Bloq Arxivləri

Zəncəfil, limon, bal – həm arıqla, həm sağlam qal

image

Xarici saytların bitində rast gəldim bu xəbərə. Həm marağıma səbəb oldu, həm də tərkibinə nəzər saldıqda faydalı olacağına şübhəm qalmadı. Yəqin ki, bal, zəncəfil və limon qarışığından hazırlanmış məhlulun faydası haqqında siz də eşitməmiş deyilsiniz. Bu qarışıq nəinki arıqlamaq üçün ideal vasitə, həm də sağlamlıq baxımından çox faydalıdır. Xüsusən də soyuqdəymə hallarında əvəzolunmaz bir vasitədir.

Bu yazının davamını oxu

Üz dərisinin gözəlliyi üçün maska

imageHər bir qadın dərisinin gözəl olmasını çox istəyir, xüsusən də üz dərisinin gözəlliyi üçün müxtəlif üsulları sınaqdan keçirirlər. Şokolad maskası haqqında yəqin ki, çoxunuz eşitmisiniz. Qeyd edim ki, şokoladla yanaşı kakao tozu da çox gözəl və güclü təsirə malikdir. O dərini qoruyur və dəriyə ciddi ziyan vuran radikallardan azad edir. Maskalardan mütəmadi istifadə zamanı dəri zərif, hamar, səliqəli və parlaq olur.

Bu yazının davamını oxu

Saç üçün maskalar

красивые-волосы

 

Əziz xanımlar, hamınız bilirsiniz ki, saçlar insanın gözəl görünməsi üçün çox vacibdir. Təbii ki, baxımlı saçlardan söhbət gedir. Kim fikirləşirsə ki, saçlara xüsusi qulluq lazım deyil, onlar təbiətin bizə töhvəsidir, yanlışdır. Bu cür düşünənlər yəqin ki, yaş ötdükcə, ekalogiyanın, qəbul etdiyimiz qidaların, keçirdiyimiz həyat tərzinin saçlara təsirsiz ötüşəcəyini unudurlar. Bu gün təqdim etdiyim iki saç maskaından istifadə edin, saçlarınızın qeydinə qalmaq üçün ilk addımı atın, faydasını görəcəksiniz.

Bu yazının davamını oxu

Paxlava

IMG_1137

Lazım olan ərzaqlar:

0,5 kq un
150 qram kərə yağı
2 ədəd yumurta
1/3 stəkan şəkər tozu
0,5 ç/q maya
Bir çimdik duz
Yoğrulana qədər süd

İçlik üçün:

0,5 kq qovrulmuş, qabığı təmizlənmiş qoz
0,5 kq şəkər tozu
Zövqə görə hil, vanil
Əlavə olaraq: 200 qram kakos
Şərbət əvəzi bal
1/2 ç/q zəfəran

Hazırlanması: Bu yazının davamını oxu