Darçınlı, kəsmikli peçenyə
Lazım olan ərzaqlar:
Kəsmik – 200 q
Kərə yağı – 100 q
Un – 1 stəkan
Soda – bir çimdik
Üzəri üçün:
1 ç/q darçın
3-4 x/q şəkər tozu
Hazırlanması:
Xəmur üçün ərzaqları qarışdırıb yaxşıca yoğururuq, 2 saatlıq soyuducuya qoyuruq. Xəmiri soyuducudan çıxarıb peçenyeləri hazırlayırıq. Bir balaca hissə kəsirik, əlimizin içində yayırıq, bir üzünü darçınlı şəkər tozuna batırırıq, iki qatlayırıq, yenidən darçınlı şəkər tozuna batırırıq, bir də qatlayırıq. Son dəfə üzünü batırıb qənnadı təbəqəsinə düzürük. Üstü qızılı rəng alanadək bişiririk.
15/10/2018 tarixində Mətbəximiz içində dərc edildi və darçınlı peçenyə, kəsmikli peçenye, peçenyə, sadə peçenyə resepti olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.
Oyyy mən bu ləzzəti niyə indiyə qədər görməmişəm. Bu peçenyeni çox sevirəm, faydalı və ləzzətli 🙂 Xəmirinə portağal rəndələmişəm mən, çox dadlı olub.
Həvəsləndim lap, inşəAllah ki, həftəsonu hazırlayaram.
Allah süfrənizə bərəkət versin, Sevinc.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Gec görsən də ilk sən yazdın yenə 😍
Mən də sınayaram portağalla. Sən bəyənmisənsə, mən də bəyənəcəm onsuz da.
Sənin də süfrənə bərəkət, mələyim 😘😘
BəyənBəyən
Heç qoyarammı məndən əvvəl dadan olsun 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Ellerinize saglıq canım menim. Bu peçenyeden mütleq men de çalışacam özüm bişirim))) Çox dadlı görsenir, şirin agıznan yeyin Sevinc xanım
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Qonaq ola bilərsiniz 😘☺️🙋
Çox asan və dadlı peçenyədir. Mütləq bişirin.
BəyənBəyən
Əllərinizə sağlıq Sevinc xanımm….bişirmədən yazmağ isdəməmdim bu gün səhər etdim😊Çox dadlıymışeee😕 Ama yeyə bilmədim😢😢😢😢xalamın nəvələri evdəkilər yedilər😕getdimki yoxdu mənə…Kor peşman dedm eybi yox gələn səfərdə mən yeyəcəm heç kimə vermiyəcəm😕
BəyənBəyən