Sürpriz kotlet

IMG_9087

 

Lazım olan ərzaqlar:
Kotlet üçün:

Toyuğun döş əti
Baş soğan
Bir dilim çörək
Duz, istiot

İçlik üçün:

Badımcan

Hazırlanması:

Badımcan yuyulur, sobada kabab olunur, qabığı soyulur. Amma saplağını kəsməmək şərti ilə. Ovcumuzun içi ölçüsündə əti açırıq, ortasına badımcan kababını qoyub kotlet formasına salırıq. Suxariyə, sonra yumurtaya, yenidən suxariyə, yumurtaya batırıb boşqaba qoyuruq. Bu qaydada hamısını etdikdən sonra bitki yağında qızardırıq. Orta odda bişirmək lazımdır ki, içi də tam bişsin.

8

 

30/04/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. nə maraqlı yeməkdir 🙂 təşəkkür hocam 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Super bir defe dadmisam bu yemekden yeniden yadima saldiginiz ucun tesekkurler ekizim.Elleriniz qizildida

    tərəfindən bəyənildi 1 şəxs

  3. Maraqlı yeməkdir. Birinci dəfədi görürəm. Təşəkkür edirəm, Sevinc!

    tərəfindən bəyənildi 1 şəxs

  4. Canım, sənin bişirdiyin dadlı olar. SEvinc burda mesaj yazmaq olmur?

    tərəfindən bəyənildi 1 şəxs

  5. Bu surpriz menim uchun esl maraq obtekti olub gedib de, baxim, gorum edecem yaxin gunlerde, deyecem ki, gozlemeye deyermi? Herchend ki, Sevincin elinin dadini bilirem, amma mende de alinacaqmi meselesi var 😉

    Bəyən

    • Sənə bir məaləhət, mal ətindən et, toyuq ətindən qat-qat dadlı və keyfiyyətli alınır. “Sürpriz badıncan” reseptinə bax, təzə yerləşdirmişəm. Fikrimcə bəyənəcəksən və şübhəsiz alınacaq səndə 😘💖🌹

      Bəyən

  6. Əvvəllər badımcan hec yeməzdim amma 3-4 ildir ki yeyirəm həm də cox xoşlayıram Amma cox yesəm dilim səpir Bu kotleti isə mütləq deneyecem həm mal əti ilə həm də toyuq Bir fikrim var ki qat qat xemirdə də yaxşı alınar Sevinccim təşəkkür resepte görə

    Bəyən

  1. Geri bildiriş: Sürpriz badımcan | Sevincli Dünya

sevinclidunya üçün bir cavab yazın Cavabı ləğv et