Ən yaxşı ağardıcı vasitə

image

Çay sodasının bu xüsusiyyətlərini bilirdinizmi?
Qida sodası kimi tanıdığımız çay sodasının məişətdə daha nələrə qadir olduğunu bilmək istərdinizmi? Gəlin bunun necə mümkün olduğuna birgə nəzər salaq. İlk öncə bizə lazım olacaq vəsaitləri gözdən keçirək:
– soda;
– naşatır spirti;
– sirkə;
– süngər;
– şotka;
– rezin əlcəklər


1. Hamam çanağından, vannadan, digər sahələrdən ərpin aparılması eçün ən ideal vasitədir.
Tətbiqdən əvvəl sodanı qatı sıyıq vəziyyəti alanacan suda həll edin, çirklənmiş səthlərə vurun, tam qurumaya qədər gözləyin, sonra süngərin və ya şotkanın köməyi ilə çirkli səthə sürtünvə su ilə yuyun.
2. Ağ paltarların ağardılması üçün naşatır spirtiylə sodanın qarışığından istifadə edin. İstifadədən əvvəl bu tərkibi hazırlayın:
5 l ilıq suya 5 x.q soda, 2 x.q naşatır spirti əlavə edin, qarışdırın. Bu məhluldan parçanın çirkli yerinə əlavə edin, 3-4 saat gözləyin, sonra yaxalayın və adi üsulla yuyun.
3. Çox çətin gedən, saralmış bir ləkə üçünsə, 20-30 dəqiqə ərzində isladılmadan sonra paltarı qaynadacaqsınız. Siz ağardıcı vasitələr tətbiq etmədən tamamilə qar kimi paltar alacaqsınız. Daha yaxşısı isə, belə tərkib parçaların istənilən növləri üçün tamamilə təhlükəsizdir və parçanın keyfiyyətini korlamır.
4. Sirkəylə soda qarışığı istənilən səthlərdə köhnədən qalma çirklərin belə öhdəsindən gəlməyə qadirdir. Çirkli səthə soda sürtün, 12% sirkə turşusunda süngəri isladın və təmizləməyə başlayın.
DİQQƏT!
Rezin əlcəklərindən mütləq istifadə edin, çünki bu tərkib əllərin dərisinə zərər vura bilər. Bu üsul mərmərin ağardılması üçün əlverişli deyil.

26/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Əvvəllər kim idi növbənöv ağardıcı vasitələr alan, çox adam soda istifadə edirdi. Biz uşaq olanda suyumuz artezian suyu idi deyə, cod su idi, onu yumşaltmaq üçün suya soda qatırdıq, elə gözəl effekt verirdi ki. Amma içmək suyuna yox ha, paltar yumaq, yuyunmaq suyuna. 1-ci üsuldan istifadə edirəm ehtiyac olanda, amma daha çox evdə yuyucu vasitələrim olmayanda. Mən axır vaxtlar paltar yuyana 1 çay qaşığı soda tökürəm yadıma düşəndə.
    Təşəkkür edirəm, əzizim mənim.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Şəxsən mən özüm sirkəli soda variantından istifadə etmişəm, effektini görmüşəm. Məsləhət görürəm, mələyim. 🙂

    Bəyən

  3. Ay Sevincim, indi men,
    Sene bir söz söyleyim,
    Gecenin xeyirinden
    Gündüz gözel söyleyim.
    En yaxshi agardici
    Geceleri agartmaz
    Geceler de olmasa
    Belke sabahlar olmaz.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Öldüm gülməkdən, yuxum yamanca qaçmışdı, gece-gece yadıma düşdün necə…

    tərəfindən bəyənildi 1 şəxs

  5. Canın agrı görməsin, sən hər zaman yadımdasan, gecə də , gündüz də, biraz vaxt imkansızlığı olur, sayta gələ bilmirəm, üzürlü hesab et , canım…bacardığım qədər səni izləyirəm, kölgən kimi….

    tərəfindən bəyənildi 1 şəxs

  6. İlı öncə Pərişimdən xəbər duydum sevindim Sonra da deyim ki bu xəbər uşaqlığımı yadıma saldı Mən Bakının qəsəbələrinin birində böyümüşəm Yadıma gəlir ki yanımızda tez-tez binaların tikintisi gedirdi Mamam da əlimə bir kanserva qabı verib deyirdi ki ged ordan kubiklərin tozu olan ştıp gətir Alımınum qazanları elə ağardırdı ki gəl görəsən amma qablara vurmağa qoymurdu qabları isə həmişə caynı soda ilə parıldadırdıq Hərdən məni danlayırdı ki sənə soda davam gətirmir Həftəyə birin alıram Hələ soda ilə qazın üstünü ağartmağa elə həvəsli idim ki Ay Seva lap kövrəldimeee

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...