Bloq Arxivləri
Qələbə ətirli Qarabağım
QƏLƏBƏ ƏTİRLİ QARABAĞIM
…əfsanəyə görə abad bir mahal, bu mahalda isə iki sevgili varmış. Bu sevgililər uzun müddət imiş ki, bir-birindən aralı, həsrətin, hicranın vurduğu yaranın göynərtisi ilə yaşayırlarmış. Başlarından keçməyən qəzavü-qədər qalmayıbmış. Ayrılıq günü onlar söyüdlü arxın kənarında oturub gələcək həyatları haqqında xəyallar qururlarmış. Qəfildən göy guruldayıb ildırım çaxır bədheybət bir quş sevgililərdən birini caynağına alıb göyün milinə qalxır. Göy üzündə qara buluda dönüb ətrafı zülmətə boyayır. Yer üzündə qalmış sevgili saçını-başını yolub haray salsa da, səsini duyan, ününü eşidən tapılmır. Torpağın sinəsini göz yaşları ilə sulayır. Günlər ayları, aylar illəri yola salır. Sevgililərin məskəni olan abad mahalın güllləri, çiçəkləri göz yaşı ilə sulanmaqdan solub-saralır. Bağlar barını, çəmənlər ətrini, dağlar az qala qürurunu itirir. Nə bülbül oxuyur, nə Xarı bülbül açır. Çaylar su əvəzinə qan-yaş axıdır. Abad mahaldan əsər-əlamət qalmır, hər yan xarabazara dönür. Həsrət könülləri dağlayır…
Bu yazının davamını oxuQarabağın qara bəxti…
Yoruldum mən…sözün həqiqi mənasında yoruldum… 25 il az müddət deyil. Bir igidin ömrü qədərdir deyərlər. Bəs onda yetməzmi yas tutduğumuz? Bəs deyilmi həsrət?!.. Bəs deyilmi işğaldan yazmaq?!..Yurd üçün nigaranam bu gün mən…bu adi nigarançılıq deyil, bu fərd üçün yaşanan nigarançılıq deyil, sən ondan nigaran olasan, o isə digərindən…bu nigarançılıq sevgi kimi, yaxşılıq, hörmət kimi qarşılıq gözləmir. Çünki bu Vətənə olan hissdir! Vətən yeganə məfhumdur ki, onun üçün nə etsək qarşılıq almadan edərik. Sevsək də, nigaran qalsaq da, həsrət çəksək də… Bu yazının davamını oxu
Mən Şuşadan gəlirəm…
25 il az bir müddət deyil. El arasında – “bir igidin ömrü” də deyilir. Bu yazını iki il bundan əvvəl yazmışdım, içimdə qəribə bir inam hissi ilə…inanırdım ki, növbəti yaz o qırmızı lalələr düşmən ayağının tapdağından, düşmən nəfəsindən xilas olacaq. Amma…dəyişən heç nə yoxdur… Yenə də şəhid, yenə də anaların fəryadı, yenə də ürəklərdə Qarabağ həsrəti yaşayırıq…yurd həsrəti ilə yaşamağa yaşamaq deyilirsə…
Bu arada, hamınızı salamlayıram, mənm sadiq və vəfalı dostlarım…
…qıpqırmızı lalələr çəmən çiçəkləri ilə baş-başa verib şirin-şirin pıçıldaşırdılar. Elə bil neçə illərin həsrətli sevgililəri idilər. Quşların cəh-cəhlə oxuması, bülbülün Xarı bülbülə, öz sadiq sevgilisinə vəfası, buludların səmada düzülüşü belə, bir xoşbəxtlik tablosu idi.
Cıdır düzündə igid-igid oğlanlar əllərində Azərbaycanın üçrəngli bayrağı at çapırdılar. İsa bulağının buz bulağından su içmək üçün qızlar boy-boya vermişdilər. Ağacların yenicə tumurcuqlamış budaqlarında min rəng vardı. Başı dumanlı dağların ən uca zirvəsi belə açıq-aydın görünürdü… Bu yazının davamını oxu
Şuşaya gedə bilmirəm – Akif Səməd
Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.
Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.
Bu gecə yuxuma girmişdi Şuşa – Zəlimxan Yaqub
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.
Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.
Şuşa Azərbaycanın musiqi beşiyidir
Şuşanı dünyaya tanıtdıranlar arasında incəsənət xadimləri də vardır. “Əgər oxumursansa, deməli, şuşalı deyilsən” – məşhur rus şairi Sergey Yeseninin bu kəlamlarında böyük həqiqət var. Doğrudan da, bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi. Böyük rus musiqi tədqiqatçısı V.Vinoqradov yazırdı: “Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.”. Bu şəhər on doqquzuncu əsrin sonu və iyirminci yüzilliyin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqisi tarixində eyni mövqe tutur”.
Şuşam mənim – Rəsul Rza
Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Azərbaycan torpağının
nur parçası.
Bu gün Şuşanın işğalı günüdür
Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir.
Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa»
(şüşə – glass) adlandırmışlar.