Günah axtarmaqdan keçib

Bəşəriyyət yarandığı gündən bu günədək həyat təzadlı fikirlər, fərqli yanaşmalar, dünyaya baxış prinsipləri baxımından ayrılıqlara bölünüb. İnsanlar bir-birlərindən xarici görünüşlərinə görə fərqləndikləri kimi daxili aləm baxımından da fərqlilik nümayiş etdirirlər. Təbii ki, bu həyatın bizim təxəyyülümüzdən uzaq bir qanunudur. Çünki indiyə qədər insanların nədən oxşar yox, fərqli yarandığı haqqında dəqiq fikir yürüdən olmamışdır. Nəinki oxşar və fərqli, hətta insanın yaradılışı haqqında belə dəqiq söz deyən yoxdur. Dinimizə görə ilk insan bəşəriyyətin atası hesab olunan Adəm peyğəmbərdir. Allah onu yaratdıqdan sonra Həvvanı yaradıb. Lakin elm, fəlsəfə inkişaf etdikcə bu fikrə qarşı təzadlar, həmçinin bu iddianı inkar edə biləcək qədər elmi əsaslar irəli sürüldü. Beləliklə, insanın yaradılışı haqqında olan bu iddiaya qarşı fikir ayrılıqları yarandı. 

Bu cür ikili baxışlarla gündəlik həyatımızda da çox tez-tez rastlaşırıq. Bu gün ən aktual olan “El-aləm nə deyər” fikri də təzadlıdır. “El-aləm nə deyər” ifadəsini ictimai qınaq kimi də başa düşmək, qəbul etmək olar. İndi təsəvvür edin bu fikir haqqında necə ikiləşmə gedir. Bir qrup insanlar: “Mənim həyatım mənə aiddir, bunu mən yaşayıram və kimsəyə hesabat vermək məcburiyyətində deyiləm” – deyir. Digər qrup insanlar isə tam əksini düşünür. Hər addımı atmazdan əvvəl yüz ölçüb bir biçir. Ətrafında olan insanların bu addıma baxışını önəmli sayır. Birinci qrup insanlar üstünlük təşkil edir və adətən, gənclər daha çoxluq təşkil edirlər. İkinci qrup insanların dünyaya baxışı isə orta yaşlı nəsil və daha çox yaşlı nəsil tərəfindən müsbət qarşılanır. Deməli, nə qədər bu həyat, nə qədər insan məfhumunda fərdilik varsa, təzadlı fikirlər də olacaq.
Mövlana deyir: “Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır”. Təzadlı fikir irəli sürən hər iki tərəf özünü ağıllı hesab edəcək, bunun müzakirəyə ehtiyacı yoxdur. Amma bu gün mən ayların ayrılığından sonra müzakirəyə ehtiyac duyulan mövzuyla sizə müraciət etmək istəyirəm.
15-20 il bundan əvvələ nisbətdə, indi televiziya məkanı bir neçə səbəbdən baxımlılıq səviyyəsini itirib. İlkin səbəb də elə proqramların səviyyəsinin aşağı olmasıdır. Digər səbəb internet üzərindən baxılmamış proqramlara yenidən baxışın mümkünlüyü olsa da, mən ikinci səbəbdən yox, məhz birincidən danışmaq istəyirəm. Konkret veriliş adı çəkməyəcəm, çünki mənim hansısa bir kanalı, hansısa bir mənasız proqramına görə qınamaq fikrim yoxdur, həmçinin elə bir kanal da yoxdur ki, yaxşıya nümunə kimi göstərə bilim. Mənimçün maraqlı olan insanların düşüncəsinə sizin baxışınızdır.
Sən demə Azərbaycan ailəsində gənc qızların həyata hazırlığı deyəndə onun bir qoyunun baş-ayağını ütməyə hazır olması, hamamın çirkli vannasını necə ağartmağın yolu, mənasız mübahisələrlə olmayan səviyyəsini ortaya qoymaq, dilsiz-ağızsız quşun arxasınca düşüb ayaqları bir-birinə dolaşanacan həyətdə qovmaq və s. bu kimi gərəksiz işlərdən ibarət imiş. Bəlkə elə boşanmaların bu qədər çoxalmasına da səbəb verilən bu cür tərbiyənin nəticəsidir? Bəlkə yox, 70% bu belədir. Bəs bunu bilə-bilə bu gün efirdə əlimizə düşən fürsəti niyə doğru-düzgün dəyərləndirməyib yanlış yolu tuturuq? Həə! Anladım, axı kanal reytinq qazanmalıdır. Həyatın meyarı kimin necə yox, kimin öndə olmasıymış sən demə…
Digər bir kanalı açıram, səsinin “zil”ində quşları ürküdən, “bəm” ində mürgülədiyin müğənnini dinlə ki dinləyə biləcəksən…
Növbəti kanalı açıram, bəlkə bir şey tapdım baxmağa deyə. Bir il bundan əvvəl efirə getmiş çox mənasız və səviyyə baxımdan ən aşağıda duran teleserialın təkrarı…baxmasam daha yaxşıdı.
Hələ veriliş ortasında əttökən reklamları demirəm…
Keçirəm xarici kanallara. Fərqli mövzular, fərqli proqramlar. İstər kino, istər elmi-publisistik, istərsə də əyləncə baxımından istədiyini tapa biləcəksən. Çünki uşaq üçün də, yeniyetmə üçün də, böyük üçün də proqramlar düşünülüb və seçilib.
Bizim gənc valideynlərin ən böyük səhvlərindən biri də çox sevdikləri seriallara dünyaya baxışı hələ formalaşmamış kiçik yaşlı övladları ilə birgə baxmasıdır. Hətta serialdan sonra saatlarla ya qonşu, ya da telefonla bu serialı elə uşaqların yanındaca müzakirə etməyi demirəm. Görəsən nə zaman anlayacağıq?.. Nə zaman “olar”, “olmazları” analiz etməyi öyrənəcəyik? Belə getsə heç zaman…
Mən nə teleserial əleyhinəyəm, nə televiziya proqramlarının, nə də əyləncənin. Seriala baxan valideynləri də qınamıram. Amma demək istəyirəm ki, uşaqların tərbiyəsinə, uşaqların həyatına yansıtmayın bunları. Qoyun onlar həyatı teleseriallardakı həyatın dəbdəbəsi kimi anlayıb qavramasınlar. Axı onların hələ tərbiyəvi mövzuda çəkilmiş cizgi filmlərini izləyəcək yaşlarıdır. Yeniyetmə qızların həvəsini cehiz udmağa, hər hansı bir yolla ərə getməyə yöməltməkdənsə, təhsilə, biliyə yönləndirsək olmazmı? Günah axtarmaqdan keçib məncə. Gəlin, heç olmasa, əl-ələ verib əyər-əskiyimizi düzələtməyə çalışaq.
Mən səmimi deyəcəm, oğlum üçün hər hansı qapıya elçi gedəndə qoy mənə deməsinlər “qızımızın əlindən hər iş gəlir”. Əlindən heç bir yumurta bişirmək də gəlməsin, amma dünyanı dərk edə bilsin, pisi yaxşını analiz edə bilsin, quracağı gələcək ailənin məsuliyyətini hiss etsin. Biz bunları aşılamalıyıq gənclərimizə. Bunları biləcəksə, zamanla qab yumağı da, xörək bişirməyi də, yır-yığışı da öyrənəcək.
Əlqərəz)))mən sizdən ayrıldığım bu neçə ay ərzində baxmağa bir veriliş tapmadım. İstədim internetdən uzaqlaşıb bir qədər dincəlim, əsəblərim daha da korlandı. Qərara aldım ki, qayıdım yenidən bu kiçik evimə. Xətrimi istəyən əzizlərimi də yığım başıma. Hərdən zaman tapdıqca, gah tənqidi, gah ədəbi, gah da maarifləndirici yazılarımla, gah da mətbəxdə bişirdiklərimi paylaşmaqla yanınızda olum. Həm də dostlarımın yazdıqlarından, bişirib-düşürdüklərindən paylaşım. Görək axırımız hara gedir…
Bu arada, xoş gördüm hamınızı, köhnə dostlar, illərin vəfalı sirdaşları, unutmadıqlarım, unutmayacaqlarım, instagramdan mənə çox əziz və dəyərli olan dostlarım. Müəyyən səbəblərdən instagrama qayıdışım hələ də gecikəcək. Amma mən birilərinə dəyər verirəmsə nə zaman, nə məsafə o dəyərə xələl gətirə bilməz. Ünvanım – mail adresim hər kəsə açıqdır. İndiyə qədər yazanlar, mən sizə çox-çox təşəkkür edirəm. Maraqlandınız, məni tək qoymadınız. Yazmayıb məni tez-tez soruşub xəbər alanlar, sizi heç vaxt unutmadım. Heç bir dəfə də olsun yada salmayanlar, vallah sizdən də nə incidim, nə də küsdüm, nə də sizi unutdum. Hər biriniz üçün necəydimsə, bu gün yenə də o yerimdəyəm. Gəlmək imkanınız varsa, bu kiçik evimin qapısı və mənim sevgi dolu ürəyim hər birinizə hər zaman açıqdır. Siz ki bilirsiniz, mən dəyər verib səhifəsində olduğum, salam verdiyim birilərindən hələm-hələm inciyib vaz keçən biri deyiləm…

24/09/2018 tarixində Ailə dünyası içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 20 Şərh.

  1. Sənin sevgi dolu ürəyinə qurban mən😘❤xoş gəldin isti, sevgi dolu evinə🌹 yenə üzümdə təbəssüm yaratdın, yaxşı ki varımsan və yaxşı ki varlığın məni harda və necə oluramsa olum rahatladır… sən hərzaman yanımda oldun, hər zaman bu canımda, ürəyimdə döyündün.hər zaman da elə olacaq❤
    Yenə çox gözəl və ibrətamiz mövzuya toxunmusan. Necə darıxmışdım yazılarınçün😕 hər bir stirindən bilinir ki sənin yazındı👏👏👏👏 yazan əllərin, düşünən beynin, döyünən ürəyin var olsun hər zaman ürəyim mənim❤

    tərəfindən bəyənildi 1 şəxs

  2. Günaydın əzizim. Bəzi anlar, günlər var ki, onu o qədər gözəl, doya-doya yaşayarsan ki.. Çox istərsən həmən anın özəlliyini, dəyərini ifadə edib anladasan, amma mümkün olmaz. Çünki bəzi şeylər var, söz xətrinə dildə toplanmaz. O duyğular, o hisslər ta ürəyin ən dibdəki dərinliklərinə qazınıb həkk olmuş olar.. Bax, sizi duyub sevən hər kəsin ocağınız başında istinizə toplandığı öz kiçik evinizə dönüşünüz kimi. Bu səhərin gəlişinizlə bir başqa gözəllik gətirib, digərlərindən fərqləndiyi kimi. Keçən bu müddətdə nə qədər bir-birmizin yanında olmuş, heç uzaq düşmüş olmasaq da, yenidən xoş gəldiz, səfalar gətirdiz könül evimə, könlümün sultanı, ruhumun qidası❤😍
    Tanıdığım ilk gündən elə tanıdığım kimi dəyişməyən, heç vaxt da dəyişməyəcəyəcək olanımsız. Varlığınız çox gözəldi və bu gözəllikdən doya-doya bəhrələnə bilməyim üçün şans verdiyinizə görə minnətdaram🙏💖💖💖
    Gələk mövzuya☺ Hər zamankı kimi elə dərin və vacib mövzudan söz açmısız ki.. Həm də hər şeyi yerində, düzgün vurğulamısız. Sizinlə tam razıyam əzizim. Hər gün bur az daha ucuzlaşan insanlığın, itən mədəniyyətin, heç olub aradan gedən böyük-kiçikliyin bir səbəbidə televiziya kanallarının reytinqə görə etdikləri səviyyəsizliyidi. Ona görə də artıq çox uzun zamandı heç bir televiziya kanalını izləmirəm. Çünki sizin sadaladığınız kimi çox dəyərli, önəmli olan şeyləri tapa bilməyəcəm deyə boş yerə axtarmağa dəymir. Yuxarıda qeyd etdiyiniz kimi ictimai qınağın artıq gənclər arasında önəmsiz olmaıdı. Məncə əslində ictimai qınağa kim nə deyər deyə qorxu kimi deyil, özünə hörmət kimi yanaşmaq lazımdı. Bir insan şəxsiyyət olaraq özünə, öz insanlığına hörmət edirsə hər istədiyini edə bilməz, etməz. Çünki “bu mənim həyatmdı özüm bilərəm” deyə bir şey yixdu kimsə elə istəsə belə. Heç kim həyatda tək yaşamır ki bidiyini etsin. Hər şeyi özü üçün, öz xeyrinə uyğunlaşdırsın. Bizim hər addımımız mütləq ətrafa, yaxınlarımıza təsir edir necəsə.. Bir dəfə verilən ömrü şərəflə, insan kimi yaşasaq, doğulduğumuz “insan” adıyla köçərik ölümlü dünyadan…

    tərəfindən bəyənildi 1 şəxs

  3. Günaydın, Xəyaləm. Səhərlərin xoş ovqatla açılsın hər zaman. Dəyərli dost, əziz insan. Sənin məndə öz yerin var bilirsən. Və sən o kəslərdənsən ki, bizim əlaqəmiz olmaya və illər keçə, sən elə olduğun yerində qalacaqsan. Doğru deyirsən, mən özümü necə tanıtmışamsa, belə də qalacam hər zaman. Gündə bir maska taxmaq mənlik deyil))
    Qaldı mövzuya, sənin kimi dəyərli dostların müzakirəsi mənimçün çox vacibdir.
    Evimə xoş gəldin, dönüşümü daha çox gözləyənlərdən birisən sən 😘😘

    Bəyən

  4. Sən varsansa ümid də var deməkdir… bilirsın mi nə çox insanlar mənə ümid verdilər, ama sən deyincə başqa olur. Sən mənim əskik yanımsan. Ümid edirəm o əskik yanım bir gün tamamlanar❤

    tərəfindən bəyənildi 1 şəxs

    • İnşAllah, bitanəm. Bir gün umduğun hər şeyə yetərsən Allahın izni ilə. İnsan birilərinə dəyər verəndə, söhbət həqiqi dəyərdən gedir əlbət ki, həmin şəxs tərəfindən səbəbsiz tərk edilsə də, onu bağışlamaq üçün içində həmişə sevgisi olur. Ümid edirəm, gözlədiyin sağ-sağlam həyatdadır. Hər hansı bəhanə ilə səndən gen düşübsə, bilirəm bu gün gəlsə sən onu yenə bağışlayacaqsan. Heç gəlməsin, sənə dönməsin, amma həyatda olsun, yaşasın… Güman edirəm sən də belə düşünürsən.
      Mənim bloqumun başlığındakı yazıya fikir vermisənmi? “Kəndimizdə bir gözəl var, adı Leyladır onun”. Bu mənə çox dəyərli olan birinə aid statys idi. Heç bir səbəb olmadan illərdi Leylamdan nigaranam (nigaran olduğum bir Leyla da var, amma o heyatdadır şükür))). İnan ki bu gün gəlib çıxa, mən onu sorğu-sual etmədən yenidən bağrıma basaram…

      Bəyən

  5. Əssələmu aleykum. Hamınızı xoş gördüm. Təkrar birlikdə olmaq insana böyük zövq verir 🙂
    Mövzuya gələk.
    1. İnsanın yaradılış qayəsi də, yaradılması da məlumdur. Həqiqi iman etmiş insan üçün bu mövzuda qətiyyən tərəddüdə yer olmamalıdır.
    2. “El-aləm nə deyər də” bəzi hallarda nəinki lazım, hətta vacibdir. Təbii ki, elin-aləmin də nə dediyinin önəmi var. Yəni ictimai qınaq olmalıdır.
    3. Mən illərdir televiziya proqramlarına baxmıram və həyatımda nəyinsə çatışmadığını hiss etmirəm 🙂 Halımdan da çox məmnunam. Düzünü desəm, tək-tük istisnaları nəzərə almasaq, teleserialların da əleyhinəyəm, əyləncələrin də, televiziya proqramlarının da. Çünki insanı yaradılış qayəsindən uzaqlaşdırır. İnsan dərk etməlidir ki, bu dünyaya çalıb-oynamağa gəlməyib. Allah bütün insanları və cinləri yalnız Ona ibadət etsinlər deyə yaradıb.
    Sevinc, elə yaxşı ki, baxmağa veriliş tapmamısınız və bloqa dönmüsünüz 🙂
    Səbirsizliklə yeni xəbərləri gözləyəcəm inşəAllah.
    Sevincə olan sevgimi sözlərə ifadə etməyəcəm. Sevinc mənim məsləhət ünvanımdır, Allah var eləsin.

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş günlərin bol olsun, mələyim.
      Kaş ki biləydilər…amma insan elə məxluqdur ki, getdikcə dəyərlər itir sayələrində. Mən heç zaman nə var, nə dövlət, nə də dəbdəbə sorağında olmadım. Mənim görmək istədyim yalnız insanlıq və sədaqət oldu. Bunların hər ikisi də tükənmək üzrədir.
      Elə indicə “Bəyin oğurlanması” filmi gedir. Bilirsən, Sadayla mənim sevimli filmimdi bu. İncəsənətdə öz sözün demiş aktyorlar çəkilib burda. Dünyasını dəyişənlər də var, həyatda olanlar da. Amma ehtiyac içində yaşayır bəziləri. Kimin ki sənəti var, doğru yerində deyil, üstəlik çətinliklə yaşayır. Kimin ki ağzından şorba tökülür, şit-şit zarafatla efir zəbt ediblər, onlar üçün pul problemi yoxdur.
      Bax belə təzadların sayı-hesabı yoxdur bu həyatda…
      Bir daha xoş gəldin, səni yanımda görmək xoşdur yazmıram, çünki sən yanımdan heç əskilmədin 😘❤️

      Bəyən

  6. Bir gün dönəcəm dediniz və o günü səbursizliklə gözləyən bizi, qəlbimizdən heç getməyən bur dönüşünüzlə sevindirdiniz,Sizə qarşı olan duyğularımım bir fərqli izahı var Sevinc xanım, bilmirəm bu duyğu necə anladılar, və qarşı tərəfdən necə anlaşılar,bir onu bilirəm ki rahatlığla çiynimi yaslaya biləcəyim birsi olmusunuz siz..Qəlbimdəki xoş duyğum, dilimdəki xoş nəğməm olmusunuz…Artıq uzun zamandır sizinlə olan tanışlığımız…Mənə gəldiyiniz ilk andan etibarən Yollarımda mayak, gözlərimdəki işıq..Qələmimdəki güc oldunuz…Hər zaman söyləmişəm, nu gün əyər qələmim güclüdürsə bu Anamla sizin əzminiz mənə olan qayğı və sevginnizdən olmuşdur….Hər zaman mənə qayğıyla yanaşdınız, bu itən nədə bitən sevgi deyil, bu ömürlük qəlbimə qazınmış bir tilsimli sevgidir..O sevgi ki heç zaman bitməyən daim közərən..Hər şeyçün çox sağolun bu arada Təbrikiniz kövrəlti məni…Anam söylədi Sizdəm gələcəyimə daşıdığım çox gözəl duyğular yaşanmışlar var ..Vəm mən sizdən Anamdan örnək götürərək gələcəyimin ilk addımlı təmələrini qururam….Çox sağolunki bu günümsə də yanımda oldunuz..Siz güclü məğrur əyilməz qadınsınız Sevinc Xanım.Hörmətlə əllərinizdən öpür qarşınızda baş əyirəm…
    .

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gəldin, gözəl qızım. İlk öncə qoy səni ürəkdən təbrik edim. Bu xəbər məni çox sevindirdi. Allah səni o qədər bəxtəvər bir həyatla mükafatlandırsın ki, çəkdiyin hər acını unuda biləsən. Başına gələnlərdən xəbərim oldu, Xəyalə ilə danışmışam bu mövzunu. İnşAllah xoşbəxtliyin sənə hər şeyi unutduracaq.
      Sənin adını eşidən kimi gözümün önünə çox kövrək, həssas qəlbli biri gəlir. Həssas insanların da acısız həyatı olmaz. Kimi buna müvəqəti, keçici olaraq rast olar. Kimi isə ömürlük məhkum olar acıya… Allah səni ikinci ilə imtahan etməsin. Çətinliyin müvəqqəti, sevincin, xoşbəxtliyin əbədi olsun inşAllah.
      Məni də böyüyün kimi qəbul etdiyinçün çox təşəkkür edirəm sənə. Əl öpənlərin çox olsun, qızım 😘😘

      Bəyən

  7. Mövzunuzun dərin izahlı düşüncələri çoxdur..Hər sətirdə hər sözdə hər cümlədə yeni bir başlanğıca çağırışdır…İnsanlarım bir bir biirnə qayğısızlığı, hörmətsizliyi, isdər ictimai yerlərdə isdərdə sosial şəbəkələrdə gündəndədi…Nə böyüyün kiçiyə, nədə kiçiyin böyüyə dəyəridə qiymətidə qalmayıb…Ona görə ki özbaşınalıqdır hər yan hər yer.Çox az insanda dərin təfəkkürə incə düşüncəyə rastlaşa bilərsən sadəcə vu qədər…
    Televiziyalardaki reytinqlər xətrinə çəkilən verlişlərə gəldikdə isə..Bir mövzunu izah etmək isdəyirəm icazənizlə..
    Əslində mənim uzun müddətdi başım çox qarışığdı deyə isdər televiziya olsun, isdərsə də sosial şəbəkələr olsun çatdırıb nələrəsə baxa bilmirəm., əslində boş zamanım olanda da kitab mütaliə etdiyimçün o qədərdə televiziya həvəskarı olmasamda;
    Bu yanxlarda siz söyləmiş, kanalları çevirərkən, “Tünzalə Əliyevanın” düşdüyü xəsdəliyə görə gündəmdə olmasını gördüm və çox üzüldüm…Tünzalə xanım çox gözəl bir aparıcı aktirisadır, o heç bir zaman nə uğurlarıyla nədə şəxsi həyatıyla gündəmə gəlməyib, o insanın aadəliyi təvəzükarlığına görə böyül hörmətim var mənim..Lakin bu aralar Gözü yaşlı olan Tünzalə xanım Xəsdəliyinə görə gündəmdədi…Kanallarda bundan isdifadə edərək Reytinq qazanır..Niyə axı bir qadının göz yaşına görə reytinq olmalıdı? İnsanlıq bu qədərmi ucuzlaşıb? Bu qədərimi saxtalaşıb?Bir insanın xəsdəliyi niyə bu qədər gündəmdə olmalıdı? Bilrsizmi kömək etmək yardım etmək isdəyən kanalda insanda xəsdə olan şəxsin özünə edər yoxsaki cəmiyyyətə reytinq xətrinə yox…
    Hər an hər saat təkrar təkrar sözlər ifadələr işlədilir hər kanalda, siz demiş, tez tez verilən reklamlarda can sıxıcıdır..
    İnsanlarda marağ yaratmağdan; dərdi qəmi xəfiflətməkdən, isdər jurnalist aparıcılar olsun isdərsə də rəhbərlik olsun bir başqa yöndədirlər və mən bu gördükləriimə sadəcə dərindən köks ötürəm…
    .
    Əlinizə ürəyinizə və əməyinizə sağlıq Sevinc xanım.Yenə bizi biz edən ifadəli dərin düşüncələrinzlə məst etdiniz..Qələminiz güclüdür, zəhmlidir..Allah ürəyinizə görə versin..
    Siz bizdəm heç getmədiniz ki siz hər zaman bizimlə idiniz..var olun.❤

    tərəfindən bəyənildi 1 şəxs

    • Sən məndən kiçiksən, hər halda məsləhət vermək borcumdur. Eşitsən də sağ ol, eşitməsın də. Hər kəsin subyektiv fikri ola bilər bu mövzuda.
      Əslində mən Tünzalə xanım üzərindən reytinq kimi qəbul etmirəm bu olanları. Əksinə, xeyir bir işə vəsilə hesab edirəm. Biz gərək pisi yaxşıdan doğru seçək. Ən azından həmin aparıcı bir insanın probleminin həlli üçün çaba göstərir. Gizlin etmək həll yolu olmaya bilər. Həm də bu bir növ insanlığa səslənmədir. Ehtiyacı olan biri üçün birlik göstərməkdir. Bu mənim tərəfimdən alqışa layiq haldır. Bunu dəyərləndirmək lazımdır. Hər halda bəzi kişi adına layiq olmayan xalqın üzqarası olan “kişicikləri” reklamdansa, bu yaxşıdır.

      Bəyən

  8. Haqlısan ürəyim. Həm də başdan sonadək.. ümid edirəm ki hərşey sən deyən kimi olsun.sadəcə ümid edirəm. İnşaAllah bir gün gedəblər dönər. Ya da sənin dediyin kimi sadəcə bir xəbər çıxar. Sənin gedənin də mənim gedənim də sağ salamatdırlar inşaAllah. Allah bilir ən doğrusunu..😔😔

    tərəfindən bəyənildi 1 şəxs

    • Üzmə özünü birdənəm Bax hər birimiz eyni fikirdəyik, o yaxşıdı ..mən sənə nə demişəm? Bir gün o özü sənə yazacağ😊o səni nigaran qoymayacağ hər şey yaxşı olacağ..😊Sadəcə biraz səbir😊
      ..
      Kəndimizdə bir qız var adı Leyladır…😔bloqa daxil olduğum ilk andan diqqətimi çəkən bir cümlə olmuşdu il sonra o cümlənin anlamını gördüm sevinc xanım.
      Əslində çox düşünürdüm Sevinc xanım boşuna yazmaz bu cümləni bura deyə, deməkki çox böyük Anlamı var imiş.İnşAllah bir gün ondan xəbər alarsınız…
      Bu arada bayağ sizə emeildə yazmışdım😔😔necə oldusa köhnə emeilə daxil ola bilmmirəm 😔əyəər cavab yazsanız mənə oxuya bilməyəcəm😔😔😔😔😔bağışlayın 😔

      tərəfindən bəyənildi 1 şəxs

    • İnşAllah, bitanəm. Biz dualarımızı əsirgəməyək.

      Bəyən

  9. Sabahınız xeyir Sevinc xanım sizin hər bir sözünüz hər bir sətriniz qulağımda sırğadır…Çox çox təşəkkür edirəm mənu bu günlərimdə yalqız qoymayıb, dəstək olduğunuzçün..O qədər gözəl bir duyğudu ki..
    Allah çətinliklərlə məni qarşılaşdırsa da daim, bəlkədə o çətinliklərdən hünərlə çıxacağım üçün imiş..Düzdü həyatla mübarizələrim həddindən də artıq olsa da, o mübarizələrin mükafatı ilə məni sevindirdi..
    Ümid edirəm hər şey geridə qalar, Gələcək qurmağ, ailə sahibi olmağ bir başqa məsuliyuətdir,Hələ gələcəyin astanasında olsamda, aramla böyüklərin necə yaşadığını anlayıram deyəsən..Sadəcə güc,əzim,və iradə lazımdır..Birdə sevdiklərimizin yanımızda olması..Siz mənim sevdiklərimdənsiz.varlığınız gözəldi..

    tərəfindən bəyənildi 2 şəxs

  10. SALAM .XOŞ GÖRDÜK COXX HÖRMETLİ .ADI DİLLERDE GEZEN , HER ZAMAN YERİ GÖRÜNEN SEVİNC XANIM XOŞ GÖRDÜK SİZİ EZİZİM HER ZAMAN HÖRMET VE DUAA İLE ADINIZI CEKİRİK .MEN FEXR EDİREMKİ SİZİN KİMİ HÖRMET QAZANAN BİR İNSAN QARABAĞLIDIR .HER ZAMAN VAR OLUN YAXŞIKİ VARSIZ SEVİMLİM SEVİNC XANIM ÖPREM SİZİ ALLAHA EMANET OLUN İNŞAALLAH AMİNN 🙏🙏❤💋🍃🌹🍃

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: