Üz quruluşuna görə hicab bağlama qaydası
Hicab bağlamaq xüsusi bacarıq tələb edir. Həm də gərək rəng ahəngi haqqında ətraflı məlumatın olsun. Bununla yanaşı ikinci vacib şərt üz şəkillərinə görə hicab bağlamağın sirrini bilməkdir. Bu gün hicablı xanımlarımız üçün bu kiçik sirrin açıqlamasını vermək istəyirik. Gəlin görək hansı sifət quruluşuna, hansı tip hicab bağlanılması uyğun gəlir.
Kvadrat üz quruluşu olanlar xanımlar və romb şəklində çənə quruluşuna malik xanımlar boynu örtən, ya da arxada toplanan şərf və şal modelləri yerinə yumru tərzdə sarılmış, ləçəyi görünməyən şərf və şal bağlama modellərinə üstünlük verməlidirlər.
Yumru tərzdə üz quruluşu olan xanımlar yanaqlardan aşağı doğru boyuna qədər enən bağlama modelləri seçməlidirlər. Bunun sayəsində üz və çənə oval forma alacaq və daha zərif bir mənzərə qazanmış olacaqlar.
Ürək şəklində üz quruluşu olan xanımlar şərfin üst hissəsini elastik bir şəkildə qoyaraq alınla çənə arasında tarazlıq yaratmalıdır. Yuxarıdakı rəsmdə olduğu kimi alına yapışan düz bir ləçək olmalı, şərf ağız hissənizi daha çox qabardaraq ortaya çıxarmalı və sizə sərt bir görünüş verməlidir.
Uzun üz quruluşu olan xanımlar üz quruluşuna görə necə hicab bağlaya bilərəm deyirsə, şəklə diqqətlə baxsınlar. Uzun üz quruluşuna malik olan xanımlarda ləçəyin görünməsi tövsiyə edilir. Ləçəyin alında görüntüsü sayəsində üz uzunluğu qismən qısalır. Üzü örtən qalın bir şərf və ya yaylıq yerinə daha nazik şərflər, ya da özündən naxışlı şərf və şallar seçmək məsləhətdir.
Oval üz quruluşu olan xanımlar toppuş yanaqlara malik olduğu üçün, bu xanımlarda ləçəyin alın hissəyə düşməməsi lazımdır. Çünki bu zaman üz qısalır, bu isə tələb olunmur, burada məqsəd üzü bir az daha az qabarıq göstərməkdir. Doğru seçimi yenə də şəklə əsasən təyin edə bilərsiniz.
29/04/2015 tarixində Gözəl qadın içində dərc edildi və hicab olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.
Sssuper.. chox tewekkurler
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Dəyməz 🙂
BəyənBəyən
ALLAH qismet elese faydalanaram canim😍😘☺️🌺🌹🌻💖
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Niyyətində varsa, olar inşAllah…
BəyənBəyən
Beynime dusub Allah qismet etsin bizlere.Fors ucun yox.kamil hicab basqa gozellikdi.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
ALLAH arzusunda olan hər kəsə nəsib etsin, canım. ☺️
BəyənBəyən
Amin AMIN…
BəyənBəyən
Demək olar ki, manşet şəklində olan qızın tipindəyəm. Nə yumru, nə oval. Ancaq mən ilk gündən Allah rizasını düşünərək bu yola üz tutmuşam deyə, inanın kənardan necə görünməyim maraqlandırmır məni. Hərdən deyirlər ki, yaşlı görünürsən ey. Gülüb keçirəm.
Çox sağ olun, əzizim. İmkan daxilində, xəbər yollamağa çalışacam, Allahın izni ilə
BəyənBəyən
Sən inanırsan ki, yeganə bu xəbərdir ki, hər gün bir dəfə də olsa baxış olur, baxmayaraq çoxdan dərc olunub.
ALLAH arzusunda olan hər kəsə qismət etsin. Həm də nümayiş üçün yox, ALLAH rizası üçün.
Çox şad olaram, əzizim😘😘😘
BəyənBəyən
Allah bizlere de nesib etsin insaallah
BəyənBəyən