Heyvan mənşəli qidaların faydaları


image

Orta əsr Şərq təbabətində bitkilərlə yanaşı, heyvan mənşəli dərman vasitələrindən də geniş istifadə edilib. Bu dərmanlar vəhşi və ev heyvanlarının orqanlarından, hətta həşərat və cücülərdən hazırlanıb.
Ev heyvanlarının əti insan orqanizmini lazımi maddələrlə təmin edən mühüm qida maddəsi kimi qiymətləndirilib. Bunlardan bəziləri haqqında qısa məlumat verək.
İnək əti qida maddəsi kimi, həm də müalicəvi-profilaktik baxımdan faydalıdır. Birillik dana əti daha keyfiyyətlidir. Bir yaşdan yuxarı mal əti bədənə istilik, quruluq verir, gec həzm olur. Onu həl bişirmək, sirkə, iskəncəbi, lətif ədviyyatlar, o cümlədən darçın işlətməklə yemək məsləhətdir. Mal əti bədəni qüvvətləndirir, kökəldir, pəhriz məqsədilə münasibdir, sidikqovucudur. Mal budunun iliyini dəriyə sürtdükdə xarici şişləri yatırır və baş ağrısını sakitləşdirir, yumşaldıcı xassəyə malikdir. Malın təzə qanının arpa unu ilə təpitməsi də şişlərin müalicəsi üçün münasibdir.
Keçi əti soyuqluq verir. Keçi əti ilə təzə meyvələr, turşu və s. yemək məsləhət görülmür. Altı aylıq çəpiş əti lətifdir və qan təzyiqini yatırır. Keçi piyi ağrıları sakitləşdirir, soyuqdəymə hallarında müsbət təsir göstərir.
Onun böyrəyini içinə kükürd tozu səpir, sonra qatlayıb kabab bişirir və suyunu dəridəki çilləri təmizləmək üçün xaricə tətbiq edirlər.
Dördillik təkəni üzüm yetişən zaman kəsir, ilk və sonuncu qanını axıdır, orta qanını daşdan hazırlanmış qaba yığırlar. Laxtalanıb bərkidikdən sonra onu xırda-xırda doğrayıb xəlbir və ya saman üzərində kölgə yerdə qurudurlar. Buna yəlullah deyilir. Bunu sidik kisəsi daşını əritmək məqsədilə işlədirlər.
Çəpiş kəlləsinin dərisini soyan kimi isti-isti başa bələmək sinir fəaliyyəti pozğunluğu və zehni qarışıqlıq hallarında çox faydalı hesab olunur.
Qoyun əti bədənə istilik verir, kökəldir, orqanizmi möhkəmləndirir, qan əmələ gətirir, bədən tərəfindən yaxşı mənimsənilir, daxili orqanları o cümlədən ürək, böyrək və qara ciyəri möhkəmləndirir. Birillik, ikiillik kök qoyun əti faydalıdır. Yaşlı qoyunlrın əti qəliz olur, çətin həzmə gedir və xıltlar əmələ gətirir. Boyun və ətrafların (budun) əti daha xeyirlidir. Vaxtaşırı qoyun ətinin həl bişirilmiş bozbaşını yemək arıqlıq, zəiflik üçün faydalıdır, ürəkgetmə və zəiflikdən törənmiş ürək döyünməsi hallarının qarşısını alır. Təzə kəsilən kimi qoyun piyini isti-isti yemək öskürək, sinə ağrısı, astma, diabet zamanı müsbət təsir göstərir. Onun ödünü dəri üzərinə sürtdükdə dəridəki ləkələri, çapıq izlərini aparır. Cismani zədələr, yara hallarında təzə və isti qoyun dərisinə bükülmək məsləhətdir. Qoyunun yunu istilik və quruluq verir, qara qoyunun yunu daha faydalıdır.
Dəvə əti. İki yaşa qədər cavan dəvənin əti daha yaxşı hesab olunur. Ümumiyyətlə, dəvə əti bədənə istilik, quruluq verir, cinsi fəaliyyəti və bədən orqanlarını qüvvətləndirir, sarılıq, şəkərli diabet hallarınd faydalıdır, ancaq çox yedikdə öd xəstəliyi, qəliz xıltlar törədir. Ağ ciyərinin isti-isti təpitməsi sifətdəki ləkələri aparır.
Toyuq əti bədənə istilik və quruluq verir, toyuğa nisbətən xoruzun istiliyi az, quruluğu çoxdur. Xoruzbeçə daha yaxşıdır, kök fərənin isə istiliyi çoxdur.
Həl bişmiş toyuq əti orqanizm tərəfindən daha yaxşı mənimsənilir, lətifdir, qan yaradır. Xoruzbeçə əti sperma yaradır, onu saflaşdırır, cücə əti isə bədəni kökəldir, üzün rəngini yaxşılaşdırır, beynin fəaliyyətini gücləndirir. Yağda bişirilmişi quru öskürək üçün münasibdir. Beynin bişirib yemək zehin üçün faydalıdır, qaraciyərinin bişmişi isə bədəni kökəldir. Toyuq çinədanının pərdəsi mədə ağrısı üçün xeyirlidir. Toyuq ətini süd, qurut, pendir. Qatıq ilə yedikdə qulunc törədir.
Ördək əti bədənə istilik, quruluq verir, adamı kökəldir, səsi saflaşdırır, qan yaradır, lakin gec həzm olunur və baş ağrısı törədir. Onun bu cəhətini zərərsizləşdirmək üçün sirkə, iskəncəbi, isti ədviyyatlar işlətmək məsləhətdir.
Ördək piyi yaxşı piylərdən hesab olunur, istilik verir, lətif, yumşaldıcı xasiyyətə malikdir və dəriyə tez təsir edir. Paxla unu ilə təpitməsi difteriya və döş şişi hallarında müsbət təir göstərir. Piyi öskürərk üçün faydalıdır. Ördəyin qaraciyəri qan yaradır və ürək döyüntüsü hallarında münasibdir.
Qaz əti öz xüsusiyyətlərinə görə ördəyə yaxındır, onun yumurtası qəliz və gec həzm olunur. Arıqlıq, öskürək və sinə ağrısı hallarında yumurtasını ilıq bişirib yemək yaxşı təsir göstərir.

10/12/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Nə vegeterianlardan deyiləm, nə də ət yeməsəm ölərəm deyənlərdən. Amma yaxşı ətə yox demərəm. Məs., mən çəpişin pomidor-bibərlə buğlamasını sevirəm, cavan erkək qoyunun yarpaq dolmasını yeyərəm (dişi qoyunun ətində spesifik qoxu olur), dana ətinin basdırması ən sevdiyim kabab növüdür. Keçi ətinin qovurması qış üçün ən gözəl yavanlıqdır. Quş ətlərindən isə bir az toyuğu, bir də qaz ətini xoşlayıram.
    Belə də ki, deyəsən, mən hər əti xoşlayırammış ki.
    Xəbərə görə də, xəbərdəki şəklə görə də, təşəkkürlər, Sevincim.

    Bəyən

    • Elə mən də sənin kimi, mələyim. Mənim də ən çox ciyər kababından xoşum gəlir. İnşAllah yaxın günlərə fərqli bir ciyər kababı təqdim edəcəm.
      Bir də hinduşka kababını sevirəm. ☺️ Amma mənə söz ver ki, çəpiş ətini mənsiz yeməyəcəksən. Keçi pendirini çox sevirəm, amma bu nəslin ətindən xəbərim yoxdu.
      Yemək-içməkdən danışdım, Sadam yadıma düşdü lap 😢😢😢😢😢

      Bəyən

      • Hə ciyər kababına yox deməm mən, bizimkilər bilir ki, mən onu sevirəm, gedəndə təşkil edirlər. Allah var eləsin. Sizin resepti də gözləyirəm inşəAllah.
        İnanırsız, çəpiş əti heç problem deyil, bir söz yetər ki, bizdə və sizdə olsun. Zatən bizim ikisi var kənddə, yeyən gərəkdir. Çox dadlı və yüngül əti olur çəpişin. Keçi pendirini qaynanam elə gözəl hazırlayırdı ki.
        Hə mən nə vaxtdandır Sadayla heç əlaqə saxlamamışam.

        Bəyən

  2. Offf ya, mən çəpiş istədim…
    Yox, deyəsən səni istədim, çoooxx darıxmışam sənsiz😍😍😍😍

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: