Xoruz ilində bizi nələr gözləyir

image

Çin təqviminə görə 2017-ci il – Xoruz ili, yanvar ayının 28-dən başlayacaqdır. Şəfəq və oyanış işarələrini özündə daşıyan bu ünsürün himayəsi altında olacaq 2017-ci il mübarizə və qayğı ilə davam edən, doğru hədəfləndirilmiş layihənin müvəffəqiyyət vəd edən, hərəkətli və həqiqi enerji bəxş edən bir dövrüdür. 

Xoruz ədalət və haqq tərəfdarı hesab olunur. 2017-ci ildə yaddaşlardan uzun zamandır silinmiş, ancaq gündəmə yenidən dönüb ona işıq tutan bəzi köhnə fikir və qərarlara yenidən baxılması lazım ola bilər. Bunu yaşamaqla yanaşı, gözlənilməz bir şəkildə rəngarəng, ancaq bəzən də bir o qədər qaranlıq və xoş olmayan səhnələri yaşamaq ehtimalları arasında qala bilərik.

“Xoruz”lar dərin düşüncəli mütəffəkir və istedadlı şəxsiyyətlərdir. Əməksevəndirlər, öz işlərinə sadiqdirlər, hətta qüvvələrindən xaric olan hər hansı bir vəzifəni də yerinə yetirməyə çalışırlar və baş tutmadıqda çox kədərlənirlər. Bəzən qəribəlikləri də olur, birdən-birə təmas yarada bilmirlər. Özlərini həmişə haqlı hesab edirlər və bəzən doğurdan da haqlı olurlar. Çox zaman tənha və qapalıdırlar. Qətiyyətli adam təsiri bağışlaya bilsələr də, təbiətcə cəsarətsizdirlər. Qurduqları planlar çox vaxt həyata keçmir, hisslərində kəskin eniş-yoxuşlar olur. Həyatda zaman-zaman gah uğurlar qazanır, gah da uğursuzluqlara məruz qalırlar. Xudpəsənd ola bilərlər, lakin həddən artıq açıq ürəklidirlər. Çılğın və cəsur hərəkətlərə qabildirlər. Həmişə maraqlıdırlar.

Güclü xüsusiyyətləri: azad, istiqanlı, qabiliyyətli, özgüvenə sahib.

Zəif xüsusiyyətləri: səbrsiz, həssas, gözləniməz reaksiya, eqoist.

İlin aparıcı Zodiak illəri Xoruz, Öküz və İlan, bürcləri isə Oğlaq və Sutökəndir.

İndi isə gəlin görək Xoruz ilində bizi nələr gözləyiir.

Siçan ilində doğulanlar:

Doğum illəri:
1948, 1960,
1972, 1984,
1996, 2008, 2020

Siçan ilindən olanlar üçün Xoruz ili faydalı il olacaqdır. Ard-arda gələn əhəmiyyətli və faydalı görüşmələr Siçan ilindən olanlara uğur vəd edir. Xüsusən, İş görüşmələrində yüksək nailiyyətlər gözlənilir. Siçan ilinin öz elementi olan Su, 2017-də Od və Metal arasındakı olan vuruşmanı azaldaraq uğursuzluq gətirən mənfi enerjiləri əngəlləyə biləcəkdir.

Özlərini hərəkətlilik atmosferində tapacaq olan Siçan ilində doğulanlar, fiziki güclərini daha çox işlərə həsr edərək orqanizmlərinin iş qabiliyyətini azalda bilərlər. Buna görə boş zamanlarını yeni layihələrə xərcləmək yerinə ailəsi ilə daha çox vaxt keçirərək, ya da istirahətə lazım olan vaxtı əsasa alaraq, özlərinə sandıqlarından daha faydalı bir yaxşılıq etmiş olacaqlar. Məhz bu baxımdan, iş və istirahətə ayrılan vaxtı doğru dəyərləndirə bilsələr, 2017-ci ildə təyin etdikləri hədəflərə çata biləcəklər.

Öküz ilində doğulanlar:

Doğum illəri:
1949, 1961,
1973, 1985,
1997, 2009,
2021

Çin təqviminin ikinci pilləsində yer alan Öküz ili üçün də Xoruz ili səmərəlilik baxımından çox faydalı sayılacaqdır. Bu il Öküzlər üçün uzun zamandan bəri çalışdıqları işlərin nəhayət ki, yoluna düşə biləcəyi, sıxıntılı və yorucu zamanın geridə qaldığı bir il olacağından xəbər verir.

Ancaq görəcəkləri işlərin və nəticədə qazanacaqları uğurların, necə deyərlər, bar verən ağacın meyvəsini toplamaqları üçün daha çox diqqətli olmaları tövsiyyə edilir. Od ünsürü olan Xoruzun yaşada biləcəyi yeganə pislik xəyanət ola bilər. Gözləmədikləri birindən maddiyyat sarıdan zərər görə bilərlər. Buna görə də itirmək istəmədikləri varlıqlarla harda necə davranmaq lazım gəldiyinə, kiminlə nəyi bölüşmək gərək olduğuna xüsusi diqqət yetirmələri tövsiyyə olunur. Bu cür neqativliyə baxmayaraq, Öküz ilindən olanları gözəl və sağlam bir il gözləyir.

Pələng ilində doğulanlar:

Doğum illəri:
1950, 1962,
1974, 1986,
1998, 2010,
2022

Pələng ilində doğulanları 2017-ci ildə təlatümlü bir il gözləyir. Bu ildə doğulanlar üçün Xoruz ili enişli-yoxuşlu, uğursuz olmasa da daima həyəcan içində olacaqları bir dönəm vəd edir. Amma 2016-da yaşadıqları çətinliklərlə müqayisə etdikdə, 2017-ci il Pələnglər üçün nisbətən daha yaxşı ilin gəlişidir deməkdir. Uzun zamandan bəri xəbər tutmadıqları köhnə bir dostla, ya da ailədən olan yaxın bir kimsəylə yenidən bir araya gəlmələri gözlənilir. Həm də bu şəxs kimdirsə, heç ummadığı bir anda ondan maddi dəstək alınması da gözlənilir. Fərqində olmasa belə, bu dəstək onların Xoruz ilini xətasız başa vurmasına dəstək ola biləcəkdir.

Bunu da xatırlatmaq lazımdır ki, heç kim bir Pələngi sahib olduğu məkandan asan bir şəkildə, ziyan görmədən uzaqlaşdıra bilməz. 2017-ci ildə bir Pələng digər bir Pələngi fəlakətə sürükləyə bilər. Bu üzdən Xoruz ilində Pələnglər öz ilindən olan insanlarla məsafəli davransalar daha yaxşı olar.

Dovşan ilində doğulanlar:

Doğum illəri:
1951, 1963,
1975, 1987,
1999, 2011,
2023

Məsləhətdir ki, Dovşan ilində doğulanlar 2017-ci ildə əsəblərinə hakim kəsilsinlər. Xoruzun hərəkətlərini çox da həzm edə bilməyən Dovşanlar ya ilin çox hissəsini evdə oturmaqla keçirsinlər, ya da uzun müddətlik tətilə çıxsınlar. Çünki ictimai yerlərdə baş verən hadisələr zamanı əsəblərinə nəzarəti itirə bilərlər. Bu da daha çox özlərinə zərər verə bilər.

Lakin Çin astrologiyasında deyilir ki, hər bir Dovşanın içində bir Pələng yatır. İnanılmaz çevikliklə ayaqları üstündə yenidən durmaq gücünə qadirdilər.

Dovşanlar bu il daha çox soyuqqanlı olmalı, səbir nümayiş etdirməli, hər sözə reaksiya verməməlidirlər. Belə olduğu təqdirdə güvəndiyi və illərdir etibar etdiyi insanlarla iş birliyinə başlamaları tövsiyə edilir.

Əjdaha ilində doğulanlar:

Doğum illəri:
1952, 1964,
1976, 1988,
2000, 2012,
2024

2017-ci il Əjdaha ilindən olanlar üçün səmərəli il sayıla bilər, əgər diqqətli olsalar. Bunun üçün qarşıya çıxan bütün imkanları incələməyi bacarmalıdırlar. Xoruz ili Əjdahalar üçün iş sahəsində uğur vəd edir. Özlərinə xas olan əzm və iradə sayəsində qarşılarında yeni qapı aça bilmə şansına nail ola biləcəklər. Hədəflərinə çatmaq üçün yeni tanışlıqlar gözlənilir.

Ayrıca, bu il həmçinin Əjdahalara mümkün olmadığını düşündükləri, ya da heç gözləmədikləri bir yerdən pul gələ bilər. Lakin gərək bu fürsətdən sui-istifadə edib bacarmadığı işlərin altına girməsinlər. Bu deyilənlərə diqqət etsələr Xoruz ilini xoş rifahla başa vurmaları gözlənilir.

İlan ilində doğulanlar:

Doğum illəri:
1953, 1965,
1977, 1989,
2001, 2013,
2025

İlan ilindən olanlar, müvəffəqiyyət və uğur dolu bir ilə qədəm qoymağa hazır olun! Xoruz ilində baş verə biləcək pozitiv hallar hər an qapınızı döyə bilər. Od və Metal ünsürünün İlan ilinə də aid olması, xüsusilə, İlana dəstək verə biləcəkdir. Bu il bütün müsbət keyfiyyətlərini çılpaqlığı ilə ortaya qoya biləcək İlanlar üçün çox faydalı keçəcəkdir.

Əgər çoxdandır həyata keçirmək istədikləri bir lahiyə varsa, əmin olsunlar ki, Xoruz ilində bu arzuları real olacaqdır. Xoş xəbərlərin bolluğundan başgicəllənməyə düşməsinlər, soyuqqanlı olmağa çalışsınlar. Özləri və ətrafları üçün doğru qərarlar versinlər. Bununla yanaşı İlan ilində doğulanlar üçün 2017-ci il ailəiçi gərginliklərin azalacağını da vəd edir. Çəkişmələrin yerini yeni və fərqli mövzular, dialoqlar tutacaqdır.

İşlərinin yolunda gedəcəyi və xoşbəxt ola biləcəkləri bir ildə İlan ilində doğulanların diqqət edəcəkləri yeganə mövzu pulla bağlıdır. Təəssüf ki, bu mövzuda hər hansı bir səhv addım ruhunu oxşayan bir ilin soyuq qışını vaxtsız gətirə bilər. Xərclərinə diqqət etməsələr qarşıda maddi cəhətdən çox böyük sıxıntı yaşaya bilərlər.

At ilində doğulanlar:

Doğum illəri:
1954, 1966,
1978, 1990,
2002, 2014,
2026

2017-ci il At ilində doğulanlar üçün sakit bir il olacaqdır. Atlar pozitiv enerjilərindən yararlanmaq üçün öz təcrübələrindən istifadə etməyə çalışsalar da bu, keçərsiz sayıla bilər. Qarşılarına çıxan əngəllərlə baş-başa qalıb çıxılmaz vəziyyətə düşməməkdən ötrü bir qədər yaradıcı olmaları məsləhət görülür.

Lakin Xoruz ilinin 2017-ci ildə Od ünsürü altında olması, əsəblərinə hakim kəsilə bilən, hadisələrə soyuqqanlı münasibət göstərən At ilindən olanların peşmanlıq yaşa biləcəklərini sıfırlayacaqdır. Elə buna görə də Atlar bu xüsusiyyətlərinə görə mükafatlandırılacaqlar.

Keçi ilində doğulanlar:

Doğum illəri:
1955, 1967,
1979, 1991,
2003, 2015,
2027

Keçi ili Od ünsurlü olduğu üçün 2017-ci ilin enerjisi onlara müsbət təsir edəcəkdir. Bu ildə doğulanlar Xoruz ilindən yeniliklər gözləyirlər. Keçi ilindən olanların xüsusiyyətində özünü insanlara zorla sevdirmək olmadığı üçün həmişə daxilən rahatdırlar. Və seçimlərində də çox vaxt yanılmırlar, doğru olanı qərar verirlər.

İtirdikləri şansları Xoruz ilində qapılarını yenidən, həm də bir yox, bir neçə dəfə yenidən döyəcəkdir. Lakin xatırladaq ki, 2016-cı ildə Keçi ilində doğulanların qazancları kifayət qədər olubdur, bu baxımdan onlar da 2017-ci ildə bəzi illərdə doğulanlar kimi bədxərclikdən uzaq durmalıdırlar.

Meymun ilində doğulanlar:

Doğum illəri:
1944, 1956,
1968, 1980,
1992, 2004, 2016

2017-ci il Meymunlar üçün çox gözəl bir zamanın başlanğıcıdır. Həyata keçirmək istədikləri lahiyələrdə və karyeralarında uğurlar gözlənilir. Neçə müddətdir başladıqları bir işin, nəhayət ki, bu il həyata keçməsi baş tutacaqdır. İnad edib mümkün olmayan yolların üstündə zaman itirməklərindənsə, fərqli və alternativ yollar fikirləşmələri daha məqsədyönlüdür. Xoruz ili Meymun ilində doğulanlar üçün parlaq, günəşli günlər vəd etsə də, ailə-məişət problemləri zəmnində narahatçılıqlar yaşayacaqları qaçılmazdır.

Xoruz ilində doğulanlar:

Doğum illəri:
1945, 1957,
1969, 1981,
1993, 2005,
2017

2017-ci il Xoruz ilində doğulanların öz ili hesab olunsa da iş və şəxsi həyatları üçün sərf etdiklıri zamanı doğru qiymətləndirməyi bacarmalıdırlar. Xüsusən, 30 yaşdan yuxarı insanlar üçün Xoruz ilində bəzi məqamların yaşanması gözlənilir. Bu, bir ayrılıq, ya da xəyal qırıqlığı ola bilər.

Mübahisələrin və münaqişələrin ard-arda yaşanacağı bu ildə hər zaman ədalət tərfdarı olan Xoruzları ayaqlarının tam altında olan uçuruma yuvarlanmaqdan, elə ədalətli olmaları xilas edəcəkdir.

Ayrıca, bu il Xoruz ekementi altında doğulanlar üçün sevgi sarıdan uğurlu məqamlar yaşanacaq. Xoruz ilindən olanlar güzəştə getməyi bacardıqları üçün özləri və ətrafındakılar üçün son dərəcə faydalı olan işlərə imza atacaqlar.

Ənənəvi Çin astrolojiyasına görə 2017-ci il özü ilə yeni bir dönəm gətirir. Hər bir heyvan ünsürü ilində doğulanlar öz illərində etdikləri, ya da etmək istədikləri hər hadisəylə, onları gözləyəcək gələcək 12 ilin başlıca ana xəttini müəyyən edirlər. Deməli, Xoruz  ilində doğulanlar bu il atacaqları hər bur addımı yüz ölçüb, bir biçməlidirlər ki, növbəti Xoruz ilinə qədər həyatlarını baş verəcək pis hadisələrdən sığorta etmiş olsunlar.

İt ilində doğulanlar:

Doğum illəri:
1946, 1958,
1970, 1982,
1994, 2006, 2018

Xoruz ili İt ilində doğulanlar üçün bir o qədər də uğurlu il deyildir. Lakin gündüz doğulanların bəxti gətirib. Onların daha şanslı olmaları mümkündür. Od üsürünü özündə daşıyan İtlər Xoruz ilində mübahisə və münaqişələrdən uzaq dursalar ili sakit başa vuracaqlar. Əks halda Xoruz ilinin İt ilində doğulanlar üçün neqativ keçməsi gözlənilir.

İt ilindən olanlar bir şeyə diqqət etsinlər: 2017-ci ilin sizin üçün yaxşı keçməsini istəyirsinizsə, görəcəyiniz işlərdə diqqətli və məsuliyyətli olmanız gərəkdir. Bunlara əməl edən İtlər üçün xoş gələcəyin qapıları taybatay açıqdır deməkdir.

Donuz ilində doğulanlar:

Doğum illəri:
1947, 1959,
1971, 1983,
1995, 2007,
2019

2017-ci Xoruz ili Donuz ilində doğulanların həyatında ciddi bir dəyişikliklərin olmayacağını xəbər verir. Demək olar ki, bu il öz axarında davam edəcək.

Müvəffıqiyyət qazanmaq üçün nə qədər səy göstərsələr də, çətinlikləri aşmaq üçün çırpınsalar da uğur üçün bir qədər də gözləməli olacaqlar. Lakin bu il maddi baxımdan sıxıntıları olmaya bilər.

Keçmişdə topladıqları maliyyəni bu il rahatlıqla xərcləyə biləcəklər. Donuz ilindən olanlar eşq mövzusunda bir çox illərlə uyğunluq yaratmasalar da subay Donuzlar sonradan çox da asanlıqla unuda bilməyəcəkləri bir sevgi yaşaya bilərlər.

P.S: Ucalardan ucada duran Rəbbim ilin hansı heyvan üstündə təhvil olunmasından asılı olmayaraq öz bəndəsinə daha sadiq, daha ədalətli, daha doğru yol göstərəndir. Elə buna görə də hər birinizə bu yeni ildə “Allaha əmanət olun” deyirəm…

01/01/2017 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Allah bilən məsləhətdir. Allah bu ili bütün xalqımız üçün uğurlu il etsin.Hamını evinə toy-nişan qusmət etsin.Müharibəsiz, qan-qadasız il olsun inşaAllah.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: