Aşiq olmaq sağlamlıqdırsa, sağlamlıq da sevgidir


Hər birinizi xoş gördüm, dəyərli dostlarım. Yazılarımın arasında fasilələr uzun çəkir, bilirəm. Amma bunu da bilirəm ki, məni yaxşı tanıyan dostlarım bunu məsuliyyətsizliyimə yozmurlar. Burada deyiblər: “Anlayana can qurban”…

Hə, əzizlərim, bu gün maraqlı bir yazı təqdim edəcəyəm. İnternetdən təsadüfi axtarış nəticəsində qarşıma çıxdı. Əvvəlcə məhz bu tarixdə dərc etməyim deyə əl saxladım. Sonra fikirləşdim ki, yazı dərc etmək üçün bir fürsət düşüb əlimə, bunu da bada verməyim. Axı mən də darıxıram həm sizin üçün, həm də yazmaq üçün… 

Yəqin ki, bu məsəli eşitməyən yoxdur: “İkibaşlı danışma”. Bu yazı da ikibaşlı sayılır. 14 fevralı “Sevgililər günü” kimi qəbul edənlər sevgi xəbəri kimi, qəbul etməyənlər də sağlamlıq xəbəri kimi oxusunlar. Necə deyərlər: ” Həm ziyarət, həm ticarət”. Bir şeyi də xüsusi vurğulayım ki, yazını sevgi ilə bağlayıb oxuyan olacaqsa, onda nəzərə alın ki, bu yazı daha çox gəncləri düşünərək yazılıb 😃

Uzman kardioloq professor Amet Karabulut sağlamlığın eşqlə bağlılığını açıqlayıb və həm də aşiq olmağın orqanizm üçün 6 faydasını vurğulayıbdır. İnsan birinə aşiq olduğunda ürək döyüntüsü artır, ürəkdə həyəcan, sıxıntı hissi yaranır, anlaşılmaz bir hiss bütün vücudu sanki ələ alır. Deməli, artıq eşq qapını döyübdür… Və bu proseslərin ürək üçün heç bir qorxusu yoxdur, əksinə ürək üçün çox faydalıdır. Hətta infarktın qarşısını almağa belə qadir bir gücdədir.

Yüksək təzyiqi aşağı salır

Bəli, səhv eşitmədiniz! Aşiq olmaq yüksək təzyiqi aşağı salır. Aparılan araşdırmalar göstərib ki, mehriban bir qucaqlama, 10 dəqiqəlik olsa belə, lal sevgi dili ilə ünsiyyət təzyiqin aşağı düşməsinə səbəb ola biləcək haldır. Təbii ki, 10 dəqiqə dediyimiz bu vəziyyətin təməlini sevgi təşkil edir. Və insan sevdiyi kəsin yanında, ona sığınmış halda bütün qayğılardan azad biri olur. Hətta bu özünü o qədər xoş bir duyğu ilə büruzə verir ki, gözlərini yumub bir ömür beləcə qalmaq istəyirsən. Bütün bunlar da orqanizmdə yer alan stressin azalmasını təmin edir.

Xolesterini azaldır

Qəribə görünə bilər, amma bu da həqiqətdir. Xoşbəxtlik dolu həyat yaşayan insanların stresslə bağlılığı ola bilərmi? Təbii ki, yox. Stress yaradan hormonlar fəal deyilsə, o zaman xolesterin səviyyəsi də aşağı olacaqdır. Nəzərə almaq lazımdır ki, aşiq olan insan hər sahədə özünə diqqətli olmağa üstünlük verir. İstər qida baxımından, yəni nə yeyib-içdiyinə fikir verir, istərsə də formada qalmaq üçün idmanla məşğul olmağa daha çox vaxt ayırır. İdmaınn isə bədəndə olan yağ səviyyəsinə təsiri böyükdür.

Uzunömürlük yaradır 

Xoşbəxt yaşayan insanlar digərlərinə nisbətdə daha çox yaşayırlar. Təkbaşına yaşayan insanların həyat tərzini göz önünə gətirin. Depressiya, siqaret, spirtli içki, sağlam olmayan qidalanma. Araşdırmalar nəticəsində bəlli olmuşdur ki, tək yaşayan qadınların ömürləri 2 il, kişilərin isə 6-7 il qısa olur.

Xoşbəxtliyi artırır

Aşiq olub xoşbəxt olmaq varsa, həyat gözəldir demək. Aşiq olmaq, sevmək deyərkən, təkcə iki əks cins arasında yaranan münasibəti düşünməyin. Bir şəxsə hüzur gətirən hər cür sevgi, istər ailəyə, istər təbiətə, istər heyvana qarşı, istər digər var olanlara qarşı yaranan sevgi hissi ürək sağlamlığı üçün çox vacib amillərdən sayılır. Deməli, məhəbbət insan üçün bir yük olmamalıdır, əksinə, insanın həyatına müsbət təsir göstərməlidir. Beləliklə, ürəyin “beyin balansı”nı yaxşılıqlarla təmin etmək lazımdır.

İnfarktın qarşısını alır

Sevgi, eşq infarkt riskini azaldırmış. ( P.S: Son hesablamalara görə infarktdan dünyasını dəyişənlərin sayı çoxalıbdır. Demək ki, dünya sevgisizlikdən əziyyət çəkir…)
Ortaq həyatı olan insanlar arasında xoşbəxtlik hökm sürürsə, burada stressə çox nadir hallarda rast gəlinəcək. Və azalmış stressin sayəsində orqanizmdə şəkər və xolesterin normaya düşür, damarların sağlamlığı qorunur.

İmmuniteti gücləndirir

Uzman kardioloqun fikrincə, aşiq olmaqla insan orqanizmində qan təzyiqi nizamlanır və normaya düşmüz qan təzyiqi ilə immun sistemi də güclənir, damarlarda iltihabi proseslər azalır.

Eşqin əzabı isə infarkt riskini artırır

Ahmet Karabulutun sevginin həyat üçün üstünlükləri haqqında açıqlamalarını oxuduq. Lakin kardioloq xüsusi olaraq vurğulayır ki, sevgi ürəyə dərman hesab edildiyi halda, sevgi əzabı infarkta səbəb ola biləcək amil də sayıla bilər. Hormonların anidən yüksəlməsi səbəbiylə nəfəs darlığı, sinədə ağrı halları yaranarsa, bu diqqətdən kənar saxlanılmamalıdır. Əgər həyatınızda belə bir acıyla rastlaşmısınızsa, üstəlik sizdə infarktın bəzi əlamətləri yaranıbsa, gecikdirmədən həkimə müraciət etməniz lazımdır. Hətta platonik sevgilərin özü də sağlamlığa zərərli hesab olunur. Çünki sevgi gizli qalmamalıdır. Eşq birtərəfli olmaz, belə sevgi orqanizmə xeyir yox, ancaq ziyan gətirər.

P.S: Sevgi hisslərin ən alisidir. Əgər bir insan bu hissdən məhrum edilibsə, ən böyük cəza alıbdır demək…

14/02/2019 tarixində Sağlamlıq içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Donush maraqli oldu ☺️ Eshq yaxshidir, lazimlidir, zeruridir, bir shertle ki heddi ashmayasan, divanelik heddine chatmayasan InsheAllah. Allah bize xeyirli sevgi nesib elesin.
    Gozel Sevincimizin son sozlerini ikielli destekleyirem. Bir qelbde ki sevgi hissi yoxdu, chixart, tulla 😂
    Allah sizden razi olsun, Sevinc. Vaxtiniz olduqca buralari bashsiz qoymayin, darixiriq 😘😘😘

    tərəfindən bəyənildi 1 şəxs

    • Mən sənə ömrümü, günümü verdim,
      Sən mənə kədərdən başqa nə verdin?!…

      Allah qəlbdə olan sevgini doğru ünvana yönəltsin, mələyim….
      Allah səndən də razı olsun. İnşAllah uzun çəkməz ayrılıqlar…
      Yaxşı ki varsan 😘😘

      Bəyən

  2. Salam əzizim, hər vaxtın xeyir dolu olsun. Bura vaxt baxımından gec-gec gəlsəm də bilirsiz, varlığını duymaq çox gözəldi❤
    Sizinlə tam razıyam, sevgi insanı insan kimi yaşadan ən ali, ən gözəl hissdir. Həm də öz uğruna öldürəcək qədər güclü. Bəzən də yaşatdığı halda öldürmüş olan…
    Dediyiniz kimi, vay o insanın halına ki, bu gözəl duyğudan məhrum ola. O duyğu ki, fərqi yoxdur nəyə, kimə qarşıdı. Əsas odur içdəndir, gerçəkdir. Bir insan istər öz işinə, istər ailəsinə, yaxınlarına. Ya da çevrəsinə, lap cansız əşyalara belə sevgiylə yanaşır, hər şeyə öz ürəyini həsr edə bilirsə, o insan nələr yaşayır yaşasın demək ki, həqiqətən yaşayır. Və köksündə bir parça soyuq daş deyil, gerçəkdən əsl “Ürək” daşıyır.
    Rəbbim bizlərə sevgilərin ən xeyirli olanını nəsib etsin, ürəyimizi daşlaşmaqdan qorusun, Amin.
    Əlinə, əməyinə sağlıq, könlümün sultanı😙❤🌹🌷🌹

    tərəfindən bəyənildi 1 şəxs

  3. Salam ürəyim. Nə gözəl mövzu bu😊😍😍mən sevgidən o qədər yazaram ki oxumağa hövsələn çatmaz😊 tək cümlə ilə izah edim mi.. SEVGİ SƏNSƏN❤❤❤Bax bunu uzuz uzun oxu sən, sonunda yorulub yatacaqsan, çünki oxumaqla bitməz bu SEVGİ..

    tərəfindən bəyənildi 1 şəxs

  4. Sonayın bibisi Sada

    En gözel eşqlerden biri Dost sevgisidir!!❤️🌹😍💐Çox fikirleşdim
    Hara yazım ,nece tebrik edim?!😍Bu mövzunu
    Seçdim Seva!💐❤️🌹
    24.03….tarixinde Anadan olan.,ene dogma olan
    Dostumun Ad Gününü Tebrik edirem!💐🌹❤️💃😘

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

<span>%d</span> bloqqer bunu bəyənir: