Kələm dolması

IMG_3018

 
Çox adam kələm dolmasını qış üçün daha münasib sayır. Amma qeyd edim ki, doğru bişirəndə kələm dolmasının isti havalarda da öz ləzzəti var. Yəni lazımdır ki, ərzaqları düzgün çeşidləyəsən. Bizim ailənin ağız dadına uyğun olan “kələm dolması” reseptini sizinlə də paylaşmaq istərdim.

Lazım olan ərzaqlar:

Mal əti və ya qoyun əti

quyruq

yumru düyü

təzə kələm

baş soğan

bibər (həm acı, həm şirin)

pomidor

keşniş

reyhan

duz, istiot, sarıkök

 

Hazırlanması:

Əti quyruq, soğanla birgə ət maşınından keçiririk. Qalan ərzaqları xırda-xırda doğrayırıq. Düyü və ədviyyat vurub yaxşıca qarışdırırıq, ət yumşaq olsun deyə bir azca da su əlavə edirik. Kələmi duzlu suda pörtlədirik, amma çox yumşalmasın deyə tez götürürük. Sonra bildiyimiz qaydada bükürük, yarım stəkan su əlavə edib orta odda bişməyə qoyuruq.

4r

26/05/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 38 Şərh.

  1. Ay sizin əlinizə sağlıq, əzizim. Nuşi- canlıqla yeyəsiniz. Elə mən də bu dolmadan bişirəcəm bu gün. İnanın ki, o qədər işim olur ki. Bura gəlməyə necə can atıram, bir bilsəniz. 😦 Neynim ki, işlər imkan vermir. Görək, 1-2 günə toparlana bilirəm, Allahın izni ilə.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bizim ailə üçün mövsümün fərqi yoxdur, kələm dolması sevilir. Mən də tam eyni bu qaydada bişirirəm, bircə fərq bibərlə pomidoru da ətçəkəndən çəkirəm və reyhan vurmuram, mən cəfəri, keşniş, şüyüt, bir-iki budaq da nanə vururam. Həm də indi təzə kələmin əsl vaxtıdır, onunla lap ləzzətli olur.
    Allah bərəkətli eləsin, Sevincli dünyam, bacının payını saxlayarsınız yaxşımı?

    Bəyən

  3. Çox sağ ol, canım. Sənə də nuş olsun deyim indidən. İnşAllah işlərini yoluna qoy gələrsən, canım 🙂

    Bəyən

  4. İnşəAllah əzizim.
    Pomidoru çığırtmasından başqa, hansı yeməkdə iri görsəm, özümdən asılı olmayaraq, imtina edirəm. Xüsusilə də bozbaşda, oy-oyyyy. Anam da sizin kimi edir. Amma mən sürtgəcdən keçirirəm. Bibəri isə mən də çoxluqla doğrayıram. Ət maşını işə salınanda da ət maşınından.

    Bəyən

  5. İndi pomidor, bibərə görə mələyimin qəlbinəmi dəyək?! Yox, əsla, ürəyin necə istəyir elə də bişir, canım💏

    Bəyən

  6. Ay bacı, mən də çığırtmanı sənin kimi edirəm. Asta xodda, qapağı bağlı şəkildə bişirirəm, pasta olur. İstisna kimi qeyd etdim ki, olsa, yalnız elə yeyə bilərəm. Başqa cür,”mümkünatı yox”😟

    Bəyən

  7. Bəs sən nə durmusan, nahar vaxtıdır, gəl 🙂

    Bəyən

  8. Kələm dolmasını cox xoşlayıram Elə mən də demək olar ki burda göstərilən kimi edirəm amma ətinə qırmızı bibəri sürtgəcdən kecirirəm onda daha gözəl görünür Həm də kələm dolmanı xırda xoşlayıram Evdəkilər kələm dolmanı turşu ilə yeməyi daha cox sevirlər mənsə arada qatıqla da yeyirəm

    Bəyən

  9. Bişir, bir də gördün qonaqlar qapıdadır 💐🌷🌺👍

    Bəyən

  10. Men acindan olurem, ureyim de bu kelem dolmasindan isteyir😋 Ishtahali adamlar kimi ele yazdim ki 😍 Sabaha planimda bunu tutmusham, geldim ki gorum ne var, ne yox, ne chatir, ne chatmir 😉

    Bəyən

  11. Men de hiss eledim ki, gelib bir bash chekmeliyem ☺️ Sevinc, bunun qara bacisini kechen hefte eledim, elim de oyreshib, xeyli elemishdim. Ozum de chox yeyen deyilem. Axiri Yoldashim dile geldi ki, bundan ne qeder yemek olar 😆

    tərəfindən bəyənildi 1 şəxs

  12. Beh beh bu ne gozellik ellerinize sagliq.

    tərəfindən bəyənildi 1 şəxs

  13. Men bu tam bu reseptdeki kimi dolma bukdum, yeni pomidoru, biberleri dogradim, yaman beyendim, bir lezzetli idi ki. Hamiya meslehet gorurem, ishtahamin da achiq vaxtina dushmushdu, nechesini yediyimi deyen deyilem 😆 Ellerim qirilmasin yene chox elemishem, qonaq olmaq isteyene qapim achiqdir 😍 Gozel dad uchun teshekkurler, Sevincim 😘

    tərəfindən bəyənildi 1 şəxs

  14. Elleriniz var olsun

    tərəfindən bəyənildi 1 şəxs

  15. Xos gunlerniz olsin amin
    qeydiyyatdan burda nece kecirler ele bil men tam kecmemisen ya nece

    tərəfindən bəyənildi 1 şəxs

  16. Çox sağolun məndə deyirem sef keçmişəm qeydiyyatdan amma yaziram xeyirli ve uğurlu olsun amin

    tərəfindən bəyənildi 1 şəxs

  17. Ellerine saglik canim harika görünüyor

    tərəfindən bəyənildi 1 şəxs

  18. Sevinc, mənə kömək edin, nolar ki 😦
    Sizin heyvalı, narlı kələm dolmanız vardı ha, baxın mənə onun resepti, daha dəqiq, hansı göyərtilər gedir o lazımdır. O dolmanın mövsümü gəldi, bişirmək istəyirəm, Sonay hər kələm dolmasını görəndə deyir, narlıdır? Bu günü idarə etsəm, sabaha ondan bişirərdim 🙂

    Bəyən

    • Can, bağışla gec gördüm. Bu gün özümü yaxşı hiss etmirəm deyə bloqa da baş çəkməmişəm(((
      Mən narlı dolmaya keşniş, bir-iki qanad da şüyüd vurdum. İstəsən şüyüdü cəfəri ilə əvəz edə bilərsən, zövqünə bax, mələyim😘💐🌹

      Bəyən

  19. Özəl bir göyərtisi yoxmuş 🙂 Edəcəm inşəAllah.
    Allah köməyiniz olsun 😘

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...