Ağlama, şəhid anası

image

Ağlama sən, əziz anam, göz yaşına qurban olum,
Məğrur dayan, Vətən üçün mən qeyrətli oğul oldum.
Sil gözünün yaşını sən, bağlama qara başına,
Adın yazdı şəhid oğlun tarixin qan yaddaşına.

Belin bükülməsin, atam, oğlun qəhrəman olubdur,
Şərəfiylə, namusuyla bu Vətənə can qoyubdur.
Mübarizlər, fəridlər də sənin oğulların idi,
Başını dik tut sən, atam, Vətən sağ olsun qoy, atam!

Ağlama, qeyrətli bacım, qardaş deyib sən ağlama,
Göz yaşınla öz anamın ürəyini sən dağlama.
Qəhrəmanlar Vətən üçün öz canından keçənlərdir,
Vətən də, sən də bil mənim namusumdur, qeyrətimdir.

Ağlama şəhid balası, göz yaşını halal elə,
Torpaq üstə qədəmini sən rahat atasan deyə,
Atan canın fəda etdi, bu torpağa, bu millətə,
Bayrağını öp, qucaqla, başın üstə qaldır göyə.

Ağlama, vəfalı yarım, sevgimizin xatirinə sən ağlama,
Qoyma düşmən baxıb gülsün, yarama sən duz bağlama.
Əmanətdir balam sənə qoru, böyüt mərd, ürəkli,
Qürurlu ol, vaxtsız gələn bu dərdə sən təslim olma.

Başını dik tut sən, Vətən! Məğrurlardan məğrur dayan!
Sənin üçün candan keçən, sinəsini sipər edən,
Neçə-neçə igidlərin qoymaz səni yağı əldə.
Sevin, sevin, Qarabağım, qələbədir qapın döyən!!!

03/04/2016 tarixində Sevdiyim şeirlər içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. İSTƏMİRƏM

    Bu Ana vətənimdə,
    İstəmirəm yaransın,
    Fövqəladə vəziyyət.
    İstəmirəm insanlar,
    Bu gözəl yurdumuzda,
    Çəksin əzab-əziyyət.
    Arzum budur həmişə,
    Mənim Azərbaycanım,
    Çiçək açsın, gül açsın,
    İstəmirəm yurdumda,
    Çirkin xislətli düşmən,
    Ayaq açsın, dolaşsın.
    İstəyirəm sağalsın,
    Bu Ana torpağımın,
    Yaralanmış ürəyi.
    Yurduma göz dikənə,
    Haram olsun babamın
    Suyu, duzu, çörəyi.
    Axı onlar kimdir ki,
    Öz ana torpağımda
    Məni hədəfə alsın.
    İstəyirəm tezliklə,
    O mənfur düşmənlərdən,
    Xalqım qisasın alsın.
    O günü bayram edək,
    Qələbəmiz çalınsın,
    Üç rəngli bayrağımız,
    Şuşada dalğalansın!

    tərəfindən bəyənildi 1 şəxs

  2. Amin, Gülüm…inşAllah o gün çox yaxındadır…

    tərəfindən bəyənildi 1 şəxs

  3. Allah düşmənlərimizin qəlbinə qorxu salsın, ordumuzu müzəffər eləsin. Ölən əsgərlərimizi şəhidlik zirvəsinə ucaltsın Allah.

    Bəyən

  4. Allah şəhidlərimizə rəhmət etsin! Analarına səbir versin!
    Bitsin artıq bu acılar, bitsin!
    Azərbaycan ordusu öz gücünü göstərdi, düşmənlərimizə və onların dəyirmanına su tökənlərə nəyə qadir olduğunu bir daha sübut etdi.
    İstərdim sülh yolu olsun, oğullar nakam, analar gözü yaşlı olımasın.

    Bəyən

  5. Allah esgerlerimize guc versin.sadece ireli getsinler.torpaqlarimiz azad olsun duwmenlerden.. biz de oz dogma yurdumuza qayidaq.inweAllah zefer bizim olar.bizim Allahimiz var…onlarinsa hec neyi..

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: