Bu məsləhətlərə əməl edin

yiyecek-ve-icecek-hizmetleri-13-10-03-08-54-41

İsti yay fəslini yaşayırıq. Bilməyimiz vacib olan bir neçə amillər var. Gəlin onlara birlikdə nəzər salaq.Tərəvəz və meyvələri necə saxlamalıyıq? Ətləri saxlayarkən və bişirərkən nələrə diqqət yetirməliyik? Pendirin kiflənməsinin qarşısını almaq üçün nələr etməliyik?

Yay mövsümü gəlincə havalar qızır, bununla birlikdə yaşadığımız sahələrin istiliyi da artır. Qidaları yayın istilərindən qoruyub saxlamaq, uyğun şərtlərdə qorumaq, soyuducunda saxlayarkən bəzi qaydalara diqqət etmək lazımdır.
Yay aylarında soyuducunun daxili istiliyinin sıfır dərəcə ilə mənfi 4 dərəcə arasında olması lazım olduğunu ifadə edən mütəxəssislər, buzxananın isə -18 dərəcə ilə -23 dərəcə arasında olmasında fayda olduğunu bildirirlər.

 

Çünki qidalarda bakteriyaların törəməsi 10 dərəcənin altında yavaşlayır, 4 dərəcədə isə dayanır. Kartof, sarımsaq və soğanı soyuducuda saxlanmaması lazımdır. Kök tərəvəzlər otaq istiliyində 10 dərəcədən daha soyuq olmamaq şərtiylə saxlanmalıdır və yalnız istifadə ediləcəkləri zaman yuyulmalıdır yoxsa sürətli çürüyə bilirlər. Otaq istiliyində saxlayarkən də, hava keçirən dəlikli qablarda, birbaşa günəş işığı almayan bir yerdə saxlanılması məsləhətdir.

Tərəvəz və meyvə paketlərində dəliklər açın.

Tərəvəz və meyvələri paket içində soyuducuya qoyarkən bir neçə dəlik açılması və beləcə nəmlənmələrinə maneə olması lazım olarkən, soyuducuda bəzi meyvə və tərəvəzlərin bir-birlərinə dəyməmələri üçün də şərait yaradılmalıdır. Çünki bəzi meyvələr yanındakı tərəvəzlərin daha tez xarab olmasına səbəb olur. Tez xarab olmağa uyğun olan meyvə, tərəvəz, yumurta, pendir, ət kimi məhsullar ehtiyac duyulduğu qədər alınıb, qısa zamanda da istifadə edilməlidir. Əks təqdirdə saxlama şərtləri qidaların xarab olması üçün kafi olmayacaq.

Yumurtanı yumadan kartonunda saxlayın.

Yumurtanı soyuducuya yumadan qoymaq lazımdır. Yumurtanın xaricində qoruyucu bir təbəqə var. Bu təbəqə yuyulduğunda itir. Yumurtadakı məsamələr daha da açıq hala gəlir və bakteriyalar o məsamələrdən yumurtanın içinə girə bilir. Yumurta öz qabında soyuducunda 5 həftəyə qədər saxlanıla bilər.

Ətlərin ayrı bıçaq, ayrı kəsmə taxtası lazımdır.

Əgər ət, toyuq, balıq bişirəcəksinizsə bu məhsulların hər biri üçün istifadə etdiyiniz bıçaq və xüsusilə kəsmə taxtasının digər ərzaq məhsulları üçün istifadə edilməməsi lazımdır. Çiy və bişmiş məhsullar üçün istifadə qablarının da ayrı olmasında fayda var. Ət, balıq və toyuq məhsulları üçün taxta vəsait yerinə düz, plastik, farfor səthli kəsmə materialları istifadə edilməsinin, istifadə edildikdən sonra da mütləq yuyularaq təmizlənməsi əhəmiyyət daşıyır.

Soyuducunun nəfəs alan kiçik bir yerində təmiz, quru və yüngül kağız dəsmal üzərində və ya ağzı bağlı bir qabda pendiri saxlaya bilərsiniz. Pendirin üstü təsə kif tutmağa başlayıbsa, səthini təmiz bir bez və kağız dəsmal ilə yüngülcə silin. İlıq suda duruladıqdan sonra təzə zeytun yağı çəkin, bir, ya da ikiqat kağız dəsmal üzərinə qoyun onu da plastik və ya şüşə bir qabın içərisinə yerləşdirin. Təzə pendirləri öz qaplarında, soyuqda saxlayın və qısa müddətdə işlədib qurtarmağa çalışın. Pendir saralıbsa ondan əsla istifadə etməyin.

Tərəvəzi də meyvəni də sirkəli suda saxlayın.

Meyvə və tərəvəzlərə yapışan parazitlər yuma ilə təmizlənməz. Bir ləyənə meyvə və ya tərəvəzləri qoyduqdan sonra su dolduraraq içərisinə bir yemək qaşığı sirkə və ya limon suyu qatın. 5 dəqiqə gözlədin. Yaxşıca yuduqdan sonra təkrar bol suyla yusanız, meyvə və ya tərəvəzlər parazitlərdən təmizlənmiş olar. İspanaq, kahı kimi tərəvəzlər köklərindəki palçıq, toz və torpaqları gedəcək şəkildə təmizləndikdən sonra soyuducuda 2-4 gün saxlanıla bilər. Digər təzə meyvə və tərəvəzlər palçıqlıysa yuduqdan sonra, palçıqlı deyilsə yumadan saxlanmalıdır.

Hazır mayonez bir il, evdə hazırlanan 1-2 gün qalmalıdır.

Mayonez, yumurta, limon, duz, günəbaxan yağı tərkibli bir sousdur. Evdə edilən mayonezin 1-2 gün içərisində qəbul edilməsi lazımdır, soyuducuda saxlanmalıdır. Hazır mayonezin ömürü daha uzun olduğundan soyuducuda bir ilə qədər saxlanıla bilər.
Müəllif: Dəniz

29/06/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: