“Kirpi” pirojnası

image

Çoxdandır, hətta deyərdim, illərdir bu şirniyyatı bişirmirdim. Hamımız “Yojik” kimi bilirik, tərcümədə “Kirpi” pirojnasıdır. Dilimizə xoş yatır deyə elə “yojik” də deyirik. Yojiksevənlər üçün gəlsin reseptim ☺️
Lazım olan ərzaqlar:

5 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan qatıq
100 qram kərə yağı (ya da 1/2 stəkan duru yağ)
1 ç/q soda
1 paket qabartma tozu
Aparanadək un

Krem üçün: 

1 banka qatılaşdırılmış süd
200 qram kərə yağı
100 qram qoz
Zövqə görə kakos
Vanil

Hazırlanması:

Yumurta şəkər tozu ilə mikserin köməyi ilə ağaranadək çalınır. Qatığa soda əlavə olunur, çalınır kütləyə əlavə olunur. Digər ərzaqlar da qarışdırılıb qatı olmayan kütlə alınır. Dördkünc və ya dairəvi formaya tökülüb bişirilir. Bişənəcən krem hazırlanıb soyuducuya qoyulur. Bişdikdən sonra soyudulur. İstədiyiniz ölçüdə dairəvi şəkildə kəsilir. Kəsilmiş hissə iki yerə bölünür. Arasına, kənarlarına və üz qatına krem çəkilir. Kəsilmiş hissələrdən çıxan kənarlar ovulur, bura xırda doğranmış qoz və kakos qatılır. Hazırladığımız “kirpilər” bu ovuntu qarışığına batırılıb hər tərəfinə bərabər paylanır. Üzərinə bir qədər daha çox tökülür. Bu da çoxumuzun sevə-sevə yediyimiz “yojik”lər. ☺️ Nuş olsun.

Advertisements

10/04/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Mənim uşaqlığımın ən dadlı xatirəsi 🙂 Çox sevirdim, sevirəm və vaxtaşırı bişirirəm, xüsusilə qonaqlıqlar üçün idealdır, itkiyə getmir, həm də estetik gözəldir.
    Təşəkkür edirəm, Sevinc, əlləriniz dərd görməsin, süfrəniz bol olsun daima.
    Mən ovuntunu blenderdə xırdalayıram, həm tez olur, həm də gözəl.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sağ ol, Sevinc.Həmişəki kimi yenə də fərqli resept. Heç bundan bişirməmişəm, sən bişirib dadını bilirsənsə bişirməyə dəyər. Növbəti şirniyyat bu olsun onda.

    tərəfindən bəyənildi 1 şəxs

  3. İnşaAllah, bacı, Allah sənə də qismət eləsin. Orxan kimiçoxbilmiş, Türkan kimi gözəl, təmkinli nəvələr bürüsün səni.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: