Pizza poğaça

image

Xəmir üçün:

İlıq süd – 2 stəkan
Duru yağ – 1 stəkan
Şəkər tozu – 3 x/q
Duz – 1 ç/q
Maya – 1 d/q
Apardığı qədər un

İçlik:

Kolbasa və ya sosiska
Pomidor
Bibər (həm acı, həm şirin)
Holland pendiri 

Sous üçün:

Evdə hazırlanmış bibər pastası
Yağ
1 diş sarımsaq
Pul bibər

Hazırlanması:

Əvvəlcə yumşaq xəmir yoğurub acımağa qoyuruq. Sonra tavaya yağ əlavə edirik. Bibər pastasını əzilmiş sarımsaq və pul bibərlə yağda bir qədər qovururuq. Soyumağa qoyuruq. Kolbasanı və ya sosiskanı kiçik hissələrə doğrayırıq. Həmçinin pomidor və bibərləri də doğrayıb hazır qoyuruq.
Acımış xəmirdən kiçik kündələr tutub qənnadı təbəqəsinə düzürük. Armudu stəkanın arxa hissəsi ilə kündələrin ortasından basıb saxlayırıq. 5 yerdən bıçaqla kəsirik. Alınmış hissələri tərs çevirib iki-iki uclarını birləşdiririk. Çiçək şəkli verdikdən sonra stəkanı götürürük. Sonra soyumuş sousdan çəkib kolbasa, bibər, pomidoru əlavə edirik. Ən sonda sürtgəcdən keçirilmiş pendir əlavə edirik. 10 dəqiqə saxladıqdan sonra, üzərinə yumurta sarısı çəkib əvvəlcədən qızdırılmış sobaya bişməyə qoyuruq.

Digər formanı almaq üçünsə, xəmiri bir qədər oval açırıq, tən ortasına içlik qoyduqdan sonra hər iki kənardan (içliyin kənarından) xəmiri azacıq kəsirik. Kəsilmiş hissə ortaya düşmək şərti ilə içliyin üzərinə qatlayırıq. Digər tərəfi də eyni qayda ilə qatlayırıq. 10 dəqiqə saxlaylb üzərinə yumurta çəkib bişməyə qoyuruq.

20/02/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Formaları başa düşdüyümdən bunun da hazırlanması mənimçün çətin olmayacaq inşəAllah. Allah süfrənizə bərəkət versin, Sevinc.
    Amma bizim özümüzə ziyandır ey bu bişintilər. Bunları yedikcə maya vurulmuş xəmir kimi şişirəm 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Cümləmizin ruzisi bol olsun, mələyim. Mən 1 həftədir diyetadayam. 2 həftım qalıb. İnşAllah uğurla sona çatdıracam. Əgər ürəyim istəyən nəticəni əldə etmiş olsam, bölüşəcəm burda hər kəslə. Hələ ki hər şey yaxşıdır, 1 həftəyə 4 kilo çəki itirmişəm. Çox istəmirəm 2 həftəyə də 4 kilo versəm bəsimdi. Mənim çəkim çox deyil bilirsən. Amma həkim icazə vermir bu çəkiyə də. 😪

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: