“Qarabağ” kətəsi

i102972657._szw1280h1280_

Lazım olan ərzaqlar:

Xəmir üçün:

əla növ un – 2 stəkan+1 x/q
kərə yağı – 3-4 x/q
şəkər tozu – 3 x/q
yumurta – 3 ədəd
maya – 10 q
vanil – 1 ç/q
duz – 0,5 ç/q
su 3/4 stəkan

İçlik üçün:

əla növ un – 2 stəkandan 1 x/q az
əridilmiş yağ – 0, 5 stəkan (120 q)
şəkər pudrası – 0,5 stəkan
vanil – 1 ç/q

Hazırlanması:

Qarabağ kətəsinin xəmiri acıxəmrə (opara) üsulu ilə hazırlanır. Bunun üçün mayanı istiliyi 30 dərəcə olan suda açırıq, üzərinə reseptdəki unun 1/3 hissəsini əlavə edirik. Yumşaq xəmir alırıq.

Acıxəmrə 2,5-3 saat qıcqırdılır.

Sonra bu kütləyə əridilmiş yağ, şəkər tozu, yumurta (birini üzəri üçün saxlayırıq), vanil və duz əlavə olunub 5 dəqiqə qarışdırılır. Daha sonra qalan un əlavə olunub 15 dəqiqə ərzində xəmir yoğrulur. Xəmir ilk əvvəl ələ yapışsa da, sonra həll olduqca yapışma olmur. Hazır xəmiri yenidən 1-1,5 saat saxlayırıq.

Bu arada içliyi hazırlayırıq. Yağı, şəkər pudrasını, vanili bir qədər qarışdırıb, sonra unu əlavə edirik, 10 dəqiqə ovuşdururuq. İçlik hazırdır.

Xəmir gəldikdən sonra 250 qramlıq kündələr hazırlayıb yayırıq, içlik qoyub bağlayırıq. Elə edirik ki, arada hava qalmasın. Tikiş tərəfi alta olmaqla perqament kağızı sərilmiş qənnadı təbəqəsinə yerləşdirib əlimizlə bir qədər yayırıq.

Üzərinə yumurtanın sarısını çəkirik, istəyə görə çörəkotu səpirik. 25 dəqiqə gözlədirik. Bu arada sobanı yandırırıq ki, soba qızsın. Üstünü çəngəllə bir neçə yerdən deşdikləyib bişməyə qoyuruq.

12

15/04/2015 tarixində Mətbəximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Harika buda sekerlisi insallah birgün bende denerim ellerinize saglik 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. En cox sevdiyim bir kete.Ellerin derd gormesin canim

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...