İbtidai siniflər üçün əyləncəli məsələlər

 

 

21-lessons-from-kids-istockphoto-damircudic_1

1. Sehirli kvadratı tamamlayın.

image

 

2. Həcmi 5 l və 3 l olan qablardan istifadə edərək 8 litrlik qabdakı südü iki bərabər hissəyə necə bölmək olar?

3. Bir kişinin çoxlu dəvəsi və 3 oğlu olur. Kişi ölərkən oğlanlarına 17 dəvə miras qoyub gedir. Vəsiyyət edir ki, böyük oğlana dəvələrinin 1/2 hisssəsi, ortancıl oğluna 1/3 hissəsi, kiçik oğluna isə 1/9 hissəsi çatsın. Oğlanlar nə qədər edirlər ataları deyən qayda ilə dəvələri aralarında bölə bilmirlər. Bir müdrik kişinin yanına gəlirlər. Müdrik kişi dəvəni vəsiyyətdə deyildiyi kimi oğullar arasında bölür. Bunu necə edir?

4.  “+” və “-” işarələrini elə qoyun ki, doğru bərabərlik alınsın.

2 2 2 2 2 2 2 = 6

2 2 2 2 2 2 2 = 2

2 2 2 2 2 2 2 2 = 8

2 2 2 2 2 2 2 2 = 4

2 2 2 2 2 2 2 2 = 0

2 2 2 2 2 2 2 2 2 = 10

2 2 2 2 2 2 2 2 2 = 6

2 2 2 2 2 2 2 2 2 =2

2 2 2 2 2 2 2 2 = 16

5. Bir kibrit çöpünün yerini dəyişməklə doğru bərabərlik alın.

image

06/06/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Məcburam ki, Eşqinin yerinə özüm həll edim 🙂 Balam qayıtsın, başlayarıq inşəAllah. İndi kefdədir, nə vaxt zəng edirəm ya məşqdədir, ya da küçədə futbolda 😆

    Bəyən

  2. Sonayin sozu olmamis balam istirahetde gelsin hell ederik.

    Bəyən

  3. Qoyun dincəlsinlər, ən azından avqustun 15-dək yormayın uşaqları. Başınızı qatmaq istəyirsinizsə, özünüz həll edin. İnşAllah sentyabr üçün daha maraqlı çalışmalar olacaq.🌹😘

    Bəyən

  4. İnşəAllah xeyirlisi ilə sentyabrda başlayarıq.

    Bəyən

  5. Çox sağolun çox yararlıdır.

    tərəfindən bəyənildi 1 şəxs

  6. 3 sualın cavabı?

    tərəfindən bəyənildi 1 şəxs

    • Salam, bloqa xoş geldiniz.
      Müdrik kişi dəvəsindən birini əlavə edir say 18 olur. 1/2 hissə 9, 1/3 hissə 6, 1/9 hissə isə 2 edir. 9+6+2=17 . Oğlanlar paylarına düşən dəvələri alırlar, kişi də öz dəvəsini götürüb gedir.

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...