“Nar” salatı

image

Əziz dostlar! Bu gün mətbəx bölümündə İrinka xanımın resepti ilə qarşınızdayam. Mən çox şadam ki, belə bir ziyalı xanımla yaxın rəfiqəyəm. Və yəqin ki, belə bir xanımın mətbəxi ilə tanış olmaq mənim kimi, çoxunuza da maraqlı olar. Şəxsən öz adımdan İrinka xanına təşəkkürümü bildirirəm və güman edirəm bu ilk və son resepti olmayacaq. 🌹☺️

Lazım olan ərzaqlar:

300 qr toyuq filesi

2 ədəd iri soğan

2 ədəd böyük ölçülü cuğundur

3-4 ədəd kartof

100-150 qr. qoz ləpəsi

4-5 ədəd nar

1 kiçik dəstə keşniş

xama, mayonez

duz, istiot
Hazırlanması:
Fileni, çuğunduru, kartofu qaynadırıq (elə etmək lazımdır ki, çox bişib ötməsin), qozu ya xırda doğrayırıq, ya da sürtgəcin iri gözündən keçiririk. Soğanı qızılı rəngə çalana qədər qızardırıb didilmiş fileyə əlavə edib qarışdırırıq, çuğunduru sürtgəcin iri gözündən keçirib qozla qarışdırırıq. Sonra kartofu da sürtgəcdən keçirib iri bir boşqabin içərisinə yayıb duz , istiot səpib xama mayonez qarışığını üzərinə çəkirik, sonra fileni və çuğunduru ardıcıllıqla eyni qaydada üst-üstə yığırıq və sonda üzərinə xama-mayonez qarışığından çəkib bolluca nar dənələri tökürük və xirda doğranmış keşniş səpirik. Budur, ləzzətli “Nar”salatımız hazırdır, yeyin, nuş edin! ☺️

16/01/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Süfrənə bərəkət, İrinka. Təşəkkür edirəm sənə. Dadlıdır, bilirəm, çünki ərzaqların seçimi və sənin əllərin bunu deyir😍😍😍😘😘💖💖🌹💐🌷

    Bəyən

  2. Soğanı salatın içində görmək yenilik oldu mənim üçün 🙂 Əlinizə sağlıq, çooox dadlı görünür 🙂 Süfrənizə bərəkət, xanımlar..

    tərəfindən bəyənildi 1 şəxs

  3. Oy ne gozel salatdir, men de isteyirem 😍 Sufreniz bereketli, halal ruzili olsun, Irinka xanim. Sogansiz men de ederdim memnuniyyetle.
    Paylashib, bizim uchun yeni ideya verdiyiniz uchun chox teshekkur edirem, Irinka xanim 🌺💐🌸

    Bəyən

    • Mən sənə və digər qızlara təşəkkür edirəm. Dəyərləndirdiyiniz üçün çox sağ olun. Soğansız elə gör necə alınacaq. Qovrulmuş soğan ona xüsusi dad verir.

      Bəyən

  4. Acdim lap dadli görünür 😋😋😋

    tərəfindən bəyənildi 1 şəxs

  5. Əllərinizə sağlıq qovrulmuş soğanla olan salatları çox sevirəm Əsasda ki göbələklə olanda

    Bəyən

  6. Hamınız çox sağ olun, qızlar, Allah hamımızın süfrəsini halal və bol ruzili eləsin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: