Qovurğa

image

Novruz bayramının adət-ənənələrindən biri də ilaxır çərşənbədə qovurğa qovurmaqdır. Bölgələrimiz üzrə hər kəs qovurğanı müxtəlif üsullarla qovurur. Şəki-Qəbələ bölgəsində düyü də qovrulur və bunu dadan biri kimi deyə bilərəm ki, qovrulmuş düyünün də öz ləzzəti var. Mən bu gün sizə Qarabağ mətbəxinə aid qovurğa qovurma üsulundan danışacam və şəkillərlə izahına çalışacam.

Lazım olan ərzaqlar:

1 kq qovurğalıq buğda

0,5 kq çətənə

0,5 kq küncüt

50 qram kərə yağı

Hazırlanması: 

Ərzaqlar ayrı-ayrılıqda arıtlanıb təmizlənir. sac əvvəlcədən qızdırılır. Qovurğanı qovurarkən diqqət etdiyimiz məqam nələrdir: sac nə çox isti, nə də zəif isti olmamalıdır. Çox isti olanda buğda ütüləcək, çiy qalacaq, zəif isti olduqda isə bərk alınacaq, keyfiyyətli çıxmayacaq. Hər dəfəyə çox da dolu olmayan ovuc ölçüsü qədər buğdanı saca əlavə edirik. Əlimizdə hazırladığımız bərk parçadan, bezdən olan köməkçi vasitə ilə buğdanı sacın içi bərabərində yayırıq. Ara vermədən buğdanı gah sacın ortasına, gah da kənarlarına yaymağa davam edirik. Buğda rəngini dəyişib ağarmağa başlayır. Təxminən 8-10 dəqiqə bunu davam etdiririk.Sonda qovrulmuş buğdanı ortaya toplayıb bir balaca kərə yağı əlavə edirik, qarışdırıb sacdan götürürük.

Eyni qayda ilə küncütü və çətənəni də qovururuq, lakin onlara ayrılan vaxt buğdaya ayırdığımız vaxtdan az olacaq. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir süfrənin üzərinə yığırıq ki, soyusun. Soyuduqdan sonra isə şüşə qabda saxlamaq lazımdır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur.

image

15/03/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Sevincin qovurğası çox ləzzətlidir, mən dadmışam 🙂 Əllərinizə sağlıq, Sevinc, süfrəniz bərəkətli olsun.

    Bəyən

  2. İnşAllaah yenə dadarsan, mələyim😍😘💐🌹🌷 Alllah hamımızın ruzisin bol eləsin.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Men gelen il qovurgami isteyecem, hetta bir az da ireli gedib teleb edecem insheAllah 😆

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...