Lavaşiçi salat

image

Lazım olan ərzaqlar:

Lavaş

Toyuğun döş əti

Yumurta

Yerkökü

Kartof

Holland pendiri

Konservləşdirilmiş qarğıdalı

Şüyüd

Mayanez, xama

Duz, istiot

Hazırlanması:

Yumurta, toyuğun döş əti, yerkökü, kartof soyutma bişirilir. Soyuduqdan sonra sürtgəcdən keçirilir. Mən bir rulet üçün 6 lavaşdan istifadə etdim. İlk lavaşa çox az miqdarda (bir-birinə birləşsin deyə) mayanez-xama qarışığı çəkirik. Üçüncü lavaşı qoyub yenə də mayanez-xama qarışığı çəkirik. Ərzaqları zövqə görə qruplaşdırıb lavaşın üzərinə əlavə edirik. Hər qata azacıq duz və istiot əlavə edirik. Sonda rulet kimi bükürük, bir neçə saatlıq soyuducuda saxladıqdan sonra zövqə görə süfrəyə təqdim edirik. Nuş olsun😘😘😘

12/10/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Salata sözüm yoxdur, dadlı olacağına əminəm. Mən də kefimə düşəndə lavaşiçi salat edirəm. Birini gözəl Naramızdan öyrənmişəm 🙂
    Məni valeh edən təqdimat oldu. Bəh-bəh oturub, ancaq baxmaq lazımdır bu salata. Amma yox, salatı yemək olar, elə ətrafındakı mənzərəni seyr edə-edə 🙂
    Süfrənizə bərəkət, Sevinc, yeyənlərə nuş olsun. Əcəb gözəldir.

    Bəyən

    • Neçə vaxtdır heç iştaham yoxdur, üstəlik də qrip olmuşam, lap “düzəlmişəm”. Qızım hazırladı, oğrun-oğrun öyrəndi ki, bu saat nə olsa yeyərsən? Mənim də ağlıma bu salat gəldi. Sağ olsun, hazırladı, mən də onun xatirinə yedim.☺️ Amma yalan deməyim də, dizayn özümə aiddi😝
      Mələyim, bu salatı o qədər çox xoşlayıram ki. Ən çox da mənə ləzzət verən qarğıdalı olur, salata xüsusi dad verir.
      Sənin də süfrən həmişə halal ruzili olsun, mələyim, bəyəndiyin üçün 😘😘😘

      Bəyən

      • MaşAllah olsun anlayışına da, əl qabiliyyətinə də. Sizin kimi anası olan belə də olmalıdır 🙂
        Mən qarğıdalını sevirəm salatlarda, yadıma düşdükcə alıb, soyuducuda saxlayıram. Salat istəyəndə də evdə olanlardan qatıb-qarışdırıb salat edirəm.

        Bəyən

  2. Bax, buna varam, Naranın resepti ilə tez-tez hazırlayıram. Bunu da bir sınayım, oğlum bəyənməsə də, yoldaşım mütləq bəyənəcək, mənim isə sözüm yoxdur, axı bu Sevincin mətbəxindəndir.Süfrən həmişə bol ruzili olsun, Seva, canın dərd görməsin.

    Bəyən

  3. MaşAllah günün bol olsun, mələyim😘😘😘

    Bəyən

  4. Cox sevirəm bu salatı bunu yediyim gün başqa yemək yemirəm naharımda elə bu salatla kifayətlənirəm Təqdim etdiyincün sağ ol canım

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...