Əyləncə və məntiq tapşırıqları

21-lessons-from-kids-istockphoto-damircudic_1

Əziz valideynlər! Bu silsilə xəbərim uşaqlarının gələcəyini düşünən məsuliyyətli valideynlər üçündür. Bütün gün hər birimiz bəzi şikayətlər ilə qarşılaşırıq. Valideynlər uşaqların dərsə marağı olmadığından, oxumaqda çətinlik çəkdiyindən şikayət edirlər. Lakin bir qədər dərin araşdırma aparsaq, görərik ki, günahın çoxu elə valideynlərin özündədir. Əgər onlar uşaqlara doğru istiqamət vermiş olsalar, şikayətlər də bir qədər az olmuş olar. Gənc analar məndən inciməsinlər. Sosial şəbəkələrdə müxtəlif bayağı mövzuları müzakirə edib, müğənni və aktrisaların həyatını mövzu etməkdənsə, internetdən doğru istifadə edib, faydalı olan məlumatlarla maraqlansınlar. Onda həmin valideynlərin övladları da internetin yalnız “çat” üçün lazım olmadığını anlayacaqlar. 

Bu gündən məntiq və əyləncə mövzusunda tapşırıqlarımıza yenidən start verdik. Buyurun, oxuyun, fikirləşin, övladınızı nəyə cəlb etmək lazım olduğu haqqında bir daha düşünün. Hər birinizə zehin açıqlığı arzulayıram, əziz uşaqlar!

1. 5 litrlik və 3 litrlik vedrələrin köməyi ilə çəlləkdən vedrəyə necə 4 litr su tökmək olar?

2. Bir hinduşkanın kütləsi 8 kq və hinduşkanın kütləsinin yarısına bərabərdir. Hinduşkanın kütləsi nə qədərdir?

3. 7 uşaq dairədə dayanaraq topu bir nəfərdən bir atırlar. Birinci olaraq topu Kamran atdı. Kamranın yanında dayanmış Bəşirə top nə vaxtsa çata bilər?

4. Kamal 3 ay ərzində Tahirdən 3 kitab çox, Dilbərdən isə 2 kitab az oxudu. Onlar cəmi 20 kitab oxumuşdular. Onların hər biri neçə kitab oxuyub?

5. Seyfi açmaq üçün kodun rəqəmlərini düzgün müəyyən etməli və boş xanalara yazmaq lazımdır. Syfi açmağa cəhd et. 3   6   *   *   15   18

6. Ədədin yüzlük mərtəbəsindəki rəqəmi 5 vahid azaldıb, onluq mərtəbəsindəki rəqəmi 2 vahid artırsaq ədəd necə dəyişər?

7. 2 qıfıl və 2 açar var. Buratino açarlardan birini götürüb yoxladı ki, açar qıfıla düşür, ya yox. Bir dəfə yoxlamaq kifayət edər?

8. Yuxarıdan saydıqda 3-cü olan mərtəbə 20 mərtəbəli binanın neçənci mərtəbəsidir?

9. Üç müxtəlif birrəqəmli ədədin cəmi onların hasilinə bərabərdir. Bu ədədləri tap.

10. 4 nəfər bir-biri ilə salamlaşdı. Neçə salam oldu?

09/10/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Ürəyimi oxudunuz, elə sizə deyəcəkdim ki, nolar ki, məntiqi tapşırıqları bərpa edəsiniz. İşlədib cavabları yazacam inşəAllah. 7-ci suala rast gəlmişdim, oğlumun hansısa kitabında. Maraqlı suallardır.
    Təşəkkür edirəm, Sevinc, biz anaları bizdən çox düşünürsünüz 🙂

    Bəyən

    • Oxumaya bilməzdim ki😍😍😍💖💖💖
      Sənə həmişə demişəm bunu, yenə də təkrar edirəm: kaş hamı sən məsuliyyətdə ola, mələyim.
      İnşAllah həftədə bir dəfə bu tip tapşırıqları yerləşdirəcəm. Bəlkə kimlərinsə gərəyi olar.
      Dəyməz, borcumdur😘😘😘

      Bəyən

      • Sevinc, mən əvvəldən bir səhv eləmişəm, Eşqini məntiqə çox yönləndirmişəm, indi də kitab çatdıra bilmirik, gah onu aldırır, gah bunu. Amma nağıl zad oxumağa hövsələsi çatmır. Dərslərini bilir ki, oxumalıdır, amma əlavə ədəbiyyat gələndə başı soyuqluq edir. Kitabı verirəm əlinə ki, get bu nağılı oxu, gəl mənə danış. Mətbəxdən də fikir verirəm ki, heç səsi gəlmir, gedib baxıram ki, kitabı qoyub qabağına ya məntiq edir, ya da başqa test. Artıq nitqində hiss olunur mütaliə etmədiyi. Özümün də elə vaxtım yoxdur ki, oturum ikimiz bir yerdə oxuyaq. Gec olmamış gərək düzəldəm, amma necə onu bilmirəm 😦

        Bəyən

  2. Mən də hər həftə balamla tapşırıqları edəcəm Allahın iznilə 🙂
    Borcunuz deyil ki, insanlığınızdır.

    Bəyən

    • İnşAllah, mələyim, edərsiniz. Deməli, uşağın texniki fənlərə meyli, marağı daha çoxdur. Sən vaxt edəndə özün oxu, bu cür uşaqlar uzun-uzadı nəyisə oxumağa həvəsli olmurlar. Özün maraqlı hekayələr oxusan, bəlkə həvəslənər. Həvəslənmısə də söz ehtiyatın yığar.

      Bəyən

  3. Cavablarini deye bilersiz zehmet olmasa?

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...