Həyat güclüləri sevir…

image

Yenəmi üzüldün…yenəmi küsdün həyata? İstəklərin heçmi oldu, arzu diləklərin puçmu oldu? Özünü yıxılmış, məğlubmu hiss etdin acılarının qarşısında? Hansı insan itirmədən qazandı ki? Hansı insan həyatda acıyla sevinci birgə dadmadı ki? Kim yaşadı bir gözü gülərkən, bir gözü ağlamadan? 

Kədər döysə qapını, qorxma aç !!!…Acılar insanı böyütmək üçündü bərkidib bu həyatı yaşamağı öyrətmək üçündü. Bəlkə bir gün yıxar səni həyat…üzülmə, yenidən qalxa biləcəyini göstərmək üçündü. Bəzən yorularsan, çəkdiyin yükündən, yaşadıqlarından, həm də yaşamaq istəyib yaşaya bilmədiklərinin ağırlığından. Könüllü təslim olmaq istərsən bu insafsız həyata, etmə !!!

…Hansı qalibiyyət mübarizəsiz oldu ki? Bəzən də tək hiss edərsən özünü, bu çoxluğun içində yalnzılaşarsan. Getmək istəyərsən həyatdan səssiz-səmirsiz, getmə !!!…Sən heç vaxt tək yaşamadın ki həyatı, tək qalmış olduğunu düşünsən belə. Bil ki getsən əgər, mütləq arxanda üzülən, gözü yaşlı qalan olacaq, sən bilməsən də…

Dostum, bu həyat bir sınaq, bir imtahandı. Gah səni qaldırar göylərə xoşbəxt edər.Gah da qaldırdığı yerdən çırpar yerə bədbəxt edər. Həyat…ürəyinə bəxş edər birini, sevindirər səni…sonra qoparar əllərindən, bir başqasının qollarına hədiyyə edər bəxş etdiyini. Həyat istədiyi kimi davranar səninlə…istəsə köləsi edər səni, istəsə kölgəsi…İstəsə taxt-tac verər şah edər, istəsə küçədə kimsəsiz səfil, dilənçi… Həyat bir sınaq bir imtahandı. Hər kəsə göstərər öz üzünü. Həm verər, həm alar.

Bəs sən?..həyat səni hər yıxanda qalxmağı bacardınmı? Hər qalxdığında ayaqda dimdik durub gözlərinin içinə qürurla baxdınmı? Həyatın səndən aldıqlarını öz iradən, səbrinlə sən də həyatdan ala bildinmi? Əgər bacarmadınsa günah sənin özündədi. Cünki bu kainatın yazılmamış bir qanunu var. Güclülər zəifləri sıxışdırıb, məhv edib sıradan çıxarır. Sən də həyatın özünə qarşı güclü olacaqasan ki, sırada qalasan. İnan!!! Həyat güclüləri sevir və doğurdan da yaşadır!..

Müəllif: Xəyalə

22/08/2016 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Təşəkkür edirəm, Xəyalə. Bəzən yazmaq istədiklərimi görürəm sənin yazılarında…

    Bəyən

  2. Yazı maraqlıdır, təşəkkür edirəm. Həyat kimi sevir, niyə sevir bilmirəm, amma məni sevməsini heç istəmirəm. Həyat məni sevərsə, qorxuram mən də onu sevəm və ona bağlanam və axirətimi unudam.
    Sizə də paylaşdığınıza görə təşəkkür edirəm, Sevinc.

    Bəyən

  3. Hər vaxtın xeyir əzizim Sevincimiz çox təşəkkür edirəm yazımı layiq bilib dəyərləndirdiyinizçün…ümüd edirəm bu dəyərinizə layiqəm..əgər hərdən demək istədiklərinizi ifadə edə bilirəmsə xoş halıma😍💐🌷💐💖

    Bəyən

  4. Haklsınız gerçekten. Acılar insanı büyütmek için vardır. Yüreğinize sağlık.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...