Müəllifin arxivləri: sevinclidunya

Pryanik “nejenka”

image

Lazım olan ərzaqlar:

Süd – 500 ml
Un – 250 qr (hələlik)
Şəkər tozu – 500 mq
Bir çimdik duz
Duru yağ – 100 ml
Vanil – 4 paçka
Qabartma tozu – 4 paçka
Yumurta – 2 ədəd (sarısı)
Yumurta – 2 ədəd (tam halda)
Un – 1 kq  Bu yazının davamını oxu

Niyə qadına əl qaldırmaq olmaz?!. (Qadınlar mövzusunda III yazı)

image

Artıq bir ildən çoxdur ki, bu silsilə yazının 1-ci və 2-ci hissəsini dərc etmişəm, müəyyən fikir mübadiləsi də aparılıb. Yazının ilk hissəsində qadınlar haqqında hansı mövzunu müzakirə etmək istəyirsinizsə, təklifinizi verin – deyə fikir bildirmişdim. Çox hörmətli İrinka xanımdan təklif gəlmişdi. Gecikmiş də olsa bu gün məhz təklif olunan mövzuya qayıtmaq, yenidən bu mövzunu gündəmə gətirmək istərdim.
Yazıma belə bir fikirlə başlamaq istəyirəm – “Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın onu ovsunlayar, anlayışlı qadın isə ona sahib olar” (Helen Rouland). Bu gün yaxşı qadınlardan danışmayacam. Ağıllı qadınlardan da deyil mövzum. Gözəllərdən də söz salan deyiləm. Anlayışlı qadınları da bəlkə bir başqa mövzuda xatırladaram. Bu yazının davamını oxu

Bir zamanlar mən də gülərdim, indi isə sadəcə gülümsəyirəm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 10-cu yazı )

image

Salam olsun müsahibə gününü sabah bilib gözləyən, bu gün oxuyan bütün dostlara. Müəyyən səbəblərdən müsahibəni bu gün dərc edəcəm. Müsahibimdən danışmazdan əvvəl fürsətdən istifadə edib bəzi vacib məqamları vurğulamaq istəyirəm və bunu özümə borc bilirəm, çünki istəmirəm ki, boş yerə aramızda inciklik yaşansın. Bəzən hiss edirəm ki, dostlarım məndən inciyirlər. Bunu aşkar göstərən də olur, yazıb bildirən də, incikliyi bir başqa tərzdə biruzə verən də. Özümə deməyə çəkinənlərin narazalığı dolayı yolla da olsa çatır mənə. Doğrudur, ola bilər ki, mən səhifələrinizə gec-gec gəlim, paylaşımlara gec rəy bildirim. Amma bunun yeğanə bir səbəbi var: vaxt məhdudluğum. Burdan açıqca deyim. Mən videopaylaşımlar olduğunda alt yazı varsa oxuyacam, fikir bildirmək zəruri olduğu halda gün ərzində, ya növbəti gün o paylaşıma öz sözümü yazacam. Təsəvvür edin, bu yaxınlarda səhifələrin birində bir videopaylaşımı bəyənmişəm, alt yazıya görə də münasibət bildirmişəm. Üstündən bir neçə gün keçəndən sonra mənə bildiriblər ki, bəs əslində o videopaylaşımda bir xəzinə varmış…  Bu yazının davamını oxu

Xoş gəldin, bahar…

İlıq nəfəsli baharım, xoş gəldin ömrümüzə. Gəlişin torpağı canlandırıb, təbiətə can verdiyi kimi insanların ömrünə də fərah gətirsin inşAllah. Vətənimizin başı üstündən qara buludlar, qulaqlarımızdan silah səsi çəkilsin. Dünyamız sülhə köklənsin, qana susamışların arzuları buz bağlasln gözündə. Yer üzündə tökülən nahaq qanlara son qoyulsun, bağrı müharibə qorxusu ilə yarılan körpələrin üzünə təbəssüm qonsun. Dünya başdan-başa sevgiyə bürünsün, təbiət yaşıllığa büründüyü kimi…  Bu yazının davamını oxu

Fikrin keçmişində qalarsa həm bu günün, həm də gələcəyin əllərindən uçub gedər…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 9-cu yazı)

Bu müqəddəs gündə xoş gördük hamınızı, əziz dostlar! Bu gün yenə sizin marağınıza səbəb olacaq bir xanımla tanışlıq günüdür. Mən də tanımırdım, tanıdım və çox da məmnun oldum bu tanışlığa. Belə gəncləri, bu düşüncədə xanımları gördükcə: gələcəyimizə ümidim daha da çoxalır. Çox intizarda saxlamayım sizi, buyurun, Selcan xanımla yaxından tanış olun.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.

1. Müsahibim kimdir, sizi necə tanıyaq?  Bu yazının davamını oxu

Muğam bir xəzinədir, açarıdır duyğular…

image

Musiqi dünyasında əsrarəngiz duyumu, üslubu, məna dərinliyi ilə fərqlənən muğam Azərbaycan incəsənətinin özəli, təməli sayılır. Dünya musiqiləri içində özünəməxsus yeri olan muğamlarımız Azərbaycan adını çoxlarına tanıtmağa nail olubdur. Məşhur alman bəstəkarı Bethovenin gözəl bir fikri var: “Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır”. Bəli, muğam da belədir. Təəssüflər olsun ki, bir neçə il geriyə dönüb baxanda muğamın az qala unudulacağının şahidi olduğumuzu hamımız xatırlayacayıq. Amma çox hörmətli Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə qulağımız yenidən bu gözəl musiqi ilə musiqiyə doymağa qovuşdu. Bu yazının davamını oxu

Etibarımdan şikayət edəni görmədim…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 8-ci yazı)


Bilirəm ki, bu gün çoxunuzun gözü müsahibə axtaracaq. Keçən həftə bəzi səbəblərdən müsahibə dərc etmədim deyə özüm də narahatçılıq keçirirdim. Bu gün yenə müsahibimlə birgə qarşınızdayam. Yəqin ki, başlığa fikir vermisiniz – Tanımadığımız tanışlar – bu adı təsadüfən seçmədim mən. Bəzən elə biri olur ki, tanıyırıq kimi gəlir bizə, amma söhbət zamanı görürük ki, bilmədiyimiz çox şeylər varmış. Bu günkü müsahibimi, əslində, Zərifin səhifəsindən tanımışam. İstifadəçi adı diqqətimi çəkmişdi: “Canım Qarabağım”. İstədim yaxından tanış olaq, buyurun, müsahibəni oxuyun.

1. Salam. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Hüseynova Zöhrə, Füzuli rayonunda doğulmuşam, hal-hazırda torpaqlarmızda yağı düşmən yurd salıb və biz Bakıda yaşayırıq. Ailəliyəm, bir oğlum var.  Bu yazının davamını oxu

…kaş ki o bənövşələr yenə yolumu gözləyəydi…

8 Mart

Sevincli Dünya

image

Bəlkə də yazım çoxunun xoşuna gəlməyəcək, xüsusən də qadınların, elə ona görə də çox uzun yazmayacam…
Əlimdə ixtiyar olsaydı, bəzi bayram günlərini təqvimdən silərdim. Biri haqqında 14 fevralda yazmışdım. Biri də bu gün – 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bəli, doğru oxudunuz, məhz bu tarixi təmtəraqla qeyd edilməkdən xilas edərdim. Yəqin səbəbi hamınıza maraqlı gələcək.
Mən uşaq olanda 8 Mart gələnə kimi bağımızın qurtaracağında bir kol vardı, onun dibinə cığır salardım. Havalar indiki kimi mülayim keçərdisə, arzuma çatmış olardım.

View original post 600 daha çox kəlmə

Qabusnamə (9-cu fəsil)

image

Doqquzuncu fəsil
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA

Ey oğul, cavan olsan da qocaağıl ol. Demirəm ki, cavanlıq etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstu demişdir: “Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı deyirlər”. Bundan əlavə süst cavan olma, diribaşlıqdan bəla törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər cavanlıqdan istifadə et, qocaldıqda özün bacarmayacaqsan. Necə ki, bir qoca kişi demişdir: “Cavanlığımda yaman fikir çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, indi qocalmışam, mən özüm onları istəmirəm”.  Bu yazının davamını oxu

Türk mətbəxindən – Pide

image

Lazım olan ərzaqlar:

Xəmir üçün:

Süd – 2 stəkan
Yumurta – 1 ədəd
Duru yağ – 0,5 stəkan
Maya – 1 desert qaşığı
Şəkər tozu – 1,5 xörək qaşığı
Duz – 1 çay qaşığı
Aparana qədər un

Bu yazının davamını oxu