Sobada kartof dolması

image

Lazım olan ərzaqlar:

4-5 ədəd orta boy kartof
300 qram mal əti
2-3 ədəd baş soğan
1/2 ədəd qırmızı bibər
1/2 ədəd yaşıl bibər
Duz, istiot
Pul bibər, sarıkök
Duru yağ
3-4 qaşıq evdə hazırlanmış pomidor və ya bibər pastası

Hazırlanması: 

Əti, baş soğanı ətçəkən maşından keçirib qiymə hazırlanır. Qiymə hazır olanadək kartof yuyulur, qabığı soyulur, tən ortadan ikiyə bölünür. Orta hissəsi oyulub götürülür, duz əlavə edilmş duru yağda, gur odda hər iki üzü qızardılır. (Kartofun içindən çıxmış hissə israf olunmasın deyə ətə əlavə oluna bilər). Qiymə hazır olana yaxın bibərlər xırda doğranıb əlavə olunur, ədviyyat vurulub altı söndürülür. Pastaya 2 qaşıq duru yağ əlavə olunur, qarışdırılıb sobaya qoyacağımız qabın dibini örtəcək şəkildə qaba əlavə olunur. Soyumuş kartof bu pastanın üzərindən düzülür. Üzərinə qiymə əlavə olunur. İstəyə görə pastadan kartofun üzərinə də əlavə edilə bilər. Ən sonda qab folqa kağıza bükülür. Əvvəlcədən qızdırılmış sobaya qoyub 30-45 dəqiqə ərzində bişirilir. Bişdikdən sonra üzərinə xırda döğranmış göyərti əlavə edib süfrəyə təqdim edirik.

01/02/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Ellerinize sağlık. Enfes görünüyor . Bence siz bir yemek kitabı oluşturun 🙂

    tərəfindən bəyənildi 2 şəxs

  2. Bay bay bay ne gozel yemek 😍😍😍 Qazanda bishirmishem, amma sobada yox. Onu da yoxlayacam insheAllah. Siz bishirmisinizse dadlidir insheAllah😘
    Sufrenize min bereket, Sevincim 💋💋💋💋💋

    tərəfindən bəyənildi 1 şəxs

    • Sobada bişən badımcan dolmasının da dadı fərqli olur deyə, bu dolma da fərqlənir. Bəzən pendir də əlavə edirlər, holland pendiri, amma dolmadırsa, qoy tərkibi digər dolmalardan seçilməsin dedim.
      Hamımızın süfrəsi bərəkətli olsun, mələyim 😘😘😘💐💐💐

      Bəyən

  3. Hamını salamlayıram.bura vaxtaşırı girib şərh yaza bilməsəm də ağlımdasız, ürəyimdəsiz tanıdıqlarım və məni tanıyanlar.Sevinc xanım bunu hazırladım bəyənildi,qonağım dedi özümü restorandakı kimi hiss etdim😜.Çox sağ olun 😙

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: