Qürur, yoxsa prinsipiallıq

1429791776

 
Ətrafımıza baxdıqca fərqli-fərqli insanlarla qarşılaşırıq. Hər kəs fərqli bir simada, hər kəs fərqli bir düşüncədə, hər kəsdə bir fərqlilik. Amma hər bir fərdin içində də bir iftixar, mənlik, təmkin hissi var və əlbəttə ki, hər kəsdə də fərqli-fərqli. Əslində insan doğularkən  şərəfli, qürurlu doğulur, amma çox az insan şərəfli olaraq bu dünyadan köçə bilmək haqqını qoruyub saxlayır. Məlum məsələdir ki, insan möhtərəmliyini ifadə edən qürurun  itirilməsi acı bir həqiqətdir.

Qürur nədir, necə başa düşülməlidir? Qürurlu olmaq prinspial olmaq deməkdir. Prinspial olmaq isə bəzən məcburiyyətdən sevdiyin bir çox şeyləri itirməyə gətirib çıxaran yoldur. Çünki prinspial insanlar heç vaxt boyun əyməyi sevməzlər.  Qürur sonradan yaranan bir dəyər deyil və heç kimin üzünə baxılaraq: sən qürurlu, sən qürursuzsan deyilə bilməz.

Qürur bir tərəfdən də insanın özünə hörmət etməsi deməkdir. Həm də qürurlu birinin sahib olduğu özəl xüsusiyyətləri olmalıdır: Qürurlu insan sadiq, ədalətli, sözü ilə əməli bir, təvazökar, pula, mala tamahkar olmayan, bəzən mərhəmətsiz, əyilməzdir.

Qürur çox qiymətli bir dəyərdir. Elə bu baxımdandır ki, hər yoldan ötən kəsə “qürurlu” deyilməz. Dinimizə görə isə qürur günah sayılır. Belə deyilir ki: Bir şəxsin özünə həddindən artıq güvənməsi, öz qabiliyyətləri, gözəlliyi, zənginliyi, təhsili, mövqeyi və digər üstünlükləri ilə öyünməsi Belə olduqda isə insan səhvlərini qəbul etməz, söylənilən iradları yenilmək kimi qəbul edib qarşı tərəfin əksinə gedər. Bu da münasiblərin pozulmasına qədər gətirib çıxara bilər.

Müzakirəni dəyərli oxuculara buraxmaq istəyirəm. İnsan qürurlu doğulur və yaşadığı həyat boyunca bunu qoruyub saxlamağı ya bacarır, ya bacarmır deyiriksə, o zaman qürur insan üçün vacibdirmi, olmalıdırmı? Fikirləriniz bizim üçün çox dəyərlidir, buyurun.

26/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Xəbərdə də qeyd olunub ki, qürur dinimizdə günah sayılır. Hər kəs qüruru bir cür başa düşür, kimi lovğalığına qürur donu geyindirir, kimi günahkar olduğuna baxmayaraq, üzürü özünə əskiklik sayır, özlüyündə adını qürur qoyur və s. Əgər qürur budursa, mənə lazım deyil.
    Mənim düşüncəmə görə qürurla prinsipiallıq fərqli məfhumlardır. Yəni mən qürurdan vaz keçmişəm, prinsipiallığa gəldikdə isə dünya həyatında heç kimlə prinsip aparmaram, bəlkə axirətim üçün… Yox o da mənlik deyil, çünki axirəti prinsipiallıqla yox, həqiqi sevgi və itaəylə qazanmaq olar.
    Xülasə, mən ikisindən də vaz keçmişəm, lazım gələndə əgər günahkaramsa, incitdiyim adamdan üzür istəyə bilərəm.
    Maraqlı müzakirənin olacağını düşünürəm inşəAllah.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sənin kimi ziyalı birinin olduğu yerdə təbii ki, maraqlı müzakirə də qaçılmazdır. Qürurun insanının özünə vurduğu zərbədən betəri yoxdur…
    Qürur insanla bərabər doğulur, bunu yazımda da qeyd etmişəm. İnsan qürursuz da ola bilməz. Yəni birini alçaldıb təhqir edəndə: “qürurunu sındırdı” deyə fikirləşənlər olur. Yəni burda müzakirə tələb olunan çox nüans var. Biri var şəxsiyyəti formalaşdıran qürur forması, biri var təkəbbür, iddia, lovğalıq…
    Dəyərli şərhin üçün təşəkkür edirəm, mələyim 🙂

    Bəyən

  3. Qürurum mənimcün cox dəyərlidir Elə olur ki qürurumdan kecə bilmirəm Amma baxır harda Qürurum mənə hec vaxt mane olmayıb əksinə kömək edib Öz böyüklərimin qarşısında mən hec vaxt qürur göstərə bilmərəm Bəzən elə olub ki müəyyən bir bir insanlardan hardasa nahaq kəlmələr eşitmişəm amma bəlkə də gözləyiblər ki mən nəsə reaksiya göstərərək cavab verim amma qüruruma sığışdırıb mən o insanlara cavab verməmişəm Bax bu zaman qürurumu daha cox sevmişəm Amma elə olub ki mən nəsə bir səf süzümə görə hətda evladımdan belə üzr istəyə bilərəm Bu o demək deyil ki mən qürurumu sındırıram İnsanın qüruru həmişə onun tərbiyyəsi ilə tarazlıqda olur Elə olur ki qürururu dikbaşlıqla da səf salırlar Elə zənn edirəm ki qürur insana hec vaxt mane olmaz yetər ki qürurun nə olduğunu biləsən və onu lazımı anlarda göstərəsən

    tərəfindən bəyənildi 1 şəxs

  4. Gülüm bacı nə gözəl şərh yazıb. Kiməsə layiq olmayan birinə cavab verməmək özünə hörmətdir ki, özünü onun səviyyəsinə endirmirsən.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Qürur və prinsipiallıq, tamamilə zidd, dağlar qədər fərqli olan iki termindir, “xarakterik” göstəricidir. Belə ki, prinsipiallıq-mahiyyəti etibarilə eqoizmdən, şəxsin təkəbbüründən irəli gəlir. Qisas duyğusuna çox yaxın olsa da, daha çox ağır formasıdır. Əks tərəfi sarssa da, ən böyük zərər, sahibinə toxunur. Bu duyğunu dəf etmək lazımdır. Peyğəmbərimizin (səllallahu əleyhi və alə ali va səlləm ) buyurduğu kimi : “Sənə edilən pisliyi, yaxşılığın ilə dəf et! ”
    Ancaq qüruru sevirəm. Gülüm xanım gözəl izah edib. Xaraktercə çox həssas, “ürəyi yumşaq” insanam. Mənə pislik edib, arxasıyca da bir xoş kəlmə işlədən insanı, özümdən asılı olmadan bağışlamışam. Qəlbimdə kin saxlamamışam. Lakin elə hərəkət olub ki, bağışlaya bilməmişəm. Qürurum icazə verməyib. Bu zaman, qürurumu qınaya bilmərəm. Qürur, sağlam köklər əsasında, sağlamdır. Mahiyyətindən uzaqlaşdıqda, onu qovmalısan.
    Təşəkkürlər, əzizim.

    Bəyən

  6. “Qürur, sağlam köklər əsasında, sağlamdır. Mahiyyətindən uzaqlaşdıqda, onu qovmalısan”
    Günün sitatı olsun bu, canım. Təşəkkür edirəm 🙂

    Bəyən

  7. Yeri gəldikdə həm qürurluyam, həm də prinsipial. Hərdən “Niyə beləyəm?” deyə özümü qınayıram, danlayıram, amma özümlə bacarmıram. Yeri gələndə bağışlaya da bilirəm, amma ürəyimdəki ürəyimdə qalır…

    tərəfindən bəyənildi 1 şəxs

  8. Əsas odur ucaldıb, ziyansız ötüşmür ki, onsuz da…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...