Bloq Arxivləri

Birgə düşünək, birgə tapaq

image

1. 8 gözətçi yanacaq anbarını qoruyurdu və anbarın hər divarının yanında 2 gözətçi dayanmışdı. Göstəriş gəldi ki, mühafizəni gücləndirmək lazımdır. Hər divarın yanında 3 gözətçi dayanmalıdır. Lakin əlavə olaraq yeni gözətçilər gəlmədilər. 8 gözətçini necə yerləşdirmək lazımdır ki, dörd divardan hər birinin yanında 3 gözətçi dayansın?  Bu yazının davamını oxu

İbtidai siniflər üçün məntiq

image

1. Həcmi 10 l olan bidon su ilə doludur. Bu bidonu boş 7 litrlik və 3 litrlik vedrələrdən istifadə edərək iki bərabər hissəyə necə bölmək olar?

2. Tülkü balalarının arasındakı məsafə 100 addımdır. Hər tülkü balası qarşı-qarşıya 35 addım gələrsə, onlar arasındakı məsafə nə qədər olar?  Bu yazının davamını oxu

Əyləncəli riyaziyyat və məntiq

image

1. Hansı üç ədədi topladıqda və ya vurduqda nəticə eyni alınır?

2. Həcmi 18 litr tutan çəllıkdən 2 ədəd 7 litrlik vedrənin və 1 ədəd 4 litrlik qazanın köməyi ilə 6 litr suyu necə tökmək olar?

3. Elnarənin riyaziyyatdan “5” qiymətlərinin sayı “4” qiymətlərinin saylndan 2 dəfə çoxdur. Elnarənin “4” və “5” qiymətlərinin birlikdə sayı 12-yə bərabərdirsə, onun neçə “5”-i və neçə “4”-ü var?

4. 666 ədədini heç bir hesab əməli aparmadan bir yarım dəfə necə artıra bilərsən?  Bu yazının davamını oxu

Məntiq və riyazi əyləncə tapşırıqları

image

1. Aşağıdakı yazılışlarda bəzi ədədlər arasında “+”, “-“, “x”, “:” işarələrini elə qoy ki, doğru cavab alınsln.

a) 5555=16;                  b) 33333=7

2. 6 dənə 9 rəqəmindən əməl işarələrindən və mötərizədən istifadə etməklə elə ifadə qur ki, onun qiyməti 20-yə bərabər olsun. Bu yazının davamını oxu

Əyləncə və məntiq tapşırıqları

21-lessons-from-kids-istockphoto-damircudic_1

Əziz valideynlər! Bu silsilə xəbərim uşaqlarının gələcəyini düşünən məsuliyyətli valideynlər üçündür. Bütün gün hər birimiz bəzi şikayətlər ilə qarşılaşırıq. Valideynlər uşaqların dərsə marağı olmadığından, oxumaqda çətinlik çəkdiyindən şikayət edirlər. Lakin bir qədər dərin araşdırma aparsaq, görərik ki, günahın çoxu elə valideynlərin özündədir. Əgər onlar uşaqlara doğru istiqamət vermiş olsalar, şikayətlər də bir qədər az olmuş olar. Gənc analar məndən inciməsinlər. Sosial şəbəkələrdə müxtəlif bayağı mövzuları müzakirə edib, müğənni və aktrisaların həyatını mövzu etməkdənsə, internetdən doğru istifadə edib, faydalı olan məlumatlarla maraqlansınlar. Onda həmin valideynlərin övladları da internetin yalnız “çat” üçün lazım olmadığını anlayacaqlar.  Bu yazının davamını oxu

İbtidai siniflər üçün əyləncəli məsələlər

 

 

21-lessons-from-kids-istockphoto-damircudic_1

1. Sehirli kvadratı tamamlayın.

Bu yazının davamını oxu

Məntiq, yoxsa tapmaca?

 

image

1. Onmərtəbəli binada yaşayan bir kişi hər gün birinci mərtəbəyə enmək üçün liftdən istifadə edir. Evinə qalxmaq üçün də liftdən istifadə edən kişi nədənsə yeddinci mərtəbəyədək liftlə qalxır, mənzilinə çatmaq üçün qalan yolu pilləkənlə çıxmalı olur. Sizcə niyə?

Bu yazının davamını oxu

Məntiq və əyləncə

image

 
1. 12 vedrəlik çəllək su ilə doldurulmuşdu. Biri 8 vedrəlik, digəri isə 5 vedrəlik iki boş çəllək daha vardır. Yalnız bu çəlləklərdən istifadə etməklə həmin suyu iki bərabər hissəyə necə bölmək olar?

2. Üç kişi və iki oğlan çayın o biri sahilinə keçməlidirlər. Qayığa isə bir kişi və ya iki oğlan minə bilər. Çayın eni isə 100 m- dir. Onlar çayın o biri sahilinə necə keçə bilərlər? Bəs qayıq nə qədər yol getmiş olar?

Bu yazının davamını oxu

Məntiq və əyləncə

1334255228_oiu

 

1. Rafiqgilin toyuğu və qoyunu var. Onların sayı 5-dir. Ayaqları sayı isə 14-dür. Rafiqgilin neçə toyuğu və neçə qoyunu var?

2. Mağazada 10 ikitəkərli və üçtəkərli uşaq velosipedi var. Təkərlərin ümumi sayı 24-dür. Mağazada neçə ikitəkərli və üçtəkərli velosiped var?

3. Bir uşaq 5 addım irəli, 2 addım geri getməklə cəmi 75 addım atmışdır. Bu uşaq durduğu yerdən neçə addım irəli getmişdir?

Bu yazının davamını oxu

Məntiq və əyləncə

1

 

1. Gecə zülmət qaranlıqdır. Bir ailə körpüdən keçməlidir. Ailə nənə, ata, ana və nəvədən ibarətdir. Körpü çox qədimdir deyə ancaq iki adamdan artıq keçə bilməz. Ailədə isə bir fənər var. Fənərsiz keçmək isə mümkünsüzdür. Ata – 1 dəqiqəyə, ana – 2 dəqiqəyə, nəvə – 5 dəqiqəyə, nənə isə – 10 dəqiqəyə körpünü keçirsə, 17 dəqiqə zaman sərf etməklə ailəni körpüdən necə keçirmək olar? Bu yazının davamını oxu