Bloq Arxivləri

Dünyaları yeməklə deyil, bir parça çörəklə xoşbəxtəm mən…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 18-ci yazı)

Cüməniz mübarək, əziz dostlar! Xoş gördük həftənin bu gününü səbirsizliklə gözləyənləri, elə gözləməyənləri də ☺️

Bu gün gənc bir qızla, istedadlı, o kiçik ürəyinə dünyanı sığışdıra biləcək bir gücdə olan Pərvinlə tanışlıq günüdür. İndiyə qədər Pərvinə “siz” deyə rəsmi müraciət edirdim. Daha bu gündən “qızım” deyəcəm. Həm yaşda mənim qızımdan da kiçikdir, həm də onun daxilindəki kövrəklikmi deyim, duyğusallıqmı deyim, nə bilim gizli bir hiss mənə bu sözü dedirtdi. Bir şey mənə qəribə gəldi, Pərvini tanıyanlar bilirlər ki, mövzulara heç vaxt qısa olaraq cavab verməz. Hər zaman geniş məzmunda fikir bildirər. Mən müsahibədə də bunu gözləyirdim. Amma niyəsə qızım lakonik cavablarla kifayətlənib. Cavablar məni qane edib əslində, qısa olmağına baxmayaraq bəzən elə cümlələrə rast gəldim ki, “afərin” deməkdən başqa söz tapmadım. Ola bilər suallar qane etməyib Pərvini. Hər halda güman edirəm ki, Pərvin mənim instagram hesabım var olduqca dostluğumda qalacaq və hər zaman gözüm axtaracaq biri olacaq…

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Mən Əzimzadə Pərvin. 1998-ci ildə Bakıda anadan olmuşam. Məktəbi bitirmişəm, şeir və yazı yazmaqla özümü ovundururam. Sanki təsəlli tapıram… boş zamanlarımda isə kitab oxumağı çox sevirəm…  Bu yazının davamını oxu

Könlümdəki qışımı yaza çevirən ailəm var…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 15-ci yazı)

Günaydın, dostlar! Müqəddəs cümə gününüz mübarək olsun. Bu gün müsahibə günü, çox gözəl bir xanımla tanışlıq günüdür. Yeganəni köhnə dostlar yaxşı tanıyır, daha doğrusu hamımız onu şirin-şəkər oğlu Aminə görə tanımışıq. MaşAllah indi böyük oğlan olub. Neçə müddət idi ki, kənardan izləyirdim səhifəsini, sözün açığı bir az incimişdim də. Amma mənim ürəyim dost dediklərimdən hələm-hələm asan sınmır. Hər xırdalığa görə münasibəti korlayan biri də deyiləm. Xüsusən də dəyər verdiyim biri olduqda. Yeganə də çox istədiyim dostlarımdandı. Hətta onu virtual olaraq görəndə o qədər doğma gəldi ki, mənə həmin gündən “əkizim” deyə müraciət etdim. Mehriban, qabiliyyətli, evdar və ən əsası xoşbəxt bir ailəyə sahib bir xanımla siz də tanış olun, əzizlərim. Və bir də rəy bildirərkən Yeganə xanımı təbrik etməyi də unutmayın, axı sabah onun doğum günüdür ☺️  Bu yazının davamını oxu

İçin-için ağladığım o qədər günlər olub ki, o günlərdən biridə elə bu gündür…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 13-cü yazı)

Cüməniz mübarək, əziz dostlar! Bu gün müsahibim köhnə dostların tanıdığı və çox sevdiyi bir simadır. Bloqun daimi oxucusu onsuz da xəbər tutacaq, çünki o mənim ən etibarlı mələyimdir. Xəbəri olmayanları da instagram səhifəsindən “tag” etməklə agah edəcəm.

Hə, dostlar, Nigar mənim mənəvi qızım sayılır. Çox gözəl əl qabiliyyətinə və insanlığa malik biridi. Uşağa əlindən tutub yeriməyi necə öyrədərlərsə, Nigarın da qabiliyyətinin üzə çıxmasında az da olsa mənim də əməyim var. Bunu özü dəfələrlə hər yedə vurğulayıb deyə yazdım, yoxsa dilimə belə gətirən biri deyiləm. Ola bilər ki, suallara qısa cavabı yenə mənim dəyərli oxucularımın haqlı qınağına səbəb olsun. Amma bunu Nigara bağışlamağınızı xahiş edərdim. Çünki Nigarın daxili aləminin zənginliyini bilən biri kimi istədim bunu sizdən…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq? 
– Mən Nigar, Allahın qulu.   Bu yazının davamını oxu

Gələcək sənin istəklərin və Allahın layiq bildiyi kimi gələcəkdir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 11-ci yazı)

Günlər necə keçir, hardan gəlir, hara gedir bəzən heç anlaya bilmirəm. Yenə də həftənin sonuna çatdıq, yenə də tanışlıq üçün gün yetişdi. Hər birinizi bu müqəddəs cümə günündə xoş gördük, dostlar!

Bu gün sizə tanışlıq üçün bir tələbə gənci gətirdim. Seçdiyi sənətinə dərin hörməti olan, həm də zaman keçdikcə şagirdlərinin sevimli müəllimi olacaq iddiasında olan, bəzilərinin tanıdığı, bəzilərinin tanımadığı, amma hər kəsin tanımaq istədiyi Turaldır qonağımız. Maraqlı fikirləri var, oxumağa dəyər. ☺️
Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Adım Tural, Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və İnformatika” müəllimliyi üzrə oxuyuram, 3-cü kurs tələbəsiyəm… Dediklərinə görə xarici simaca, həm də danışığım və dediyim fikirlərə görə olduğum yaşdan böyük görünürəm. Bəziləri də şair kimi tanıyır.  Bu yazının davamını oxu

Etibarımdan şikayət edəni görmədim…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 8-ci yazı)


Bilirəm ki, bu gün çoxunuzun gözü müsahibə axtaracaq. Keçən həftə bəzi səbəblərdən müsahibə dərc etmədim deyə özüm də narahatçılıq keçirirdim. Bu gün yenə müsahibimlə birgə qarşınızdayam. Yəqin ki, başlığa fikir vermisiniz – Tanımadığımız tanışlar – bu adı təsadüfən seçmədim mən. Bəzən elə biri olur ki, tanıyırıq kimi gəlir bizə, amma söhbət zamanı görürük ki, bilmədiyimiz çox şeylər varmış. Bu günkü müsahibimi, əslində, Zərifin səhifəsindən tanımışam. İstifadəçi adı diqqətimi çəkmişdi: “Canım Qarabağım”. İstədim yaxından tanış olaq, buyurun, müsahibəni oxuyun.

1. Salam. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Hüseynova Zöhrə, Füzuli rayonunda doğulmuşam, hal-hazırda torpaqlarmızda yağı düşmən yurd salıb və biz Bakıda yaşayırıq. Ailəliyəm, bir oğlum var.  Bu yazının davamını oxu

Sevməyi bacarmayan qadına “eşq” dedik…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 7-ci yazı)

image

Həftənin cümə günündə yenə də xoş gördük sizləri, əziz dostlar! Hərdən özümü danlayıram ki, bu boyda məsulliyyətli işin altına nahaq girdim. Vaxt qıtlığından məndən inciyən, mesajlarına gec cavab yazdıqlarım, bəzən günlərlə səhifələrini ziyarət edə bilmədiyim dostlar olur deyə. Amma maraqlı, “tanıtmağa dəyərmiş” dediyim insanların yazısını görəndə, deyirəm, çox güman mənim anlayışlı dostlarım da məni başa düşərlər. Bu gün sizə çox maraqla oxuyacağınız və tanıdığınıza şad olduğunuz birini tanıdacam. Mənim çox dəyərli oxucularım, əgər razı olmadığınız məqamlar, fikirlər varsa, mütləq müsahibimə sualınızı və iradınızı bildirin.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?    Bu yazının davamını oxu

…sadəyəm, amma sadəlövh deyiləm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 4-cü yazı)

image

Bu günkü müsahibim yenə də instagram dostlarımızdandır. İstifadəçi adı “Günəşə doğru”dur. Mən hörmətli oxucularıma “Günəş” adlı bir dəyərli xanımı təqdim etmişdim və əksəriyyət bu xanımdan çox-çox razı qalmışdı. İndi də Günəş xanımı özlərinə böyük hesab edib məsləhətlərindən yararlanırlar. İnşAllah bu günkü müsahibim də öz fikirləri ilə ətrafa günəş kimi saçmağı bacaracaq. Və inanıram ki, inşAllah gənclərimizə örnək olacaq biri kimi də seviləcək.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Təqaüddə olan bir müəllimə, övladlarını sevən bir ana, nəvəsini sevən bir nənə var, Qazıyeva Kəmalə – həyatı sevən bir insan….  Bu yazının davamını oxu

…qürur mənbəyim övladım varsa, mənimçün həyat budur…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 3-cü yazı)

image

Bəzən qadınlar “xoşbəxtlik nədir” sualının cavabın tapmaqda çətinlik çəkirlər. Bu sualı keçən müsahibədə mənə də ünvanlamışdılar və mən orda belə bir ifadə işlətmişdim: “İnsan xoşbəxt olmaqdan əvvəl, xoşbəxtliyin nə olduğunu dərk etməlidir”. Bu gün bu yazını oxuyanlar mənim dediyim fikrin doğruluğunun şahidi olacaqlar. Xoşbəxt bir qadınla tanışlıq günüdür bu gün. Mətanət xanım savadlı, ziyalı, dünyagörüşlü olması ilə yanaşı həm də xoşbəxtdir. Bu müsahibə məni də qismən xoşbəxt etdi. Çünki bir qadının xoşbəxt olduğunu görmək həyatın davamlılığı üçün bir vəsilə deməkdir. Bəli, dünya o zaman gözəldir ki, orada yaşayan qadınlar xoşbəxtdirlər. Bütün qadınlara layiq olduqları xoşbəxtliyi gecikmədən dadmaq diləyi ilə, sizi müsahibimlə baş-başa buraxıram…  Bu yazının davamını oxu

İnsanları tanıdığıma yox, məni tanımaqlarına imkan verdiyimə görə peşmanam…(Tanımadığımız tanışlar silsiləsindən XIII yazı)

image

Bu günkü müsahibim mənim ilk blogger tanışım, əvvəlcə rəfiqə olacağımı güman etdiyim, sonra ağıllı bir gənc olduğunu görüb qızım bildiyim Ayseldir. Bir şeyi etiraf edim ki, Ayseldən müsahibə götürənə qədər onun bu qədər zəka sahibi olduğunun fərqində deyildim. Bəzi suallara verdiyi cavab isə məndə qürur hissi yaratdı. Yaxşı ki, cəmiyyətimizdə bu cür düşüncəyə sahib bir gəncimiz daha var. Və nə yaxşı ki, mən Ayseli tanımışam. Siz də tanıyın, dostlar, Aysel kimi gənclərimizi tanımaq və tanıtmaq borcumuzdur.  Bu yazının davamını oxu

Onun çox şeirləri bizim qısa müddətli ayrılıqlarımızdan yaranıb (Tanımadığımız tanışlar silsiləsindən V yazı)

image

Elə ki, həftənin çərşənbə axşamı və cümə günü gəldi, müsahibə gözləyənlərin gözü xəbər axtarır. Görəsən bu dəfə Sevincin həmsöhbəti kimdir. Bu dəfə bizi kiminlə tanış edəcək. Cavablar ötən dəfəkindən çoxmu fərqlənəcək və s.

Hə, əzizlərim, bu gün də çox maraqlı bir müsahibəni oxumaq qismətiniz olacaq. Çünki müsahibim özü gözəl bir xanımdır. Biz onu Gülüm kimi tanıyırıq. Xoşrəftar, ünsiyyətcil, həm də sevimli. Mən onu xoşbəxt qadın kimi qiymətləndirirəm, buna layiqdir həm də.  Hərdən zarafatım da olur, deyirəm sənin şikayətin olmaya gərək, çünki sənə şair təbiətli ömür-gün yoldaşı qismət olub. Allah Gülüm xanımın xoşbəxtliyini daimi etsin kaş ki… Bu yazının davamını oxu