Kateqoriya Arxivləri: Dinimiz, imanımız
Namaz və onun qaydaları (6-cı hissə)
Vacib namazlar:
Vacib namazlar dörddür:
1– Gündəlik namazlar;
2– Ayət namazı;
3– Meyit namazı;
4– Allah Evinin vacibi təvaf namazı;
Gündəlik vacib namazlar:
Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
1– Sübh namazı……………………………………………… İki rükət;
2– Zöhr namazı……………………………………………… Dörd rükət;
3– Əsr namazı………………………………………………. Dörd rükət;
4– Məgrib namazı………………………………………….. Üç rükət;
5– İşa namazı………………………………………………. Dörd rükət.
Namazın vacibatı: Bu yazının davamını oxu
Namaz və onun qaydaları ( 5-ci hissə)
Günaydın, əzizlərim. Dördüncü hissənin sonunda sizə təyəmmüm haqda yazacağımı söz vermişdim.
Təyəmmümdə vacib olan işlər
Təyəmmümdə dörd şey vacibdir:
1– Niyyət;
2– İki əlin içini təyəmmümün səhih olduğu şeyə, yəni torpağa vurmaq;
3– İki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə: tüklər bitən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək. Bu yazının davamını oxu
Ramazan Bayramınız Mübarək
Əziz dostlar, dini, imanı olan soydaşlarımız, Allaha sığınıb kəramətinə şükr edənlər, ürəyində saf niyyət daşıyan hər kəs, bütün müsəlman dünyası! Ramazan ayını başa vurmuş sayılırıq. Gəlişini səbirsizliklə gözləyənlər, gedişindən pərişandır əlbət. Amma bizə verilən bu müddət ərzində fikirləşmək üçün çox böyük zamanımız var. Bir ayın fəzilətini dərk edənlərin düşünməyə ehtiyacı olmayacaq, amma hələ də qəflət yuxusunda yatanlar varsa, növbəti Ramazanadək yaxşı-yaxşı düşünün. Allahı sevməyi və dərk etməyi anlayın. Bilin ki, bu dünyada sığınacağınız bir pənah yeriniz, bir qibləniz var. İmana gəlməyin zamanıdır artıq. Pis niyyətlərinizdən, pis əməllərinizdən çəkinin. Əl tutmağın, könül sevindirməyin savabını dərk edə bilmirsinizsə, nə əlinizi uzadın, nə də dilinizi… Bu yazının davamını oxu
Namaz və onun qaydaları ( 4-cü hissə)
Söz verdiyim kimi bu gün qüsldan və onun alınması qaydasından danışacam.
QÜSLLAR
Namazdan qabaq boynunda vacibi qüsllardan biri və ya bir neçəsi olan şəxslərə qüsl etmək vacibdir və onlar namaz qılmaq üçün əlavə olaraq dəstəmaz da almalıdırlar. Cənabət qüslu isə dəstəmazı əvəz edir və onunla namaz qılmaq olar.
Vacibi qüsllar yeddi qismdir: Bu yazının davamını oxu
Namaz və onun qaydaları (3-cü hissə)
Söz verdiyim kimi bu yazımda sizə dəstəmazın alınma qaydası və dəstəmaz zamanı oxunan dualardan danışacam.
DƏSTƏMAZIN MÜSTƏHƏB ƏMƏLLƏRİ:
1– Üzü yumazdan qabaq əlləri yumaq;
2– Ağıza su alıb yaxalamaq;
3– Buruna su alıb yaxalamaq;
4– Aşağıdakı duaları oxumaq. Bu yazının davamını oxu
Namaz və onun qaydaları (2-ci hissə)
Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Əvvəlcə “Bismilləh” deyilməlidir. Sonra isə əllər yuyulmalı və ağız 2 və ya 3 dəfə yaxalanmalıdır. BUrna da 3 dəfə su çəkliməlidir. onra isə üzün bütün hissəsi yuyulmalıdır.
Burnun içinə su çəkmək lazımdır.
Üzü yuduqdan sonra əvvəlcə sağ əli, sonra sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır. Bu yazının davamını oxu
Namaz və onun qaydaları (1-ci hissə)
Əziz dostlar, Allahın rizası ilə sizlərlə namaz və onun qaydaları haqda bildiklərimi bölüşmək istəyirəm. Bəlkə kimlərsə namaz qılmaq istəyir, amma bir o qədər bilgisi yoxdur. Sizlərə yazdığım bu silsilə yazılarda, həm də namaz qılmağın qaydalarından da danışacam, öyrənmək istəyənlər üçün hər xırdalığı anlatmağa çalışacağam.
Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah – Təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Hər kəs namazı yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri Əkrəm ( səlləllahu əleyhi və alihi və səlləm) buyurub: ” Namaza əhəmiyyət verməyən və onu yüngül sayan kəs axirət əzabına layiqdir.” Bu yazının davamını oxu
Böyük sevgi
…O, çox günahlar etmişdi. Törətdiyi qətllərin sayı-hesabı bilinmirdi.”Qatil” deyə tanıyırdılar onu. Deyilənə görə 99 adam öldürmüşdü. Bu say hər an 100-ə də çata bilərdi. Bir gün adam öz əməllərindən peşman olub haqq yoluna gəlmək istəyir. Amma haqqın yoluna gəlməsi üçün də ona bir istiqamət verən gərəkdir. Bu məqsədlə axundun yanına gəlib deyir:
-Mən çox peşman olmuşam. İstəyirəm düzəlim. Mənə bir məsləhət verin. Bu yazının davamını oxu
O, bizim təsəllimiz
Əhvalımız hansısa səbəbdən pisləşəndə-mənəvi, fiziki ağrılar çəkib, sıxıntılarla üzləşəndə ətrafımızdakı insanlardan təsəlli umuruq. Bizi nə iləsə ovutmalarını gözləyirik. Söylədikləri sözlər yaramızı sağaltmasa belə… Dərdli olduğumuz zaman yanımızda biriləri öz böyük dərdindən danışarkən bir anlıq da olsa sakitləşirik… Yox, bu başqasının ağrısına sevinmək deyil. Sadəcə çoxumuz daxilən zəif olduğumuz üçün sakitliyi başqalarının bizim beynimizə yeritdiyi bu fikirdə tapırıq: ”Bu problemi yaşayan nə ilk, nə son insan sən deyilsən! Bax, mən səndən də betərəm.” Və o adam öz “betər hal” ını bizə anlatdıqca yolumuza çıxan maeələrlə rastlaşan ilk və son insan olmadığımızı, başımıza gələn uğursuzluqları başqalarının da yaşadığını bilərkən tək olmadığımızı bir daha xatırlayırıq. Bu yazının davamını oxu