Valideyn sevgisi

image Ailə cəmiyyətin kiçik formasıdır. O, nə qədər möhkəm olsa, onun üzvləri arasında bir-birlərinə qarşı sevgi, sayqı, qayğı nə qədər çox olsa, cəmiyyət də bir o qədər güclü və xoşbəxt olar.

Əcdadlarımızın əxlaqında valideynə münasibət.
Xalqımızdakı valideyn sevgisinin, valideynə hörmət və sayqının kökləri çox-çox qədimlərə dayanır. Əcdadlarımız valideyn sevgisinə və onlara itaətə böyük əhəmiyyət verirdilər. Tarixən valideynə sevgi, hörmət göstərməyən, onların bir sözünü iki edən övlad cəmiyyət içərisində heç bir hörmət görməzmiş. Əsrlər boyunca bu tərbiyə nəsildən-nəslə verilmiş, hər bir ailədə başlıca yer tutmuşdur. Başqa cür ola da bilməzdi, valideynin haqqını bilməyən insan nə Vətəninin, nə torpağının, nə qohum-qardaşının, nə də dost-tanışının qədrini bilməz.
Valideynə bu münasibət onların sahib olduqları əxlaqdan qaynaqlanırdı, bu əxlaq isə öyrədir ki, valideynə itaət etmək, onların qulluğunda durmaq Allaha şərik qoşmamaq, ona itaət etmək qədər əhəmiyyətlidir.

İslam əxlaqına görə övladın valideyn qarşısında vəzifələri.
Ata-analarımız bizim üçün çox müqəddəs insanlardır. Doğulduğumuz andan etibarən onlar bütün maddı və mənəvi ehtiyaclarımızı əvəzsiz olaraq, həyatları bahasına belə olsa yerinə yetirmək üçün var güclərini sərf edirlər. Bəzən özləri yeməyib bizi yedirən, özləri geyinməyib bizi geyindirən, azacıq xəstələndikdə belə başımız üstə dayanıb səhərə qədər bizə keşik çəkən, rahatlığını, ömrünü-gününü bizə sərf edən yalnız onlardır.
Valideynləri övladlarına göstərdikləri həssaslıq və mərhəmət, o cümlədən də yaşından asılı olmayaraq, hər kəsin valideynlərə olan ehtiyacı şifahi xalq ədəbiyytaından başlamış böyük romanlara, teatr, kino, rəsm, musiqi əsərlərinədək hər yerdə və hər şeydə öz əksini tapmış, dillərdə dastan olmuşdur.
Valideynlərə itaət və hörmət Allaha imandan sonra ən mühüm vəzifələrimizdəndir. Biz bir övlad olaraq onlara qarşı vəzifələrimizi layiqincə yerinə yetirməli, hər zaman könüllərini xoş etməyə çalışmalı, onların zəhmətini yüngülləşdirməyə, bütün ehtiyaclarını yerinə yetirməyə, əvəzində isə onların xeyir-dualarını almağa çalışmalıyıq. Əxlaqımızın qaynağı olan Qurani-Kərimdə Allah insanları xəbərdar edərək deyir ki, əgər valideynlərinizdən biri və ya hər ikisi sizin yanınızda qocalıb ixtiyarlayarsa, onların qulluğunda durun, istəklərini yerinə yetirin. Onlardan bezib bircə dəfə “of!” desəniz, onlar üçün etdikləriniz nə varsa, hamısı zay olub gedəcəkdir. Hər ikisini xoş dindir, onlara mərhəmət göstər və “Rəbbim! Kiçikliyimdə onlar məni necə böyütmüşlərsə, Sən də onlara rəhm et!” – deyə dua et.
Mənəviyyatımız ata-ananın üzünə ağ olmağı, onların qulluğunda durmamağı böyük günahlarla bir sıraya qoyur.
Bir gün birisi Peyğəmbərimizdən soruşur:
– Ey Allahın Rəsulu! İnsanlar arasında ən xoş davranılası adam kimdir?
– Anan – deyə Rəsulullah cavab verir.
– Bəs sonra kimdir? – deyə həmin adam yenə sual verir.
Anan, – deyə Peyğəmbərimiz bu dəfə də eyni cavabı verir.
– Daha sonra?
– Yenə anan.
– Ondan sonra kim gəlir? – deyə həmin şəxs yenə sual verdikdə bu dəfə bu cavabı alır:
– Atan!
Peyğəmbərimizin bu cavabı mənəviyyatımızın anaya, valideynlərə verdiyi dəyəri göstərir.

01/02/2016 tarixində Ailə dünyası içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Xəbər o qədər tamdır ki, artıq nəsə yazmağa ehtiyac duymadım. Sizə təşəkkür edirəm, Sevinc. Bir onu bilirəm ki, adam hər etdiyi və etmədiyi hərəkətlərinə görə yanır-tökülür, ona görə də, itaət vacibdir.

    Bəyən

  2. Mələyim mənim, sən sağ ol ki, dəyər verirsən😘😘😘

    Bəyən

  3. Seva həqiqətən mövzu o qədər həssas o qədər dəyərlidir ki hətda fikirləşirəm ki birdən nəsə yazsam belə fikrimi tam çatdıra bilmərəm Hərdən elə isdəyirəm ki kaş ki təzədən böyüyəydim və mənə verilən tərbiyyəni daha mükəmməl mənimsəyərdim Düzdü o gün olmasın ki telefonda valideyinlərimin alqışın eşitməyim amma hər dəfə sağollaşanda sanki bir nisgil qalır ürəyimdə Bir dəfə lap öncələrdə oğlumun müəllimi təsadüfən bilib ki bu tələbə onun müəlliminin nəvəsidi və ona deyib ki sən xoşbəxt adamsan ki o cürə insanın nəvəsisən və nömrəsin götürüb atamla zəngləşib, bilmirəm nəyçünsə atam mənə sağ ol deyəndə özünə deyə bilməsəmdə daxilimdə fikirləşirəm ki Ay ata başqa cür ola bilməz axı axı mən sənin tərbiyyəni almışam Həyatda bəzən çox şeyə tərbiyyəmə xələl gələcəyindən qorxub danışmayaraq susmuşam Mənim həyatımda ən böyük rütbəm atamın qızı olmağımdır
    Seva canım bacım bir daha sənə təşəkkürlər

    Bəyən

  4. Fəxr edilməli rütbədir, Gülüm. Allah valideynlərinə uzun ömür versin, canim.

    Bəyən

  5. Gözəl mövzuya toxunduğun üçün çox sağ ol, Sevinc. Oxuduqca valideynlərim gözüm önündə canlandı. Hərdən fikirləşirəm ki, kaş valideynlər ömrünün sonuna qədər qızları ilə yaşayardılar. Qızlar istər-istəməz ata evindən köçür, ürəyi istəyən vaxt , ürəyi istəyən kimi onların qulluğunda dura bilmir. Valideynlərə qayğı, nəvaziş yaşlı vaxtında lazımdır. Nə qədər çalışaq da onların haqqını qaytara bilmərik. Onların bizə verdikləri tərbiyə və təhsil bizə ən böyük bəxşişdir. Mənim atam adi sürücü olub, beş övlad böyüdüb, ali təhsil almalarına şərait yaradıb. Ömrüm boyu ata-anama verdikləri tərbiyəyə görə, ali təhsilli etdiklərinə görə minnətdaram, onların ruhu qarşısında baş əyirəm. Hər ikisi xəstə yatmadan, qəfil dünyadan köçüblər. Bax, bu məni ömrüm boyu göynədir, kaş son nəfəslərində yanlarında olaydım, son sözlərini eşidəydim. Bəlkə son nəfəsdə nəsə istəyəcəkdilər, o istəklərini yerinə yetirəydim. Məni bircə dəfə çağırmalarına bircə kəlmə “can” deyəydim…
    Şükürlər olsun ki, pis övlad olmamışam, üzlərini ağ, başlarını uca eləmişəm, amma çox yaşlanmasalar da yaşlananda lazımi qayğını göstərə bilməmişəm və bunun üçün üzgünəm.
    Alah dünyasını dəyişən valideynlərə rəhmət etsin, qalanlara cansağlığı versin. Sağ olan valideynlərinizin qədrini bilin, onların qəlbinə dəyməyin, üzlərinə ağ olmayın, cavanlar.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: