Anaların xilaskarı

 image

İ. P. Semmelveis (1 iyul 1818 – 13 Avqust 1865), 1847-ci ildə “anaların xilaskarı” adlı kəşfin sahibi, macar həkim idi.
1847-ci ildə Avstriya Vyana Baş Xəstəxanasında doğum klinikasının professor köməkçisi kimi işləməsinə baxmayaraq, Semmelveis təcrübələrinə dayanaraq xlorlu məhlulla əllərin yuyulmasını təqdim etdi. Sepsis deyilən xəstəliyə yoluxan körpələrin demək olar ki, 50 faizi doğuşdan sonra həyata göz yumurdu. Həkimlər istifadə etdikləri dəsmala əllərini silərək yeni bir doğuşu qəbul edir, beləliklə infeksiyanı yaymış olurdular. Lakin Semmelveis inadla xlorlu məhlul təklif etdi. Bu dərhal təsirini göstərdi və ölümcül doğuş anlarında yüksək temperaturun qismən qarşısını ala bildi. İndi sizə həmin həkimin həyatı ilə bağlı maraqlı bir məlumatı təqdim edəcəyəm.

1850-ci illər və bir Vyana Xəstəxanası. Hələ elmin mikrobların, virusların və bakteriyaların kəşfini tapa bilmədiyi bir zamandır. İnsanlar ölür və elm çarəsizdir. Xəstəxana sanki bir xaos içindədir, çünki xəstəxanada iki bölüm var və bunlardan birində doğuşa qəbul edilən hər yüz qadından doxsanı xəstəlikdən ölürdü.

Xəstəxana professorları ölümlərin çoxluğunu hamilə olanların və həkim köməkçilərinin uğursuzluğu, savadsızlıq ilə qiymətləndirirlər. Lakin aralarında olan bir dahi Dr.Semmelveis bu olanlara qarşı çıxır və digər professorlarla eyni fikirdə olmadığını vurğulayır.

Dr.Semmelveisin diqqətini çəkən bir şey olur. Tələbələr və həkim köməkçiləri əllərini yumadan digər doğumu qəbul edirlər. Artıq səbəb dahiyə məlum olur və bunun qarşısını almaq üçün bütün həkim və həkim namizədlərinin doğuma girmədən əvvəl əllərini əhəngli su ilə yumalarını tələb edir.

Bu kiçik istək qısa zamanda təsirini göstərir və ölüm nisbəti getdikcə aşağı düşür.

Ancaq xəstəxananın irəli gələn professorları Dr. Semmelveisin bu kiçik dəyişikliyinə qarşı çıxıb onu xəstəxanadan qovurlar.

Bu da çatmırmış kimi, onun bir həkim deyil bir şeytan olduğunu ətrafa yayırlar.

Bu dahi həkim isə 47 yaşında təklikdən və aclıqdan dəli olaraq həyata gözlərini bağlayır.

image 

 

22/10/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Ola bilsin ki ixtisasimdan ireli gelir, dogum olum tarixine rast gelen kimi yashini hesablayiram. Menim bu insan haqqinda melumatim yox idi, amma artiq var. hemishe bele olub, dogru soz soyleyeni qovarlar.
    Teessuf edirem ki, bu cur dahi hekimin sonu bele acinacaqli olub 😥

    tərəfindən bəyənildi 1 şəxs

  2. Maraqli idi mende bilmirdim bu hada..Cox sagolun sevinc baci.Indi beleleri yoxduki ona gore de olum sayi dogusdan coxdur.

    Bəyən

  3. Şair yerində deyib:”Sağlığında qiymət verin insanlara”
    Çox təəssüf ki,belə haqsızlıqlarla üzləşən insanlar olub, var və olacaq. çox sağ ol, Seva, heç məlumatım yox idi bu şəxs haqqında, sayəndə öyrənmiş oldum və həkimin halına yandım.

    Bəyən

  4. İrinka, Rasimə, mən də sizə təşəkkür edirəm şərhiniz üçün😘😘💖💖😍😍

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: