Məşhurların həyatından maraqlı faktlar

image

Edqar Po yazarkən ayaqlarını soyuq suya qoyurmuş.
***
Emil Zolya isə özünü stula bağlayırmış.
***
Dostoyevski çarpayıda uzanıb, üzünü divara tutaraq diktə edirmiş.
***
Vasili Şukşin otaqda əsgər addımlarıyla var-gəl edirmiş.
***
Fridrix Şiller həmişə stolunun üstünə çürümüş almalar qoyurmuş.
***
«Ceyn Eyr»in müəllifi Şarlotta Bronte tez-tez yazı masasından ayrılıb, mətbəxə kartof təmizləməyə gedirmiş.
***
Aleksandr Düma (oğul) yazı prosesində elə hey yeyirmiş.
***
Albert Eynşteyn yolda öz dostu ilə qarşılaşır və onu evə dəvət edir: «Axşam bizə gəlin. Professor Stimson da orda olacaq». «Stimson mənəm də!» — dostu deyir. Cavabında Eynşteyn «Eybi yoxdur, siz də gəlin» — deyə israr edir.
***
Anton Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalmışdı.
***
Puşkin litseydə çox pis oxuyurdu və riyaziyyat dərslərində ağlayırdı.
***
Tolstoy universitet imtahanlarında çoxlu «1» (ən aşagı bal) qiyməti almışdır.
***
Alber Kamyu əsəb xəstəliyi olan qadınlarla evlənməyə üstünlük verirdi – onun hər iki arvadı «bu dünyanın adamı» deyildilər. Kamyunun özü də, yumşaq dillə desək, çox huşsuz adam olub. Bir dəfə o ikinci arvadını doğum evindən çıxararkən, yeni doğulmuş əkizləri xəstəxanada unutmuşdu.
***
Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.
***
Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

11/10/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Bəzilərini bilirdim, yenə də öyrənmiş oldum,sağ ol, Seva. Çox maraqlı idon maraqlı Şarlotta Brontenin hərəkəti oldu.Bu qadın nə qədər kartof soyurmuş görəsən, soyub da o neynirmiş o qədər kartofu?
    Bir də Alber Kamyu,deyəsən elə onun özünün də psixoterapevtə ehtiyacı var imiş … .

    Bəyən

  2. Balans qorunmalıdır axı 🙂 Bir tərəf inkişaf edəndə digəri geridə qalmalıdır 🙂 Yazıq Eynşteyn bilsə ki, Azərbaycanda onun “sitatlarından” bu qədər istifadə edəcəklər, hökmən Azərbaycana səfər edərdi.
    Təşəkkürlər, Sevinc, özümüzə şükür.

    Bəyən

  3. Zamanın ən böyük dahilərindən başlıcası olan Albertin şəkillərinə yazılan aşağılayıcı rəylər üçün Albertə yazığım gəlmir, onu yazan cahillərə yazığım gəlir. Adam olmayıb özlərini adam kimi göstərməyə çalışan bir ovuc düşüncəsizdən başqa bir şey deyillər

    tərəfindən bəyənildi 1 şəxs

  4. Belə faktlara faxanda onların dahiliyinə şübhə edirəm)))

    Bəyən

  5. Meşhurlar bele kartof soya bilirmiş

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...