Yeməkdən dərhal sonra dişləri fırçalamaq doğrumu

image

Gün ərzində müxtəlif qidaların qəbulu insan orqanizmi üçün normal və təbii hal sayılır. Və bunu da bilirik ki, dişlər gün ərzində ən azı iki dəfə fırçalanmalıdır. Lakin bəzi yeməklər vardır ki, onların qəbulundan sonra dişləri fırçalamaq zərərli hesab olunur.

Mütəxəssislərin araşdırmalırına görə turşu tərkibli maddələr olan yeməklərdən sonra dişləri fırçalamaq üçün 30 dəqiqə gözləmək lazımdır. Məsələn, limon, qreyfrut, portağal yedikdən sonra dişləri fırçalamaq olmaz. Çünki bu qidaların tərkibindəki turşular dişin mina qatını onsuz da həssaslaşdırmış olur, üstəlik bir də diş pastası istifadə olunsa mina qatı zərər görə bilər. Hətta məsləhət görülür ki, bu cür qidaları qəbul etdikdən sonra, ardınca bir stəkan su içilsə daha yaxşı olar.

Bundan başqa, turşu tərkibli qidalarla birlikdə şirin qidaların da qəbul etdilməsi məsləhət görülmür. Uzun müddət fosfor turşusu ilə təmasda qalan diş daha tez zədələnməyə məruz qalacaqdır. Buna görə də qəbul edilən qidalara daha diqqətlə yanaşmaq, içkilərlə birgə yeyilən şirniyyat qəbulunu sıfıra endirmək lazımdır. Bu məsləhətlər, xüsusən, həssas dişlərə sahib olanlara daha çox tövsiyyə olunur. Bu cür dişə sahib olanlar diş məcunu seçərkən də diqqətli olmalıdırlar.

Diş məcunlarının tərkibində olan flüor maddəsi sağlamlığa zərərlidirmi?

Demək olar ki, diş məcunlarının hamısında flüor maddəsi vardır. Bu maddə dişlərin ağardılmasında böyük rol oynayır. Son zamanlar bu maddənin zərərli olması haqqında çox danışılır. Əslində dişlər üçün ağardıcı rol oynayan bu maddə orqanizmdən tamamilə atılmır və sümüklərdə toplanıb qalır. Bu isə, xüsusən, uşaqlarda sümük əriməsinə və revmotizmaya səbəb olur.

Hətta flüor maddəsinin erkən yeniyetməliyə və mərkəzi sinir sistemi xəstəliklərinə də yol açdığı düşünülür.

17/01/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Ziyan olmayan bir şey varmı görən? (((

    tərəfindən bəyənildi 1 şəxs

  2. Allaha çox şükür dişlərim o qədər də həssas deyil. Başım o qədər dumanlıdır ki, yadıma sala bilmirəm ki, nəsə mənim dişlərimi çox həssaslaşdırırdı, amm nə ???????????
    Elə qidalar var ki, onu qəbul edən kimi dişlərimi yumalıyam, yoxsa narahat oluram. Amma adi vaxtlarda səhər yeyəndən sonra, axşam isə yatmamışdan əvvəl dişlərimi yuyuram.
    Faydalı xəbərə görə çox təşəkkür, Sevincim, nəzərə alarıq məsləhətlərinizi.

    Bəyən

    • Lap Nəsibə Zeynalova yadıma düşdü: Mənmi cinin başından vurdum, yoxsa cin mənim başımdan vurdu))
      O qidalardan ikisini deyim: payız fəsli tam yetişməmiş xurma, bir də qəhvə.
      Sənə də təşəkkürlər, mələyim💖💖💖💖

      Bəyən

  3. Bu yazını mütləq böyük oğluma oxuyacağam)) Çünkü deyerdim ki bəlkə də vaxtı olsa gündə 4-5 dəfə dişlərin fırçalayar Amma onu da deyim ki evladlarımın dişləri çox sağlamdır Bunu onlara uşaq vaxtı coxlu kəsmik yedirtməklə əlaqələndirirəm Elə yaşıma görə mənim də dişlərim sağlam sayıla bilər Hərçənd ki ağartı ilə gec dostlaşmışam Bəlkədə artıq çəkilərə son deməsəydim heç ağartını belə çox sevməzdim)))

    Bəyən

  4. MaşAllah olsun, Gülüm. Sən yenə də oxu, qoy əməl etsinlər.

    Bəyən

  5. Salam sevam necesen? Men poçtami yeri dibli unutmuşam yazamiram orda sene. 😑😑😕

    Bəyən

  6. Sag ol can.Nece meslehetdi💋💋💋💋🌼🌻🌺🌷🌹🌸sene şexsi söz demek isdeyirdim, bilmire harda, nece😊

    Bəyən

  7. Can, Mikuşum, parolu unutmusan, ya nə? Niyə yazmırsan? Zarafat edirdim💖😻😍🌹

    Bəyən

  8. Poçtanin adinda unutmuşam,paroluda😉 mümkündüse can panda adli bir poçtam var idiye onun ati sende qalibsa mesajlarda bırda yazarsanda mene😘

    Bəyən

  9. Coox sag ol can. Baxarsan poctana

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: