası

…bayırda yağış yağır yenə. Əslində yağışı çox sevirəm. Amma payız yağışı nədənsə insanı darıxdırır. Hər yağış yağdığında “yağış yağır…” deməklə elə bil yağışın yağdığını içimdəki “mənə” xatırladıram… Yağ, yağış, Allahın göndərdiyi nemətsən, yağ doyunca…

Sabahınız xeyir, əzizlərim. Gec-gec göründüyüm üçün hər birinizdən üzr istəyirəm. Siz mənə dəyər verirsiniz, mənim də haqqım bu dəyəri qiymətləndirməkdir. Vaxtaşırı gələ bilməsəm də, barı yazılarımı maraqla və həsrətlə gözləyənləri intizarda qoymayım dedim. İndi təqdim edəcəyim yazı üstündə işlədiyim bir povestdəndir. İlk hissə ilə tanışsınız. Unudanlar üçün link qoyacam, istəyən yenidən oxuya bilsin deyə.  Bu yazının davamını oxu

Əllərinlə sığal çək saçlarıma…

Axşamınız xeyir, əzizlərim, dəyərli dostlarım, bloq izləyicilərim. Payızı sevmirəm, çoxunuz bilirsiniz. Soyuğu da, çiskini də, yağışı da özüylə həsrət gətirir sanki. Hal-hazırda da bayırda güclü külək əsir. Deyirəm, ay insafsız külək, bu qədər əsirsən gəl azacıq da dərdi, kədəri özünlə götür apar, bəs deyilmi iliyimizədək hüzün yaşatmağın?!..

Hər gün olmasa da, zaman tapan kimi “e-mail” ünvanıma baxıram. Bir neçə dəqiqə əvvəl də nə var, nə yox deyə baxdığımda gözümə ilk dəyən bir mesajın ilk sətri oldu “Əllərinlə sığal çək saçlarıma”. Qəribə gəldi mənə, dedim görəsən nə mesajdı bu, kimdəndi bu belə. Kimdi bu cəsarətin sahibi?

Nə isə, mesajı açdım ki, Pərvin qızım şeir göndərib. Oxuyub qiymət verməyimi istəyir. Pərvin, sənin o gənc, həm də kövrək ürəyindən gələn hər misranın öz dəyəri var, qızım. Mənim qiymətim, bloqda dərcimdi. Qoy, hər gün bloqun ziyarətinə gələn yüzlərlə oxucunun da xəbəri olsun ki, bələ bir gənc yazar var.  Bu yazının davamını oxu

Darçınlı, kəsmikli peçenyə

Lazım olan ərzaqlar:

Kəsmik – 200 q
Kərə yağı – 100 q
Un – 1 stəkan
Soda – bir çimdik

Üzəri üçün:

1 ç/q darçın
3-4 x/q şəkər tozu  Bu yazının davamını oxu

Tənha qalmış pişik balası

Soyuq da həsrət kimidir, xəbər etmədən gələr, insanın iliyinədək işləyər həm də… Yox, bu günkü qəhrəmanım insan deyil. Bu gün pişik balasından danışacam. Xoşbəxtliyin sevincini doyunca dadmadan tənha buraxılan pişik balasından…
…ayağını zorla sürüyərək gəzirdi, o tindən bu tinə, bu tindən o tinə. Gücü, taqəti bitmişdi, içindəki qorxu onu acizləşdirib ürkək etmişdi. Qarşısına çıxan hər şeydən qorxur, bir qaraltı görən kimi sığınmağa yer axtarırdı.
Gecə yarısı, yenə ac, yenə tək, yenə aciz…başqa yolu yoxdu, ölmək və hər şeydən birdəfəlik qurtulmaq. Başını aşağı salıb mərkəzi küçəylə hara gedəcəyini özü də bilmədən yola çıxdı. Ürəyi qorxudan az qala yerindən çıxacaqdı. Yaxınlıqdan gah özündən razı pişiklərin qorxunc səsi, gah tək-tək də olsa hərəkət edən maşınların əyləc səsi eşidilir, göydən isə sulu qar qarışıq tökülən yağışın küləyə qarışmış soyuqluğu yağırdı… Amma pişik balası bu dəfə inadlı idi, qorxmadan ölümə doğru gedirdi. Yolun tən ortası ilə, nə səkiyə çıxır, nə də əvvəllər olduğu kimi üzünə düşən gur avtomobil işığından ürküb kənara qaçırdı.  Bu yazının davamını oxu

Sənsiz də keçərmiş ömür…

Hərdən heç nə hiss etmərik aclığı, susuzluğu belə…
Yorğunluqmu, qırğınlıqmı bilmirəm… Hiss etmərikmi, etmək istəmərikmi?..
Varlığımızı da, nəfəs alışımızı da unudarıq bəzən. Özümüz də bilmədən bir yerə dikilib qalarıq, gözlərimiz yol çəkər. Bir rəqəmin üstündə ilişib qalmış saat əqrəbi kimi…
Yaşanmışların yükündənmi, yaşanacaqların qorxusundanmı, sevdiklərimizin həsrətindənmi, itirdiklərimizin acısındanmı..?
Bəzən çox çalışarıq güclü və xoşbəxt görünməyə nədənsə alınmaz..
Özümüzlə oynadığımız yalançı oyunların nəticəsindənmi, yoxsa yaşlanmış aktyorların yorğun düşmüş kimi halındanmı… Ya da səriştəsiz aktyorların təcrübəsiz vəziyyətindənmi?  Bu yazının davamını oxu

Müəllim sönməyən günəşdir

Sabahınız xeyir, dəyərli dostlarım.

Bir neçə gündən sonra müəllim gününü qeyd edəcəyik. Bloqun statistikasına nəzər salıram hər gün. Hansı yazıya, hansı mövzuya daha çox təlabat var deyə, bir müşahidə aparıram. Axtarış sisteminə ən çox düşən müəllim haqqında yazılardır. Mən də bunu nəzərə alıb, dəyərli izləyicilərim, həm də axtarış nəticəsində bloqa təsadüfən gələnlər üçün müəllim haqqında yeni bir yazı dərc etmək istədim.

Qiymətli kəlamları oxumaq sizin üçün də maraqlı olar. Axı hər birimizə oxumaq savadını müəllimlər verib. Yaşımızın neçə olmasından asılı olmayaraq, müəllimlərin dəyərini bilmək bizim müqəddəs borcumuzdur.

1. Müəllim bir sənətkardır, sabahın təməlini o qurduğu kimi, qiymətli şəxsiyyətin yetişməsinə də o səbəb olar. (Mustafa Kamal Atatürk)  Bu yazının davamını oxu

Dərini qoruyan və gözəlləşdirən qidalar

Fəsillərin içində biri var ki, onu gözləyənlərin sayı hər zaman üstünlük təşkil edib. Bu geridə qoyduğumuz yay fəslidir. İl boyu yorğunluğun dincini çıxartmaq üçün ən münasib vaxt. İstirahət zonaları, xarici ölkələrə səfər, bağ mövsümü, dəniz, qum…
Bunlar hamısı ilk baxışdan çox gözəldir. Amma əks tərəfi də olmaya bilməz, bu da təbii haldır. Bu gün onlardan biri haqqında danışacam.
Uz dərisi qızmar günəşdən, dəniz suyundan, qumdan və digər amillərdən həm zədələnə, həm də elastikliyini itirə bilər. Bu həssas dərilər üçün daha çox keçərlidir. Payız qapımızı döyüb bunu, bax elə bu an əsən şiddətli külək də sübut edir. Hələ bəlkə bir azdan yağış da yağmağa başlayacaq. Yağış yağır…hmmm..nə isə, mövzudan uzaqlaşmayım. Bu yazının davamını oxu

Günah axtarmaqdan keçib

Bəşəriyyət yarandığı gündən bu günədək həyat təzadlı fikirlər, fərqli yanaşmalar, dünyaya baxış prinsipləri baxımından ayrılıqlara bölünüb. İnsanlar bir-birlərindən xarici görünüşlərinə görə fərqləndikləri kimi daxili aləm baxımından da fərqlilik nümayiş etdirirlər. Təbii ki, bu həyatın bizim təxəyyülümüzdən uzaq bir qanunudur. Çünki indiyə qədər insanların nədən oxşar yox, fərqli yarandığı haqqında dəqiq fikir yürüdən olmamışdır. Nəinki oxşar və fərqli, hətta insanın yaradılışı haqqında belə dəqiq söz deyən yoxdur. Dinimizə görə ilk insan bəşəriyyətin atası hesab olunan Adəm peyğəmbərdir. Allah onu yaratdıqdan sonra Həvvanı yaradıb. Lakin elm, fəlsəfə inkişaf etdikcə bu fikrə qarşı təzadlar, həmçinin bu iddianı inkar edə biləcək qədər elmi əsaslar irəli sürüldü. Beləliklə, insanın yaradılışı haqqında olan bu iddiaya qarşı fikir ayrılıqları yarandı.  Bu yazının davamını oxu