Şirin kartofun faydaları
Son illərdə süfrələrdə yer almağa başlayan şirin kartof (Qramafonçiçək batat) faydalı bir tərəvəz sayılır. Püresi, qaynatması, salatı və hətta qızartması da edilə bilir. Çiy olaraq yeməyi də təcrübə edə bilərsiniz. Şirin kartofun faydaları və istifadə sahələri bunlardır:
Şirin kartofun faydaları nələrdir?
Şirin kartof çox zəngin bir beta-karoten qaynağıdır.
Nişastalı və yumru formalı bir tərəvəz olan şirin kartofun kökü və yumru hissəsi xaricindəki yerləri zəhərlidir və yeyilməz.
Şirin kartof çox zəngin bir A vitamini qaynağıdır. Tərkibində C, B6 və B vitaminləri də var. Şirin kartofdakı C vitamini nisbəti, bir çox yaşıl yarpaqlı tərəvəzlərdən daha çoxdur.
Şirin kartof məktəb çağındakı uşaqlar üçün zəngin bir yemək olduğu qədər, körpələrin ilk qidalarında da püre halında, gündəlik C və A vitamini ehtiyaclarını qarşılamaq üçün verilə bilər.
Adında şirin sözünün olmasının əksinə, şirin kartof, şəkər xəstələri üçün çox faydalıdır. Qan şəkərini yavaş-yavaş yüksəldərək uzun müddət toxluq hissi yaradır.
Şirin kartof çox zəngin dəmir, maqnezium və kalium qaynağıdır.
Ürəyin yaxın dostudur. Infarkt riskini azaldır və xolesterolsuzdur.
Şirin kartof, xüsusilə, qabığı ilə birlikdə yeyilsə zəngin bir lif qaynağıdır.
İmmunitet sistemini gücləndirməyə köməkçi olan şirin kartof eyni zamanda zəngin bir antioksidandır.
Şirin kartofu qaynadaraq, buxarda qaynadaraq, qızardaraq, sobaya qoymaqla, mikrodalgalı sobada bişirərək çox fərqli şəkillərdə hazırlaya bilərsiniz.
Şirin kartof ət, toyuq və balıq yeməklərinin yanına çox yaxşı bir garnir ola bilər.
10/05/2015 tarixində Sağlamlıq içində dərc edildi və kartof, nişasta, şirin olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh