Ağıl olmasa, bəxt neyləsin?

image

Rəvayətə görə bir gün ağıl ilə bəxt gəzməyə çıxırlar. Cavan cütçünü yer becərən görərək bəxt, ağıla müraciətlə onu kamal və dövlətə çatdırmaq üçün bu gəncin bədəninə daxil olmağı təklif edir. Ağıl, bu adamdan bir şey çıxmayacağını söyləyib razı olmur, bəxt isə gəlib oğlanın bədəninə girir.

Cütçü qazılıb çevrilmiş torpağı bel ilə əzib yumşaldarkən onun içərisindən par-par parıldayan böyük bir daş tapır. Onu əlinə götürüb bir qədər baxır, ağlı olmadığı üçün adi daş zənn edib kənara tullayır. 

Bu vaxt təsadüfən onun yanından bir atlı keçirmiş. O, hələ uzaqdan daşın parıltısını görüb atından yerə enir, yaxın gəlib daşı yerdən qaldırır, onun misilsiz qiymətə malik olduğunu yəqin etdikdən sonra cütçüyə müraciətlə daşı ona satmasını istəyir. Cütçü cavabında deyir:

– Xoşun gəlirsə, götür, o daş mənim nəyimə gərəkdir?

Atlı iri ləl parçasını götürüb gedir. Bir padşahın xəzinəsində onu dəyişib əvəzində çoxlu qızıl alır və cah-cəlal içərisində yaşamağa başlayır. Bir gün bu var-dövləti ona bağışlamış kəndlinin yaxşılığından çıxmaq fikrinə düşür. İkimərtəbəli gözəl ev tikdirir, içərisini lazım olan bütün avadanlıqla doldurur, cütçünü tapıb oraya dəvət edir və qızını da ona verməyə razı olduğunu söyləyir. Oğlan gəlib evə baxır, girib bir-bir otaqları gəzir. Mətbəxdən keçərkən bir parça çörəklə bir tikə pendir götürüb çuxasının altında gizlədir, xəlvət yerdə yemək məqsədilə həyətə çıxır.

Qızın atası onu axtarmağa başlayır. Oğlan elə bilir ki, pendir-çörək oğurladığını başa düşərək onu tapmaq istəyirlər. Buna görə də qaçır və qorxusundan hətta öz kəndlərinə deyil, başqa bir kəndə gedir.

Oğlanın bu axmaq hərəkətindən təngə gəlmiş bəxt öz-özünə deyir:

– Düzdür, deyirlər adamın gərək bəxti olsun, amma mən nə qədər çalışsam da, ağlın köməyi olmadan bir iş görə bilmədim. Beləlikıə, bəxt də onu tərk edib gedir.

Ağlın, şüurun əsas olduğunu göstərmək üçün bu məsəldən istifadə edirlər.

01/07/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 16 Şərh.

  1. Ağıl olmayandan sonra nə bəxt, Çox maraqla oxudum..Xəbər üçün təşəkkür edirəm 😉 :*

    tərəfindən bəyənildi 1 şəxs

  2. Maraqlı hadisə imiş, mən heç eşitməmişdim. Amma ağıllı olmaq da bir şey deyil 🙂 Ağıllı olub, onun-bunun dərdini çəkməkdənsə, dəli ol qoy sənin dərdini çəksinlər məsəli bu zaman anında mənim üçün əvəzolunmazdır 😆
    Təşəkkürlər, Sevinc, davamını gözləyəcəm, xoşuma gəldi bu silsilə.

    tərəfindən bəyənildi 1 şəxs

  3. İnsanın ağlı olsa, addımlarını ağılla-başla atsa, bəxt də bir gün üzünə güləcək. Amma elə adamlar var ki, sözün həqiqi mənasında agıllıdır, amma bəxti heç üzünə gülmür.
    Seva belə də bir rəvayət var :Biri olur həmişə də deyir ki, Ay Allah, mənə kömək ol, mən də varlı olum. Bir gün Tanrı bunu mükafatlandırmaq istəyir və onun hər gün gedib gəldiyi körpünün üstünə bir kisə qızıl qoyur ki, yazıqdır bunu götürsün və kasıbçılığın daşını atsın. Adam da körpünün üstündən adəti üzrə keçərkən kisəyə yaxınlaşar-yaxınlaşmaz gözlərini yumur və deir ki, görüm kor adamlar necə yeriyir. Beləliklə də, bəxtinə düşəndən faydalana bilmir.
    Allah heç kimin ağlını əlindən almasın!

    tərəfindən bəyənildi 1 şəxs

  4. İndiki cavanlarda ağlayır ki, iş yoxdur bəxtimiz bağlanıb. Ancaq sual verki iş tapmaq üçün nə etmisən? Hamısı susur. Sən hərəkət elə ki bəxt səni tapsın

    tərəfindən bəyənildi 1 şəxs

  5. bu prinsip heyif bu xaraba ölkədə işləmir. 🙂

    Bəyən

  6. Taleye uzanir narazi eller,
    Dinen: menim payim az oldu, deyir
    Yeqin birce agli düz bölübdüler,
    Heç kim öz aglindan gileylenmeyir.
    FIKRET QOCA

    Bəyən

  7. Agilsiz bextlilerin hörmeti agilli bextsizlerin hörmetinden çoxdur.

    Bəyən

  8. 😄ey gülməkdən ağlamaq vəziyyətinə gəldim . Ama zarafat zarafat həqiqətən düzdü ağıl olmasa bəxtdə elə belədir.buna görədə gərək ağlın sonra bəxtin olsun!!!!

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...