Son model pərdə modelləri və rəngləri

perde

Pərdə sahib olduğumuz mühiti ikiyə bölmək kimi də qiymətləndirilə bilər. İki otaq arasında əlaqə vasitəsi kimi pəncərə qoyulursa, bu otaqları bir-birindən ayırmaq üçün pərdədən istifadə olunur. Digər otaqda nələr olduğunu görmək üçün mütləq pərdəni aralamaq və baxmaq lazımdır…

Yəqin ki, bu deyimi də eşitməmiş olmazsınız: “Ortadan pərdəni götürmək lazım deyil”. Deməli, pərdə həm də insanlar arasında saxlanılan bir hörmət, ehtiram ölçüsü kimi də dəyərləndirilir.

Teatr tamaşalarında da pərdə olur. Səhnələri bir-birindən fərqləndirmək üçün və s.

Ümumi anlamda bu nəticəyə gəlinir ki, pərdə mühitləri ayırmaq, fərqləndirmək üçündür. Məişətdə istifadə etdiyimiz pərdə də hardasa elə bu anlama gəlmirmi? Pərdəsiz otaq heç gördünüzmü? Ən kasıb, ən zövqsüz olan evin belə pəncərəsində pərdə mütləq olmalıdır. Ya otağı otaqdan ayırmaq üçün istifadə edilib, ya da evin içini çölündən, yəni təbiətdən ayırmaq üçün. Bəlkə də mühafizəkarlıq baxımdan, evin içi kənardakıların diqqət mərkəzi olmaması üçün istifadə olunur…

Hər nə üçün istifadə olunursa da, pərdəsiz ev təsəvvür etmək mümkünsüzdür. Çox danışıb, həm də fikrinizi müxtəlif istiqamətlərə yönəldib sizi yormayım. Bu ilin dəbi olan pərdə modelləri və rənglərini nümayiş etdirən bir neçə nümunə təqdim edirəm. Baxaq görək xanımlarımız bu ilin dəbi və rəngi ilə razılaşacaqmı? 🙂

1.

image

2.

image

3.

image

4.

image

5.

image

6.

image

7.

image

8.

image

 

9.

image

10.

image

17/06/2015 tarixində Fotoqalereya içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. 1-ci şəkil qatardakı pərdələri xatırlatdı mənə 🙂
    Rəngli, güllü-çiçəkli pərdələri çox da sevmirəm, məni sıxır elə pərdələr, mən nə çox qalın, nə də çox nazik olmamaq şərtilə pərdələri sevirəm və təkqat vururam. Bu pərdələrdən 9-cu xoşuma gəldi.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Nə isə helə də bəyənmədim, karnizlər xöşagəlməzdir. Bizimlə paylaşdığın üçün sağ ol, Seva. 5-cinin nə qəribə karnizi var, 6-ci xoşuma gəldi, 9-cunu başa düşmədim, pərdənin arxasında da pəncərə var görəsən?
    Mən də sadə pərdələri xoşlayıram və evdə də sadələrinə üstünlük vermişəm.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: