Bloq Arxivləri

Məntiqlə düşün və tap

image

1. Aşağıdakı yazılışlarda ədədlər arasında əməl işarələrini elə yaz ki, doğru bərabərliklər alınsın. Mötərizələrdən də istifadə etmək olar.
a) 1 2 3=5
b) 1 2 3 4=5
c) 1 2 3 4 5=5
d) 1 2 3 4 5 6=5
e) 1 2 3 4 5 6 7=5
ə) 1 2 3 4 5 6 7 8=5

2. Dörd pişiklə 3 pişik balasının kütləsi 15 kq, 3 pişiklə 4 pişik balasının kütləsi isə 13 kq-dır. Pişiklərin kütləsi bir-birinə bərabər və pişik balalarının kütlələri də bərabər olarsa, hər pişiyin və hər pişik balasının ayrılıqda kütləsi nə qədər olar?  Bu yazının davamını oxu

Düşünsək taparıq

image

1. Atamın 31 yaşı olanda mənim 8 yaşım var idi. İndi atam məndən 2 dəfə böyükdürsə, mənim neçə yaşım var?

2. Dolu qabla brlikdə balın çəkisi 10 kq-dır. Balın 1/4-ni götürdükdən sonra qalan bal qabla birlikdə 8 kq oldu. Əvvəlcə qabda neçə kq bal var idi?  Bu yazının davamını oxu

İbtidai siniflər üçün məntiq

image

1. Həcmi 10 l olan bidon su ilə doludur. Bu bidonu boş 7 litrlik və 3 litrlik vedrələrdən istifadə edərək iki bərabər hissəyə necə bölmək olar?

2. Tülkü balalarının arasındakı məsafə 100 addımdır. Hər tülkü balası qarşı-qarşıya 35 addım gələrsə, onlar arasındakı məsafə nə qədər olar?  Bu yazının davamını oxu