Kateqoriya Arxivləri: Sağlamlıq

Aşiq olmaq sağlamlıqdırsa, sağlamlıq da sevgidir


Hər birinizi xoş gördüm, dəyərli dostlarım. Yazılarımın arasında fasilələr uzun çəkir, bilirəm. Amma bunu da bilirəm ki, məni yaxşı tanıyan dostlarım bunu məsuliyyətsizliyimə yozmurlar. Burada deyiblər: “Anlayana can qurban”…

Hə, əzizlərim, bu gün maraqlı bir yazı təqdim edəcəyəm. İnternetdən təsadüfi axtarış nəticəsində qarşıma çıxdı. Əvvəlcə məhz bu tarixdə dərc etməyim deyə əl saxladım. Sonra fikirləşdim ki, yazı dərc etmək üçün bir fürsət düşüb əlimə, bunu da bada verməyim. Axı mən də darıxıram həm sizin üçün, həm də yazmaq üçün…  Bu yazının davamını oxu

Dərini qoruyan və gözəlləşdirən qidalar

Fəsillərin içində biri var ki, onu gözləyənlərin sayı hər zaman üstünlük təşkil edib. Bu geridə qoyduğumuz yay fəslidir. İl boyu yorğunluğun dincini çıxartmaq üçün ən münasib vaxt. İstirahət zonaları, xarici ölkələrə səfər, bağ mövsümü, dəniz, qum…
Bunlar hamısı ilk baxışdan çox gözəldir. Amma əks tərəfi də olmaya bilməz, bu da təbii haldır. Bu gün onlardan biri haqqında danışacam.
Uz dərisi qızmar günəşdən, dəniz suyundan, qumdan və digər amillərdən həm zədələnə, həm də elastikliyini itirə bilər. Bu həssas dərilər üçün daha çox keçərlidir. Payız qapımızı döyüb bunu, bax elə bu an əsən şiddətli külək də sübut edir. Hələ bəlkə bir azdan yağış da yağmağa başlayacaq. Yağış yağır…hmmm..nə isə, mövzudan uzaqlaşmayım. Bu yazının davamını oxu

Gözəllik qurban tələb edirmi

Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: “Gözəllik qurban tələb edir”. Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. İlk olaraq ona görə ki, Yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb. Bəlkə çoxunuz mənim kimi müşahidə etmisiniz, adətən, qara, qıvrımsaçlı xanımlar əsmər olur. Nazik, ipək kimi, açıq rəngli saça sahib xanımlar isə sarışın. Bu yazının davamını oxu

İsti havalarda diqqətli olun

Mövsümlər bir-birini əvəz etdikcə orqanizmimiz də özünü adaptasiya etməyə çalışır. Bu dəyişikliklər bəzən bir çox xroniki xəstəliklərin meydana gəlməsinə də səbəb ola bilir. Artıq ilin ən qızmar fəsli olan yay aylarını yaşayırıq. İsti havalar artıq müəyyən siqnallar belə veribdir. Bürkülü hava, temperaturun kəskin yüksəlməsini də bir neçə dəfə müşahidə etmişik. Bu cür istilərin bir çox xəstəliklərə səbəb olması da hamıya bəlli məsələdir. Bu fəsildə hər kəs, xüsusilə də uşaqlar ciddi qorunmalıdırlar.  Bu yazının davamını oxu

Yeyin-için, amma bunlara əməl etməyi də unutmayın

image

Sağlam yaşamaq, xüsusən də artıq çəki olmadan formada qalmaq hər bir qadını narahat edən problemlərdən biridir. İdman, qida rejiminə düzgün əməl etməklə yanaşı bəzi məqamlar var ki, onları bilməyimiz çox vacibdir. Bəzən məcburən, ya da elə bilərəkdən bizə artıq çəki gətirə biləcək qidalardan istifadə etməli oluruq. İştahla yeyirik, hələ bir “bəh-bəh” də deyirik. Amma yeyib qutarandan sonra içimizdə bir sıxıntı yaranır: nahaq yedim, mənə bahaya başa gələcək, gərək nəfsimi tutaydım…  Bu yazının davamını oxu

Payız fəslində sağlam qidalanmanın yolları

image

Artıq isti yay aylarını geridə buraxmışıq. Payızın qoxusu çoxdan pəncərələrdən içəri dolmağa başlayıb. Yay istirahət fəsli olduğu üçün bir çox insanlar yemək mövzusunda qaydaları pozmağa məcbur qalırlar. Həm də yay, ümumiyyətlə, pəhriz üçün əlverişli və münasib sayılmır. Amma fikir etməyin, yeni fəsil gəlib və əhvalımızı yeni ovqata kökləmək o qədər də çətin olmayacaq. Bu günkü mövzumuz da məhz yayda “məcburən” aldığınız artıq çəkini sağlam qidalanmaqla bərpa etməyin yolları olacaq. Sizdən sadəcə aşağıdakı qidaları menyuya daxil etmək və deyilənlərə əməl etmək tələb olunur.  Bu yazının davamını oxu

Balın faydaları haqqında

image

Ən yaxşı bal saf və nisbətən qatı halında olandır. Tünd rəngli, bəzən yaşılsayağı, sarımtıl rəngli və iki ildən çox qalan bal keyfiyyətcə pis bal hesab olunur.
Bal selikli qişaları yumşaldır, öskürəyin qarşısını alır. O, mədə üçün münasibdir, ağrısını sakitləşdirir, bağırsaq üçün faydalıdır. Balın sidikqovucu təsiri də vardır.
Ümumiyyətlə, bal istilik gətirir, ilkin mərhələdə quruducu xüsusiyyətə malikdir. Bəlğəmi və rütubəti kəsir, bədən daxilindən rütubəti özünə çəkir. Bal damarları genişləndirir ki, bu da qan dövranını yaxşılaşdırır. Başqa dərmanlara bal qatdıqda onların təsiri çox qalır. Bu yazının davamını oxu

Sümük əriməsinin qarşısını necə almalı

Mature older people lifting weights

Əgər bədənimizi təşkil edən sümüklərin qeydinə vaxtında qalmasaq, orta yaş həddinə çatanda bir çox problemlərlə qarşılaşacağımız qaçılmazdır. Buna görə də sümüklərin sağlam olması üçün hər an mübarizə aparmalıyıq.

Bunun üçün heç də bahalı və tapılmayan qidalar tələb olunmur. Hamımızın tapa, yeyə biləcəyimiz, sümüklər üçün faydalı olan qidalar və məsləhətlərlə tanış olaq.

Ən az 2 stəkan süd için:  Bu yazının davamını oxu

Qış fəsli ərzaqları və faydaları haqqında

image

İstər həkim olsun, istər sadə insan, hər kəs bilir ki, qış fəsli xəstəliklərlə daha çox üzləşdiyimiz bir vaxtdır. Orqanizmin vitaminlərə tələbatı daha çox olur. Amma demək olmaz ki, qızda vitamin ehtiyatımız taməmən tükənə bilər. Xeyr, qış fəslinin elə ərzaqları var ki, onlar vitamin baxımından çox faydalı sayılırlar. Xəstəliklərə qarşı müqavimətiniz olsun deyə, bu ərzaqlardan istifadə etməyi unutmayın. Bunlar hansılardır?

Brokkoli:  Bu yazının davamını oxu

Yeməkdən dərhal sonra dişləri fırçalamaq doğrumu

image

Gün ərzində müxtəlif qidaların qəbulu insan orqanizmi üçün normal və təbii hal sayılır. Və bunu da bilirik ki, dişlər gün ərzində ən azı iki dəfə fırçalanmalıdır. Lakin bəzi yeməklər vardır ki, onların qəbulundan sonra dişləri fırçalamaq zərərli hesab olunur.

Mütəxəssislərin araşdırmalırına görə turşu tərkibli maddələr olan yeməklərdən sonra dişləri fırçalamaq üçün 30 dəqiqə gözləmək lazımdır. Məsələn, limon, qreyfrut, portağal yedikdən sonra dişləri fırçalamaq olmaz. Bu yazının davamını oxu