…sadəyəm, amma sadəlövh deyiləm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 4-cü yazı)

image

Bu günkü müsahibim yenə də instagram dostlarımızdandır. İstifadəçi adı “Günəşə doğru”dur. Mən hörmətli oxucularıma “Günəş” adlı bir dəyərli xanımı təqdim etmişdim və əksəriyyət bu xanımdan çox-çox razı qalmışdı. İndi də Günəş xanımı özlərinə böyük hesab edib məsləhətlərindən yararlanırlar. İnşAllah bu günkü müsahibim də öz fikirləri ilə ətrafa günəş kimi saçmağı bacaracaq. Və inanıram ki, inşAllah gənclərimizə örnək olacaq biri kimi də seviləcək.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Təqaüddə olan bir müəllimə, övladlarını sevən bir ana, nəvəsini sevən bir nənə var, Qazıyeva Kəmalə – həyatı sevən bir insan…. 
2. Düşünmək asandır, həyata keçirmək çətindir. Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir. Düşündüyünüzü həyata keçirmək sizinçün də çətindirmi?
– Deyirlər gözəl görən gözəl düşünər, gözəl düşünən isə həyatdan zövq alar. Elə düşüncələrim var ki, onların həyata keçməsi mümkündür və Allahın köməkliyi ilə keçir də. Elə düçüncələrim də olur ki, bəzən həyata müraciət etmək istəyirəm, bir mahnıda deyildiyi kimi – “Mənə bu nağılın sonunu söylə”… və xoş xəyallarla baş-başa qalıram. Bilirəm ki, mümkün olmayan bir şeylərdir, yenə də həyata gülümsəyək ki, həyat da bizə gülümsəsin.
3. Deyirlər ki, ailə qurduqdan sonra sevgi azalır və yaşlandıqca məhv olur…sizə görə bu doğrudur ya…?
– Ailə kiçik bir dövlətdir. Onu qoruyub saxlamaq çox çətindir. Ailənin möhkəmliyi tərəflərin bir-birinə münasibətindən asılıdır. Sevgi, güvən, anlaşma olduqda ailə möhkəm olur. Sevgisi bitməyən gözəl ailələr çoxdur. Düçünürəm ki, anlaşma çox vacibdir. Allah bütün ailələri qorusun.
4. Məşhur bir filmdən sitatda deyilir : “Mən mələk deyiləm, amma dünya da cənnət deyil”… dünya cənnət deyil, yoxsa insanlar mələk?
– Bir anlığa təsəvvür edin insanlar mələkdirlər. Kaş ki….. Onda heç dövlətə də ehtiyac olmazdı, həyat cənnətə bənzəyərdi sanki…. Lakin insanlar mələk deyillər…..
5. Deyirlər ki, bağışlamaq intiqam almaqdan daha yaxşıdır. Bəs sizin dünyanızda hansı hökmranlıq edir intiqam, yoxsa bağışlamaq?
– Quranda tövsiyyə edilən gözəl xüsusiyyətlərdən biri də bağışlamaq və əhv etməkdir. “Sən bağışlama yolunu yaxşı tut, yaxşı işlər görməyi əmr et və cahillərdən uzaq dur”.(Əraf surəsi 199) “Əhv edib xoş qəbul etsinlər. Məgər siz Allahin bağışlamasını istəmirsiniz? “Allah bağışlayandır. Rəhm edəndir.(Nur surəsi 22) Bəndə nədən bağışlamasın ki… İntiqam hissi mənim xarakterimə yaddır.
6. Y. V. Göte deyir: “Həmişə etibarsızlıq göstərmək, həmişə güvənmək qədər böyük bir səhvdir”. İnsanlara güvəniniz çoxdur, ya insanlara etibarınız yoxdur, hansıdır sizdə?
– Əslində insanı tanımaq böyük bir məharət tələb edir, həm də deyərdim ki təcrubə və istedad. Bəzən birini uzun müddət yanımızda yoldaşlıq, dost münasibətində olduğumuz üçün tanıyırıq və hər xasiyyətinə bələdik deyə düşünürük, amma elə anda, elə məqamda həmin adamdan elə zərbələr, elə xəyanət görə bilərik ki, onun haqqında bütün təsəvvürlər, bütün fikirlər alt-üst ola bilər. Bunun üçün gərəkdir ki, hər adamı könül məbədində taxtda oturtmayasan. Çünki fikir və düşüncələrində yanılmaq, sevginin, güvənin, etibarın buna layiq olmayan adamla paylaşdığıni düşünmək çox ağır, acı bir duyğudur. Bu həyatda isə bundan qacmaq qeyri-mümkündür məncə……
7. Qarşınızdakı insanlara birinci nəyə görə qiymət verirsiniz?
– Belə bir misal var: “Adamı geyiminə görə qarşılayarlar, ağlına görə yola salarlar”. Məncə bu misal düzgün deyil. Çünki geyiminə görə adam qarşılamazlar. Az olmayib ki, səliqəli, bahalı geyimdə olan insanlar oğurluq ediblər. Və yaxud yamaqlı geyimdə olan övliya, yəni Allah dostu olub. Odur ki, hər kəsin Allahi birdir! Geyimi pis olanın da, yaxşı olanın da Allahi birdir! Çox adamlar insanlari kimliyinə, vəzifəsinə, puluna görə qiymətləndirir. Lakin böyük yaradan Allah- təala insanlara kimliyindən, vəzifəsindən, əsli-nəcabətindən asılı olmayaraq imanına görə qiymət verir. Təsəvvür edin cəmiyyətdə hər kəs imanlı olsa necə olar? Hər kəs biri o birinə inanar! Həyat nə gözəl olardı…Allah cəmiyyətimizi pak etsin.
8. İnsan sevmək hissini israf etməməlidir. Kim nə qədər sevilməyə layiqsə, onu o qədər sevməlidir. Sevginizi israf edəcəyiniz biri varmı və ya oldumu? Kimdir o?
– “İnsan sevme hissini israf etmemeli, kim na kadar sevilmeye layiksa onu o kadar sevmeli” – Necib Fazil Qisakürek… Düşünürəm ki, bu sözlərdə həqiqət var. Bəzən sevilməyə layiq olmayana fazlasıyla sevgi veririk. Çünki mənim aləmimdə sevginin ölçüsü ölçülməzdir. Elə ona görə də çox əziyyət çəkdim bu həyatda… Sevgi ruhun qidasıdır. Sevgi ilə qalın hər zaman…
9. Qaranlıqdan qorxmamağı, yalnız qaranlıqda öyrənə bilərsən. Yaxud pisi görmədən yaxşının qədri bilinməz. – İnsanlar niyə belədir?
– Bir gun yaxşılıq və pislik dəniz sahilində qarşılaşırlar və qərara alırlar ki, dənizdə yuyunsunlar. Hər ikisi geyimlərini çıxardıb dənizə girirlər. Bir müddət sonra Pislik dənizdən çıxıb Yaxşılığın paltarını geyinir və yoluna davam edir. Yaxşılıq isə dənizdən çıxıb öz geyimlərini tapa bilmir. Amma çılpaq olmaqdan utanır deyə, əlacsız qalıb Pisliyin geyimlərini geyinib yola düşür. Elə o vaxtdan insanlar onlari bir-biri ilə səhv salırlar. Ancaq səbirli ağıllı insanlar Yaxşılığın gözlərindəki saflığı görüb geyiminə baxmadan tanıyırlar onu. Eləcə də Pisliyin üzünü görən kimi onu tanıyanlar vardır ki, geyim onun pisliyini gizlədə bilməz.
10. Arxandan vurana əsəbləşmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışandan da incimə, onu insan yerinə qoyn da sənsən… Yəqin ki, sizin həyatınızda da belə insanlar olub. İnsanları doğru tanıya bilmədiniz, yoxsa sizdən istifadə etdilər?
– Tanıdım dünyanın hər üzünü mən
Qorxaq gecəsini gündüzünü mən.
Seçdim incisini, ilbisini mən
Özümü tanıya bilmədim, anam…

Yersiz saxladım mən gözüm üstə
Çoxuna yer verdim dizimin üstə.
O qədər iz düşdü izimin üstə,
İzimi tanıya bilmədim, anam.

İnsanları tanıya bilmədim. Sevdim hər kəsi, özüm kimi bildim, inandım, güvəndim.
11. Qəlb də ayna kimidir, sındısa – yapışdırmaqla düzəlməz. Qəlbinizi sındıran oldumu?
– Qəlbin qırılması qabırğanın qırılması kimidir qıraqdan baxdıqda heç nə bilinməz, amma hər dəfə nəfəs aldıqda acılar verər. Qəlbi yenidən qazanmaqsa günəşin gecə vaxtı çıxmasına bənzəyir. Qəlb qırıldıqda yaşadığımız üzüntü həyata olan sevincimizi azaldır. Qəlb, Allah-Təalanın qonşusudur. Allah-Təalaya qəlbin yaxın olduğu qədər heç bir sey yaxın deyildir. Allah-Təalanı ən çox incidən, küfrdən sonra qəlb qirmaq kimi böyük günah yoxdur. Gəlin qəlb qırmayaq.
12. “Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!” Mövlanə hikmətidir bu. Sizin münasibətinizi də öyrənmək istərdim. Həqiqətənmi belədir?
– Mövlanə hikməti ilə tam razılaşmıram. Bunu hamıya şamil etmək olmaz. Dostluğun birinci şərti etibardır. Mən xoşbəxtəm həyatda məni başa düşən etibarlı dostlarım var. Qardaş dost olmaya bilər amma dost qardaş kimi olmalıdır. (B.Franklin)
13. Çox sevdiyimiz birinə “Səni dünyalar qədər sevirəm” deyirik. Bəzən də söz düşəndə: “Dünya qara qəpiyə də dəyməz” deyirik. Nədir bizi bu təzad qarşısında qoyan? Sevgimiz doğru deyil, yoxsa…
– Mən səni dunyalar qədər sevdim…Nə qədər gözəl bir ifadə…Sevgi o qədər gözəl hissdir ki, onun ölcü vahidi ölcülməzdir. Düşünürəm ki, sevgimizin ölçüsünü dünya ilə müqayisə etmək məcazi mənadadır. Mən səni dünyalar qədər sevdim …bu cümlədə nə qədər həyat var, nə qədər gözəllik var, nə qədər sevgi var. Dünya qara qəpiyə dəyməz də deyirik. Düşünürəm ki, burada dünyanın faniliyi nəzərdə tutulur. Burada mən təzad görmürəm hər biri öz yerində işlənəndə öz mənasını kəsb edir.
14. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin…oxuduğunuz kitablar, yoxsa ünsiyyətdə olduğunuz insanlar sizi qane edir?
– Elm elə bir nemətdir ki,sonu yoxdur. İnsan bu yolda nə qədər irəli getsə də, daha cox məchullarla rastlaşar. Dahi Sokrat demişdir: “Bircə onu bilirəm ki, heç nə bilmirəm. Onu bilməyənlər də var.” İslam dinində də elmə verilən dəyər: “Beşikdən məzara qədər elm öyrən”. Elə insan da var ki, dərya kimidir baş vurduqca çıxmaq çətindir. Ondan öyrənirsən və öyrəndikcə zövq alırsan. Filosoflar özləri də kitablardan maarifləniblər. Ünsiyyətdə olduğum insanlar var ki, onlar mənim üçün dəryadır, zəkadır.
15. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olar”. Ən pis vərdişiniz nədir?
– Deyirlər insan özü özünün həkimi olmalıdır. Alimlərin araşdırmalarına görə pis vərdişlərdən qurtulsa insan ömrü 14 il uzanar. Təvazökarlıqdan uzaq da olsa sağlamlığıma, həyatıma zərər verəcək qədər pis vərdişim yoxdur.
16. Cəmiyyətə nəzər salsaq insanların çoxu kökündən qopmuş ağaca bənzəyir. Həm özlərinə yad olublar, həm də təbiətə. Nədir insanların yadlaşmasına səbəb?
– Hər gün, hər saat tələsir insan…Son zamanlar gün ərzində bəşər övladının xatırlatdığı sözlər: Çatdırmıram…tələsirəm. Hara tələsir? Bu sadə sualın cavabını da düşünməyə də vaxt eləmir. Axı o tələsir…Nədən bu tələsmə? Nədən bu vaxtsızlıq? Əslində bəlkə də özünü unudub insan. Özünü unudub, öz missiyasını, öz başlanğıcııi, öz istedadlarını, öz zövqünü, öz sevincini, öz kədərini unudub insan. 21-ci əsrin daşıdığı tərəqqiyə rəğmən, onun gətirdiyi rifaha, fiziki işlərə vaxtin qənaət edilməsinə rəğmən vaxtsızlıq sindromu baş alıb gedir. Özünə, valideynlərinə, övladına, dost tanışına vaxtı yoxdur, təbiətlə ünsiyyətə vaxtı yoxdur. Özü ilə belə yadlaşıb insan. Bəlkə də texnoloqiyadır günahkar kim bilir…
17. İtirəcək bir şeyi olmayan insandan qorxular. Bu həyatda ən çox itirməkdən qorxduğunuz nədir?
– Mən dağ qalxdım, dağ aşan kimiyəm
Dünya gördüm dünyalaşan kimiyəm
Bir az möhlət istəyirəm ömürdən
Uzaqdımı, yaxındımı mənzilim?!..
Bəzən həyat insana əziyyət verir. İnsanın canı yanır. Bir anlığa yaşamaq belə istəmirsən. Allah özü hamıya kömək olsun. Əsas odur ki, insanlığımızı, vicdanımızı, şərəfimizi, ləyaqətimizi, mərhəmətimizi, insani dəyərlərimizi itirməyək.
18. İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymaq üçünsə altmış il lazım olur. Dilinizi dinc tutmadığınız üçün peşiman oldunuzmu?
– Sözün də su kimi lətafəti var
Hər sözü az demək daha xoş olar.
Bir inci safligi varsa da suda
Artıq içiləndə dərd verir su da. (N.Gəncəvi)
Deyir susmaq o qədər gözəl mövzudur ki, saatlarla danışa bilərəm. Bəzən əsəblərimizə hakim olmayıb özümüzdən çıxırıq. Düşünürəm ki, elə yer var ki, sözünü deməlisən. Çünki sadəyəm, amma sadəlövh deyiləm. Bəzən də susmaq elə özü cavabdır… Hətta İslam dinində də susmağa aid hədislər var. Çünki sükut qəlbin rahatlığıdır…..
19. Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir. Yaxşılıq edib pislik gördüyünüz oldumu?
– “Layik olana da, olmayana da sen iyilik et……Iyilik etdigin kimse buna layikse ,ne iyi……..Layik degilse, sen iyilik edicilerden olursun”……………………….Hedis-i Şerif. Yaxşılıq etmək ən gozəl və savab əməllərdən sayılır. Atalar nə gözəl deyib: “Yaxşılıq elə at dəryaya, balıq bilməsə də xaliq biləcəkdir”. Düşünürəm ki, bu sözdə nə qədər məna var. Həmişə yaxşı əməllərlə ucalaq. İnşAllah…
20. Özünüzdən ən yaxşısını versəniz, başqasından ən yaxşısını alarsınız. Hansı xüsusiyyətlərinizlə ətrafdakılara örnək oldunuz?
– Yaxşılıq anlayışı fərdi anlayışdır, yəni hər kəs bu məfhumu fərdi şəkildə düşünür, öz düşüncəsinə görə kimisi bu günyanı düşünüb yaxşılıq edir ki, mən də dara düsəndə o kəslər mənə yaxşılıq etsinlər, ancaq yaxşılıq edəndə, sadəcə Allah rizası üçün etmək lazımdır, çünki bu yaxşılıq bizi mənəvi kamilliyə doğru aparır, Allah yanında məqamımızı yüksəldir. Yaxşılıq özü müsbət keyfiyyətdir, bunu hər zaman özümüzə aşılamalıyıq çünki bu əməlin cavabı gec-tez Allah tərəfindən mükafatlandırılır. Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncir olsa da pisliklərdən qaçmaq qeyri-mümkündür, amma bu məni narahat etmir çox zaman. Çunki Allah qara mərmərin üstündə gəzən qarışqanı da görür.
21. Xoşbəxtliyi tənhalıqda tapan insanlar da var. Sizcə tənha olmaq insana xoşbəxtlik gətirərmi?
– Tənhalıqdan rahatlıq tapmağı bütün insanlara şamil etmək olmaz. İnsan tək qalmaq istəyirsə, deməli, yorğundur. Ruhu yorğundursa, deməli, xoşbəxt günləri azalıb. Ruhun qidası isə sevgidən və xoş anlardan ibarətdir. Əgər cismən yorğunsa, əzalarının haqqını vermir…
22. Düşüncəniz nədirsə, həyatınız da odur, həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin…həyat sizə düşüncənizi dəyişmək məcburiyyəti verdimi?
– Həyat baxdığımız baxışlarla düşüncələrimizlə özünü dəyişdirir. İnanın fərqli baxdıqca həyatımız dəyişəcək. Bu gün dünyanı dəyişəcək kiçik dəyişim səndən mənbə götürür. İstədiyin dünyanı istədiyin həyatı bütün gözəl olanları özünə onlari düşünməklə çəkə bilərsən. Bunu mən özümdə kəsf etdim.
23. “Üstündə ulduz olmayan yol yoxdur” (Ralf Emerson). Bəs sizin yolunuzda ulduz olan kim oldu?
– Doğrudur üstündə ulduz olmayan yol yoxdur. Mənim də həyat yolumun ulduzu oğlumdur. O mənim bu dünyada hər şeyim, həyatımın sevincidir. Onu verənə şükürlər olsun. Allah bütün övladları qorusun.
24. Abdulla Şaiq deyir ki, hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. Yaşadığınız cəmiyyətdə bu iki amil sizi qane edirmi?
– İnsanlarin inkişaf tərəqqisi üçün əxlaq ictimai şüurun ən qədim formalarından biridir. O insanların həm cəmiyyətə, həm də dövlətə, insanların bir-birinə olan münasibətini nizamlayır. Elmin inkişafı olmadan hec bir tərəqqidən söhbət gedə bilməz. Texnologiyanın yüksək səviyyəsi elə elmin inkişafının nümunəsidir. Yaşadığımız cəmiyyətdə elm və əxlaq normaları məni qane edir. İslam dinində də əxlaq normalarına geniş yer verilir.
25. Kiminlə güldüyünü unuda bilərsən, kiminlə ağladığını isə, əsla…kimdir ağlayanda sizinlə birgə ağlayan?
– Analar övladlarının yanında yağmağa hər an hazır olan buludlar kimidir. Mən ağlayanda o da ağlayır…üzüləndə o da üzülür…..canım oğlum.
26. Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir. Uduzmadınız ki, bu həyatı?
– Doğrudur, həyat yoldaşı seçməkdə yanılmaq həyatı boyu uduzmaq deməkdir. Bəzi insanlar dözmürlər, yarı yolda ayrılırlar, bəziləri isə fədakarlıq edərək ailəsi dağılmasın deyə sonuna qədər dözürlər uduzsalar da…Hər zaman Allahıma şükr edən bir insanam.
27. Sevgi insanlar üzərində hökm edə bilməz, lakin onları dəyişdirə bilər. Bunu qəbul edirsinizmi? Edirsinizsə, sevginin özünün belə sizdə dəyişə bilmədiyi nə ola bilər?
– Sevginin olduğu hər yerdə həyat vardır. Sevginin insanları dəyisməsini qəbul edirəm, çünki sevgi xariqələr yaradır. Sevgi olmasa bütün hər şey məhv olar.
28. Gənclik bir qızıldır, ömrün əlindən,
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsi ilə həmin qızılı
Torpağı yuyuram göz yaşımla mən. (Ə.Xaqani)
Gənclik, yoxsa uşaqlıq illərinə yenidən dönmək istərdiniz?
– Bəzən içimizdən bizə boylanan uşaqlığımız olur…Bax o zaman heç nə düşünmədən onun səsinə ses verin. Qoymayın boynu bükük dayansın…Və hər zaman onun hüzurlu və saf həyatını yenidən yaşatmağa çalışın. Kaş ki qayğısız uşaq olaydım…
29. Psixoloqlar deyirlər ki, əgər bir adam ağlamırsa, demək o gücsüzdür. Göz yaşıdırmı insanı güclü edən, yoxsa bu haqda başqa fikriniz var?
– Güclü olun ki, siz həyata deyil, yaşam sizə tutunsun. (A.Yüksel) İnsanlar müxtəlifdir. Güclüsü var, gücsüzü var, kövrəyi var, nikbini var insanın. Mənim fikrimcə güclü insanlar anlayırlar ki, çətinlik olmasa komfort olmaz. Onlar başqalarından fərqli olaraq hisslərə qapılmırlar. Onlar başqalarının uğursuzluqlarından dərs alırlar özləri üçün. Onlar problemlərdən qorxmurlar, onlarla baş-başa qalıb həll etməyə çalışırlar. Axı həyat mübarizədir…
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Bəzən güldürən, bəzən ağladan çətinliklərlə dolu yoldur həyat. Hərdən elə olur ki, ətrafımda hər şeyin dağıldığını görürəm amma bu zaman həyat müəllimlik edir. Ona görə də onu yaşamaqdan, çətinliklərdən əsla qorxma. Gəlin bu yaşadığımız bu həyatda layiqli rolda, layiqli şəxs kimi olaq. Seviriksə bütün varlığımızla, dostuqsa sadiq biri kimi, yoldaşıqsa heç vaxt darda qoymayaq. Elə insanlar var ki şüşə kimidir…dünyanı sənə göstərməyə çalışırlar…Elə insanlar da var ki ayna kimidirlər…..sənin özünü özünə göstərməyə çalışır. Belə insanlar bizi dəyərləndirən daxili aləmimizi üzə çıxardan zəkalı insanlardır.

Müsahibə üçün sizə təşəkkürümü bildirirəm  💐

03/02/2017 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 19 Şərh.

  1. Günaydın
    🐞Ugur BöCeði🐞LaDYBuG🐞

    tərəfindən bəyənildi 1 şəxs

  2. Günəş xanımı azcaa tanıyırdım. Bu müsahibə ilə gözəl təəssürat yaracaq qədər tanış oldum. Çox gözəl, maraqlı və dolğun bir söhbət alınıb. Təşəkkür edirəm sizə.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Mələyim, bu ilk müsahibəmdəki Günəş xanım deyil. Onun adı elə Günəş idi, bu xanımın adı isə Kəmalədi. İstifadəçi adı “Günəşə doğru”dur. Bütün Günəşləri yığıram bloqa, bir də gördün qışın ortaslnda yayı gətirdim ☺️☺️🙋🏻

    Bəyən

  4. Aaaaaa doğrudan? Mən niyə səhv salmışam 😦 Axır vaxtlar beynim lap dumanlanıb 🙂
    Sizinlə birgə qar da, çovğun da gözəldir Allaha həmd olsun. Yay isə lap lap lap gözəl 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  5. Salam Sevincim.Kemale xanımı tanitdiğiniz ucun tešekkûrler.İnsanları tanımaq özü bir meharetdir deyerdim.Bu gune qeder zennim meni yaniltmayıb, cox šukurler olsun rebbime.Mence Kemale xanımda daha cox gözellikler gizlinde qalıb.Oxuduqca oxumaq isteyirsen.Buna tecurbe yox gözel üreye sahib olmaq deyerdim.Menim Sevincim hemişe gözellikler keşf edir, cûnki gözellikler diyaridir qelbiniz.💖💖💋💋

    tərəfindən bəyənildi 1 şəxs

  6. Men melek deyilem, 🙈 melekler göyde olar ûreyim.😍😍😻😻Sizse menim qoruyucu meleyimsiniz.⚘🌷⚘🌷⚘🌷💖💖

    tərəfindən bəyənildi 1 şəxs

  7. Salam ureyim.super musahibe😍😍menim canim anam..cox gozel cavablardi👏👏👏bele de olmalidir

    tərəfindən bəyənildi 1 şəxs

  8. Axsaminiz xeyir sonyanin mamasi.Size diqqetinize gore tesekkurumu bildirirem.Gozel qelbli insanlarin fikirleride gozeldir.Allah razi olsun.

    tərəfindən bəyənildi 1 şəxs

  9. Axsaminiz xeyir Metanet xanim.Tesekkur edirem diqqetinize gore.Qelbi gozel insanlardan xos soz esitmek ozude gozeldir.Allah razi olsun

    tərəfindən bəyənildi 1 şəxs

  10. Salam Zumrudum.Tesekkur edirem diqqetine gore.Her zaman analara olar sevgini,diqqetini hiss etmisem.

    tərəfindən bəyənildi 1 şəxs

  11. Canim Sevinc xanim axşaminiz xeyir sonsuz tesekkurlerimi bildirirem bir daha.😘🌹🌹🌹

    tərəfindən bəyənildi 1 şəxs

  12. İnsanları kenardan sakit sessiz müşahide etmeyi çox sevirem. ve bele gözel heyati fikirlerle oxuculara xoş aura bexş eden insanlarla tesadüfen rastlaşdıqda çox çox xoşbext oluram.yorumsuz keçe bilmirem.eslinde tesadüflere yox Allahın möcüzelerine inanıram.az önce gözelliklerle zengin olan bir daxili aleme seyahet etdiyim de möcüze insanlardan biridir deye düşünürem.Dahi derin düşünceli,insanlarda ruh yüksekliyi yaradan,oz heyat tecrübesinden qaynaqlanaraq deyerli fikirleriyle biz gençlere yol gosteren mes Kemale xanim kimi esl insanlari Allah başimizin üzerinden eksik etmesin.Sizlere her daim ehtiyacımız var.Allah qorusun bütün Anaları.Yaxşi ki varsınız Kemale xanım.öpürem ellerinizden.

    tərəfindən bəyənildi 1 şəxs

  13. Sizede minnetdaram hörmetli Sevinc xanım.bele gozel özelliklerile seçilen bloqunuza Sevincli Dünya saytına ugurlar dileyirem💐

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: