Bağışlamağı bacarırsınızmı?

image

Nifrətə qalib gəlməyin yeganə yolu var:
Bağışlamaq…Başqalarını bağışlayanda biz azad olarıq. Nifrət həyatdan zövq almağımıza, insanların gözəl tərəflərini görməyimizə mane olur.
Bu həyatda heç kəs nə xalis yaxşı, nə də xalis pis deyil. Insanlar var ancaq başqalarının pis tərəflərini görməyi bacarırlar. Təkcə pislikləri görmək bir müddət sonra şübhə, depressiya və ümidsizlik dənizində boğar insanı. Nifrət dolu bir həyatsa, bədbəxt bir həyatdır…

Bağışlamaq isə insanı saflaşdırar, onu ucaldar. 
Bağışlamaq üçün lazım olan şey, insanın ruhi və zehni olaraq özünü hazır hiss etməsidir. Çünki bağışlamaq bir seçimdir, insanın içindən gələn istəkdir. Kimsəni bağışlamaq üçün məcbur etmək mümkün deyil.
Bağışladıqda, digər insanın da sizi bağışlamasını, dəyişməsini və ya sizin istədiyiniz kimi olmasını gözləməyin. Burda məqsəd sizin arxayınlaşmanız, sizin azad olmanızdır.

Bağışlamaq asan deyil. Ancaq özünü tanıtmaq üçün lazımdır.
Çox insan bağışlamağı, nifrət etdiyi adamın günahsız, ya da haqlı olduğu anlamına gələcəyini güman edir. Halbuki, bağışlamaq keçmişdəki xatirələrin boyunduruğundan xilas olmaq, həyatımızı nəzarət altında tutmasına son qoymaq deməkdir.
Bağışlamaq o adamı sevmək deyil…
Bağışlamaq o adamın gözlədiyi kimi hərəkət etmək deyil…
Bağışlamaq o adamı qucaqlamaq deyil…
Bağışlamaq o adamı günahsız bilmək deyil…
Bağışlamaq o adamı haqlı bilmək də deyil…
Bağışlamaq incikliyin, qəzəbin, nifrətin həbsxanasından azadlığa çıxmaqdır…
“Romantik unutma” isə bağışlamağın digər adıdır…
Məhz buna görə bağışlayın…

Kim deyə bilər ki, mən bu dünyada, heç kəsin könlünə dəyməmişəm, kimsəni küsdürməmişəm?
Birlərinə hirsləndik də, qəzəbli danışdıq da, incidib, küsdürdük, küsdük də bəlkə…Bu olanlardan sonra içimizdə qəzəb, kin, intiqam alma kimi mənfi hisslər inkişaf etmədimi? Məhz bütün bu mənfi hisslər bizi yaşadığımız anın zövqünü çıxarmaqdan, xoşbəxt bir həyat sürməkdən, sözün qısası, daha keyfiyyətli bir həyat üçün irəliyə doğru bir addım atmağa mane olmadımı? 
Bağışlamaq, olan bitəni geridə buraxmaq, qəzəbi məğlub edib, kin bəsləməyə son qoymaq deməkdir.
Haqlı olduğunuz məsələdə hiss etdiyiniz kinin, qəzəbin, cəzalandırma arzularının məğlub olmasına çalışın. Qəzəb bizim həyatı xoşbəxt bir şəkildə yaşamağımıza düşməndir.

Doğrudur, bağışlamaq bir xəta, bir təhqiri və ya hərəkəti ortadan qaldırmaq demək deyildir. Bağışlamaq bu hadisələrdən dolayı yaşadığımızı unutmağa səbəb olmaz, amma insana gözəl dərs olar…
Bağışlamaq bizi incidən adamın davranışlarını təsdiqləmək deyil. Baş vermiş olanların qəbulu da demək deyil, ya da əhəmiyyətsiz olduğu mənasına da şamil edilmir. Hələ fədakarlıq heç deyil. Əgər bizi kədərləndirən, incidən adama, bir maska taxaraq sanki bir şey yoxmuş kimi, ya da laqeyd qalaraq yanaşırıqsa və münasibətimizi davam etdiririksə, bu həqiqi mənada bir bağışlanma olmadığı kimi, insanın özünə olan dürüstlüyünə də şübhədir. 
Burada həqiqət adlı duyğularımızı keçici bir müddət üçün örtmüş olmuş oluruq. Həyatdan artıq zövq almırıq deməkdir, çünki saxta hisslər içindəyik. Qəzəbimiz onun ən zəif anında ortaya çıxa bilər və içimizdən qisas almaq hissi keçə bilər. 
Birini bağışlamaq, bizi incidən adamın borcunu qaytarmaqdır. Əgər birini bağışlamağı rədd ediriksə, bu hələ də o adamdan bir gözləntimiz olduğunu, bir şeylər istədiyimizi göstərər, bu bir qəzəbdən sonra almaq istədiyiniz bir intiqam belə olsa, bizi əbədi olaraq ona bağlı saxlayar. Ən yaxşısı, bizdən umacaq bir şeyləri olmayan, buna gücü çatmayan bu insanları bağışlamaqdır.

Ancaq bir şeyi də unutmayın, həqiqətən güclü insanlar bağışlaya bilir, bu iş mərd işidir. Saxta və ya süni bir bağışlama isə qorxaqların işidir. Saxta bağışlama saxladığımız qəzəb hissinin bir müddət sonra ortaya çıxmasına və bunun nəticəsində də bizim bədbəxt, təcavüzkar biri olmamıza səbəb olar.
Sizi incidən insanları buraxın getsin. Əbədi olaraq ağlınızdan çıxarın, unudun… Bağışlayın və onunla olan bütün əlaqələrinizi kəsin, onu sərbəst buraxaraq, nə qədər azad və xoşbəxt olduğunuzu görün…

… İndi o pəncərədən yenidən baxın, insan nə qədər təmiz və aydın görünür, artıq tam mənası ilə azad biri kimi…İndi bu anın keyfini çıxarın və vaxtı doya-doya yaşamağa başlayın…

12/08/2015 tarixində Ailə dünyası içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Gözlərim Dan Yerində Xatın

    Düzdü, Sevinc, insan bağışlamağı bacarmalıdır. O qədər güclü iradəyə, mərhəmətli ürəyə sahib olmalıdır ki, bunu bacarsın. Sənin ürəyini parça-parça edən insanları bağışlamaq mümkündür, bir də olur ki, hər gün rast düşdüyün insanlar ola, hər dəfə də qəlbini qıra, bax bununçun ikiqat güclü olmalısan ki, bağışlayasan. Hansı ki, həmən adamı Allaha həvalə edəsən, ürəyinə nur səpilməsini arzulayasan, çünki, onun cəzalanmasını da istəmirsən.
    Bilmirəm , bəlkə də mənim ürəyim çox həssasdır, kövrəkdir, kimsə qəlbimə dəyəndə mütləq gözlərim dolur, ürəyim ağrayır. Amma tez də bağışlaya bilirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sevinc , canım , səni çox axtardım tapdım, məni tanıdınmı?

    Bəyən

  3. Gerçəkdən, bağışlamağı bacarmayan insanı yanıldığı zaman kimsə bağışlamaz, bağışlayan insan öz qəlbini neqativdən, zəhərdən qorumuş olur, həyatını yaşamağa davam edir və xoşbəxt olmağa can atır.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Bir kişi olaraq bağışlamağı bacarıram. Amma sizlər o qədər də əmin olmayın.

    Qadınlar və fillərin tək bir ortaq xüsusiyyəti var. “Unutmazlar”

    Qadın bağışladığını deyirsə həm özünü həm qarşısındakını aldadır deməkdir

    tərəfindən bəyənildi 1 şəxs

  5. Mən bağışlamağı bacarıram.Baxır nəyi .Çox böyük bir hərəkəti bağışlamışam.Bağışlamağımın həmin adama çox böyük təsiri oldu.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: