Paxlava

IMG_1137

Lazım olan ərzaqlar:

0,5 kq un
150 qram kərə yağı
2 ədəd yumurta
1/3 stəkan şəkər tozu
0,5 ç/q maya
Bir çimdik duz
Yoğrulana qədər süd

İçlik üçün:

0,5 kq qovrulmuş, qabığı təmizlənmiş qoz
0,5 kq şəkər tozu
Zövqə görə hil, vanil
Əlavə olaraq: 200 qram kakos
Şərbət əvəzi bal
1/2 ç/q zəfəran

Hazırlanması:

Əvvəlcə mayanı 1 ç/q şəkər tozu ilə ilıq suda açırıq. Bu müddətdə yağı əridirik, ilıq olanda yumurtanı, şəkər tozunu, duzu əlavə edib qarışdırırıq. Unu ələyirik, köpmüş maya, süd əlavə edərək xəmir yoğururuq. Üstünü bağlayıb isti yerdə 1-1,5 saatlıq acımağa qoyuruq. İkisi nusbətən iri olmaqla 12 ədəd kündə hazırlayırıq. Növbəti yuxanı yerləşdirib üstünü yağlayırıq, içlik əlavə etdikdən sonra hər qata əlavə 2 x/q kakos da əlavə edirik. Bu ardıcıllıqla davam edirik. Ən sonuncu kiçik kündəni yayıb qurtardıqdan sonra da üstünü yağlayırıq, amma içlik əlavə etmirik.

Növbəti yuxanı yerləşdirib üstünü yağlayırıq, içlik əlavə etdikdən sonra hər qata əlavə 2 x/q kakos da əlavə edirik. Bu ardıcıllıqla davam edirik.

Sonda iri kündəni yayıb kip halda sonuncu qat kimi yerləşdiririk. Əvvəlcə bıçağın ucu ilə gözəyarı bölgü aparırıq. Sonra paxlavanı  romb şəklində kəsirik. Sonra qabığı soyulmuş badamı kəsik dilimlərin üzərinə əlavə edirik, əvvəlcədən dəmlədiyimuz zəfəranı və yumurtanın sarısını qarışdırıb paxlavanın üzərinə çəkirik. 180 dərəcəyədək qızdırılmış sobada 40-45 dəqiqə müddətində bişiririk. 25-30 dəqiqədın sonra paxlavanı sobadan çıxarıb yenidən kəsirik və kəsilmiş hissələrə əridilmiş kərə yağı əlavə edirik. Yenidən bişməyə qoyuruq. Hazır paxlavanın üzərinə bal əlavə edirik və soyudyqdan sonra süfrəyə veririk.

0

23/04/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Çox dadlıdır.Məndə hazırladım.Çox sağ olun.

    Bəyən

  2. Bu paxlavaya baxanda bir hadisə yadıma düşür. Yəqin ki, bildiniz nə demək istədiyimi. Gözlərimizin kökü saraldı, amma o, məhşur” paxlava” gəlmədi ki, gəlmədi. 😀😁😂
    Əllərinizə sağlıq, əzizim. Çox gözəl görünür. Allah süfrənizdən halal ruzini əksiltməsin. Amin.

    Bəyən

  3. Dersedeyem acam da olsaydi cay icerdim.Seliqeli ve dadli gorunur..Ellerinize sagliq

    Bəyən

  4. Bir azdan durub sənin elə bu reseptinlə paxlava bişirəcəm. Sənin əlindən çıxdığı üçün əminəm ki, əla alınacaq. Süfrəndən ruzin əskilməsin, bacı, sən də bax beləcə sevinclə bişirməkdən yorulmayasan.

    Bəyən

  5. Elleriniz derd gormesin,sufreniz ruzi bereketli olsun .superrr…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: