Portağallı keks

Lazım olan ərzaqlar:

Yumurta – 4 ədəd

Şəkər tozu – 1 stəkan

Qatıq – 1 stəkan

Yağ – 0,5 stəkan

Qabartma tozu – 1 paçka

Vanil – 1 paçka

Portağal – 1 ədəd

Aparana qədər un 

Üzəri üçün:

Kakao

Şəkər kirşanı

 

Hazırlanması:

Portağalın qabığını (nə çox yaş olmalı, nə də çox quru) qəhvəüyüdəndə üyüdüb hazır qoyuruq. Sonra bildiymız qaydada keks xəmiri hazırlayırıq. Əvvəlcə yumurtanı şəkər tozu ilə ağaranadək çalırıq. Sonra qatığı, yağı əlavə edirik. Qabartma tozu və vanili unla bərabər ələyirik. Xəmir hazır olanda portağal qabığını töküb taxta qaşıqla ehmalca qarışdırırıq. Ümumiyyətlə, keks xəmirini qarışdırarkən sərt hərəkət etmək olmaz. Yumşaq hərəkətlə və taxta qaşıqla qarışdırılan keks daha yaxşı köpür və məsaməli olur.

Xəmir hazır olduqdan sonra bişirəcəyimiz formanın dibini yağlayıb azacıq un səpirik və əvvəlcədən qızdırılmış sobaya bişməyə qoyuruq.

Hazır keks tam soyuduqdan sonra dilimlənir və üzərinə əvəlcə kakao, sonra isə şəkər kirşanı səpilir.

 

10/12/2018 tarixində Mətbəximiz içində dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Mmmmmmm bəh bəh bəh nə gözəl görünür…Bu qış günü buxarlı buxarlı çay içəsim gəldi özüdə portağallı pirokla…..Dünən almalı pirok etmişdim…o bitsin bunuda edəcəm…..Əllərinizə ürəyinizə sağlıq…yaxşı ki paylaşdız…….Dəyərlisiniz.😍❤Sevinc xanım gününüz xoş keçsin

    tərəfindən bəyənildi 1 şəxs

  2. Allah süfrənizi bərəkətli eləsin, Sevinc. Ağız şirinliyi ilə yeyəsiniz inşəAllah.
    Çox da gözəl görünür, dadını da təxmin elədim, mən sizin qabiliyyətinizə bələdəm Allaha çox şükür.
    Əllərinizə sağlıq, yeyənlərə nuş olsun.

    tərəfindən bəyənildi 1 şəxs

    • Allah sənin də ruzini bol, canını sağlam etsin hər zaman. Çox sağ ol dəyərinçün, mələyim. Zaman və bəzi şəxsi məsələlər bizi bir qədər uzaqlaşdırıb, amma ilahi ədalət var…hər şey bir gün yaxşı olar inşAllah.

      Bəyən

  3. Axşamın xeyir əzizim. Əllərinə sağlıq elə gözəl görünürki,gözəlliyinə baxmaqla yeyib ləzət almış kimi oldum☺ Süfrən hər zaman bərəkətli, ruzin bol olsun. Siz hazırladığınızçün blirəm dadı doyulmazdı😚❤🌹

    tərəfindən bəyənildi 1 şəxs

  4. Axşamınız xeyir.Məni tanıyan hər kəsə çoooxlu salamlar.Çoxdandır bura gələ bilmirəm, şərh yaza bilmirəm.
    Bəh-bəh Sevinc xanım əlləriniz yorulmasın, siz bişirmisizədadına söz ola bilməz.

    tərəfindən bəyənildi 1 şəxs

    • Sabahın xeyir, gözəl qızım. Sən xoş gəldin, səfalar gətirdin. Bax, unudulmamaq budur. Uzun zamandır yoxsan, amma heç getməmiş kimisən. İnşAllah yaxşısan, balalar da yaxşıdı. Mama yazır mənə e-mail adresimə.

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: